Əbülfəz Qarayevin kadrları nə işlə məşquldur?
12:01 19-10-2013
İQTİSADİYYAT
Əbülfəz Qarayevin kadrları nə işlə məşquldur?
Əlikram Əliyev Rəşadət Həşimova niyə “stavka” edir?
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyev rəhbəri olduğu idarəni, demək olar ki, şəxsi mülkü kimi idarə edir və Mədəniyyət və Turizm Nazirliyinin heç bir rəsmisi onun işlərinə müdaxilə edə bilmir. Ciddi maliyyə maxinasiyaları ilə məşğul olan Əlikram Əliyev, sən demə, nazir Əbülfəz Qarayevlə qohumluğundan istifadə edərək belə hökmranlıq edə bilirmiş.
Rəhbəri olduğu idarədə təmir-tikinti adı ilə milyonlarla vəsaitin mənimsənilməsi ilə yanaşı, həm də mədəniyyət ocaqlarında “ölücanlar” saxlamaqla dövlət büdcəsindən vəsaitlər çıxarılır.
Əlikram Əliyev bu işləri özünün ən etibarlı kadrlarından olan Rəşadət Həşimovun əliylə həyata keçirir. Adı çəkilən bu şəxs isə Hüseynqulu Sarabski adına Mədəniyyət evinin direktoru vəzifəsində çalışır.
“Unikal”a daxil olan məlumata görə, Əlikram Əliyev Rəşadət Həşimovu məhz müəyyən maxinasiyaları həyata keçirtmək üçün bu postda saxlayır və onların bu işbirliyindən nazirlikdə bəzi şəxslərin xəbəri olsa da, nədənsə susurlar. Dəfələrlə fəaliyyətindəki nöqsanlara və maliyyə çatışmazlıqlarına görə Rəşadət Həşimovun postundan uzaqlaşdırılmasına cəhdlər göstərilsə də, Əlikram Əliyev bunun qarşısını alıb.
Bu da söylənilir ki, ən çox “ölücanlar” məhz Rəşadət Həşimovun direktor olduğu H.Sarabski adına Mədəniyyət evindədir.
Növbəti yazılarımızda Əlikram Əliyevlə Rəşad Həşimovun şok doğuracaq işbilrliyi barədə faktların şahidi olacaqsınız.
Informasiya şöbəsi
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53