Nizami İsgəndərovla bağlı şok ittiham
11:59 19-10-2013
İQTİSADİYYAT
Nizami İsgəndərovla bağlı şok ittiham
“Unikal”ın yazdıqları təsdiqlənir: sabiq deputat həbs təhlükəsi ilə qarşı-qarşıya
Xaçmazda yerləşən "Nabran Holiday Village” istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. Bu barədə vəkil Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində aparılan istintaq davam edir.
Vəkil bildirib ki, təyin edilmiş ekspertizaların nəticəsi hələlik açıqlanmayıb. Həmçinin, baş verən hadisə ilə bağlı həbs edilmiş 3 nəfər- Xaçmaz rayonu Xudat şəhər sakini Aslan Hacıməmmədkərimov; obyektin icarədarı, Xaçmaz rayonu Xudat şəhər sakini İbrahimov Firdovsi Ağamusa oğlu və Sumqayıt şəhər sakini Rəşad Zərbəliyev barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
İlk müddət üçün həbs qərarını Xaçmaz rayon məhkəməsi versə də, ikinci müddət həbs qərarını iş Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində olduğundan Nəsimi rayon Məhkəməsi çıxarıb.
publika.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi "Nabran Holiday Village” istirahət mərkəzi fəaliyyətini hələ də bərpa etməyib. Cinayət işinin istintaqının yekunlaşmasından sonra mərkəzin fəaliyyətinin bərpa edəcəyi istisna edilmir.
Adıçəkilən saytın əldə etdiyi daha bir məlumatda isə bildirilir ki, yaxın vaxtlarda "Nabran Holiday Village”in əsl sahibi, keçmiş millət vəkili Nizami İsgəndərovda cinayət məsuliyyətinə cəlb ediləcək. Bildirilir ki, bu barədə eks-deputatın özü də məlumatlıdır və o, prosesdən kənarda qalmaq üçün hətta hüquq - mühafizə orqanlarına yüksək məbləğdə rüşvət də təklif edib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayının 21-də baş verib. İ.Cəfərzadə atası ilə birlikdə qeyd edilən tarixdə saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış "Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.
3 yaşlı İmran hadisədən bir neçə gün sonra ölkə başçısının göstərişi ilə Almaniyaya müalicəyə göndərilib.
Hazırda azyaşlının müalicəsi Berlin şəhərindəki xəstəxanada davam etdirilir.
Xatırladaq ki, sabiq deputat Nizami İsgəndərovun həbs təhlükəsi ilə qarşı-qarşıya qala biləcəyini hələ məlum hadisənin baş verdiyi günlərdə “Unikal” olaraq, biz də yazmışdıq. Qeyd etmişdik ki, “Artıq sözügedən istirahət mərkəzinin əsl sahibi Nizami İsgəndərovunda adı cinayət məsuliyyətinə cəlb ediləcək şəxslər sırasında çəkilir. Bildirilir ki, bunun üçün bir çox əsaslar hazırlanmaqdadır. Həmin əsaslardan biri sabiq deputatın sözügedən istirahət mərkəzini iri məbləğə (bəzi qaynaqlara görə, 100-150 min dollara) icarəyə versə də, icarə məbləğinin müqavilədə az göstərilməsi ilə bağlıdır. İddia edilir ki, cinayət işinin istintaqı zamanı bununla bağlı müxtəlif detalların ortaya çıxması İsgəndərovu pis vəziyyətdə qoya bilər. Eyni zamanda sabiq deputatın müxtəlif rəqiblərinin də yaranmış situasiyadan istifadə edərək Nizami İsgəndərovla bağlı müəyyən kompromatları (vergidən yayınma, korrupsiya və s.) Vergilər Nazirliyinə və Baş Prokurorluğa təqdim etmələri real hesab olunur. Nəticədə keçmiş millət vəkilinin özü də çətin situasiyi ilə üzləşə və "qurban" gedə bilər. Digər tərəfdən, kifayət qədər geniş biznes imkanlarına və maliyyə resurslarına malik İsgəndərovlar nəsli arasında da keçmiş millət vəkili ilə xoş münasibətləri olmayan şəxslərin hərəkətə keçdikləri və onların sahib olduqları ciddi kompromatları əlaqədar qurumlara ötürəcəkləri istisna edilmir. Bu isə sonucda vəziyyəti Nizami İsgəndərovun əleyhinə daha da mürəkkəbləşdirəcək”.
İndi belə çıxır ki, proseslər məhz həmin vaxt redaksiyamıza daxil olan məlumatlarda iddia olunduğu istiqamətdə gedir. Son nəticəni isə birmənalı söyləmək çətindir. Biz prosesin necə sonuclanacağını yəqin ki, qarşıdakı dövrdə görəcəyik.
Aqşin
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20