Seçkinin nəticələri və çıxarılan nəticələr
Seçkinin nəticələri və çıxarılan nəticələr

Qərb və ABŞ-ın gəstərdiyi yol

Prezident seçkiləri sona çatdı. İlham Əliyev qələbəsini təmin etdi və... Və beynəlxalq təşkilatların ziddiyətli açıqlamaları gündəmə təsirsiz ötüşmədi. Hətta belə fikirlərdə səslənməyə başladı ki, ölkədə təkrar prezident seçkiləri keçirilməlidir. Əks təqdirdə dünya Azərbaycandakı seçkilərin nəticəsini tanımayacaq. Müxalifətin cəmləşdiyi Milli Şurada belə bəyanatlarla çıxış etdilər.Amma müəyyən reallıqlar var ki, bunları nəzərə almadan hökm çıxartmaq olmaz.

İlk reallıq

Reallıq budur və bunu beynəlxalq aləmdə qəbul edir ki, bu gün Azərbaycan siyasətində İlham Əliyevə alternativ güc yoxdur. Düzdür, ilk dəfə idi ki, müxalifətin bir kəsmi Milli Şura şəmsiyyəsinin altına yığışa bildilər. Amma aydın oldu ki,
1. Bu qüvvələr bir-birinə səmimi deyil və qısa müddətdə ciddi qarşıdurmalar yarandı və sonunda bir neçə siyasi Milli Şuranı tərk etdi
2. Bu qüvvələrlə cəmiyyət arasında ünsiyyət qurulmadı və Milli Şura yad bir təşkilat kimi qəbul edildi
3. Rusiyanın öncələr Milli Şuranı dəstəklədiyi və bunun qarşılığında müxalif liderlərin Rusiya maraqlarından çıxış edəcəyi ortaya çıxdı
4. Bir araya yığışan müxaliflər real güc nümayiş etdirə bilmədilər və sosial bazasız qaldılar.

İkinci reallıq
Seçkilərin gedişi zamanı aydın oldu ki, Azərbaycan cəmiyyəti hələ ki, beynəlxalq normalara cavab verəcək həddə seçki mədəniyyətinə sahiblənə bilməyiblər. Müəyyən hallarda seçkilərdə iştirakın mənasızlığını düşünən, müəyyən hallarda sərbəst şəkildə seçmək imkanlarına malik olmamaları göründü və bir daha təsdiqləndi ki, demokratiyaya keçid tədrici bir prosesdir və bunun üçün zaman lazımdır. Ən azından cəmiyyətin siyasi marifləndirilməsi baxımından. Çünki on illər ərzində SSRİ-da yaşayan bu toplum seçki prosesinə yenə də sovetlər rejimində ki, seçki prosesi kimi baxır ki, buda reallıqla uyğunlaşmır. Bunu da qeyd edək ki, belə bir problemi tək Azərbaycan yox, possovet məkanında olmuş bütün respublikalar yaşayır. Hətta demokratiyanın ən çox inkişaf etdiyi ölkələr sırasında olduğu iddia edilən Ukrayna və ya Gürcüstanda eyni problemi, özüdə daha ağır şəkildə yaşayır.

Üçüncü reallıq
Üçüncü reallıq isə svilizasiyaların toqquşmasıdır ki, buda əsrlər boyu mövcud olub. Sadəcə olaraq Azərbaycan svilizasiyalar toqquşmasını iki mərhələdə yaşayır.

Birinci mərhələ
Azərbaycan qərb və şərq svilizasiyalarının tam mərkəzindədir və əslində bu gün şərq dünyası Azərbaycana qərbin, qərb isə Azərbaycana şərqin bir parçası kimi baxır. Bu səbəbdən Azərbaycanı tərəflər olduğu kimi həzm edə bilmir. Məsələn, İran başda olmaqla əksər şərq ölkələri hesab edir ki, Azərbaycan qərbə daha çox meyillənir, dinə yanaşmada mühafizəkarlığını itirir və şərq normalarından kənara çıxır. Eyni ittiham amma fərqli rakursda Avropadan gəlir. Hesab edirlər ki, Azərbaycan dinə mühafizəkar yanaşır və qərb standartlarına uyğunlaşa bilmir. Əslində isə bu gün problem heç də Azərbaycan deyil. Problem, qərbdə şərq svilizasiyasına yaranan qıcıqdır. Diqqət yetirsək görərik ki, son on il ərzində şərqdən qərbə gələn miqrantlara qıcıq bir yanaşma var və İslam dəyərləri, o cümlədən hicab və s. kimi dəyərlərə qərbdə bir qadağa tətbiq edilməkdədir. Bu baxımdan Azərbaycana yanaşmada da məhz şərq və qərb svilizasiyalarının toqquşmasının bütün cizgilərini görmək mümkündür.

İkinci mərhələ
Məlum olduğu kimi dünyada soyuq savaş formal olaraq sıradan çıxsada reallıqda hələ də mövcuddur və buda qərb-ABŞ svilizasiyası ilə Rusiya svilizasiyasının toqquşması formatında ortaya çıxır. Qəribədir ki, bu toqquşmanın da episentri Azərbaycandır. Bu gün qərb Azərbaycanı nə qədər nəzarətinə götürməyə çalışırsa, Rusiyada eyni qayda da maraqlarını ortaya qoyur. Ən təhlükəlisi isə budur ki, qərbdə Rusiyada bunun üçün Azərbaycanla təzyiq dilində danışır. Bunun isə başlıca səbəbi budur ki, Azərbaycan kifayət qədər müstəqilləşə bilib və bu gün dünyada ciddi enerji resurslarına sahibdir. Belə bir ölkənin regionda müstəqil siyasət yürütməsi isə sözsüz ki, heç bir tərəfi qane etmir. Məhz bu səbəbdən də Azərbaycan açıq şəkildə hədəfə gətirilib. Bütün bunlar isə hər bir addımda o cümlədən seçki prosesində də hiss edildi.

Dördüncü reallıq
Azərbaycanda prezident seçkilərinin təkrar keçirilməməsinin dördüncü, mühüm səbəbi isə budur ki, artıq proseslər sona çatıb və prezident İlham Əliyev and içib. Deyilə bilinər ki, proses sona çatsada ABŞ başda olmaqla qərb dövlətləri seçkilərin nəticələrini tanımaya bilər. Amma ekspertlər bildirir ki, hətta bu cür ciyasi gedişlər olsada bunun heç bir effekti olmayacaq. Nəyə görə?

1-ci səbəb
Bu gün qərbin və ABŞ-in Azərbaycandan imtinası qərbin enerji təhlükəsizliyini alt-üst edəcək.
2-ci səbəb
Azərbaycana qarşı sərt siyasət qərbin və ABŞ-in regiondan imtinası ilə nəticələnəcək və sonunda transmilli şirkətlərin sabahı təhlükə altına düşçəcək və Rusiya bütün gücü ilə regionda domenantlığını artıracaq.

3-cü səbəb
Hazırda dünyada baş verən proseslər, münaqişələrə olan yanaşmalar sübut edir ki, hansısa güc təkbaşına siyasi xətt yürüdə bilmir. Məsələn, illərdi ki, İsrail İrana zərbə endirməyə çalışır və bunun qarşısını Rusiya və ABŞ kəsə bilir. Nəticədə dünyaya az qala hökmranlıq etmək iddiasında olan yəhüdi lobbisi bunun qarşısında acizdir. Və yaxud bu gün əksər güclər Liviyanın tam süqutuna çalışır,minlərlə insan tələf olsada Rusiya və İran bu prosesin qarşısını alıb. Bütün bunlar isə sübut edir ki, hətta münaqişəli bölgələrdə belə hansısa qüvvə istədiyinə nail ola bilmir. Belə olan halda Azərbaycandakı seçkilərin nəticələrini hansısa ölkənin tanımaması nəticəyə təsir etməyəcək.

4-cü səbəb
Azərbaycanda prezident seçkilərinin nəticələrini ilk növbədə Rusiya, İran, Gürcüstan və Türkiyə tanıdı. Azərbaycanla sərhəddə olan ölkələrin bunu etməsi artıq onu göstərir ki, hətta hansısa güclər Azərbaycanı təcrid etmək niyyətlərinə düşsələr belə bu mümkünsüz olacaq. Çünki Azərbaycan üçün strateji müttəfiq olan dövlətlər artıq seçimlərini ediblər və Azərbaycanın yanındadılar. Bundan başqa, kifayət qədər güc sahibi olan İsraildə seçkilərin nəticələrini tanıyıb və bu Azərbaycan üçün əlavə stimuldur. Qərbə gəldikdə isə, Azərbaycanla partnyor olan ölkələr ardıcıllıqla Azərbaycanın müstəqilliyini tanıyırlar. Belə olan halda adda-budda ölkələrin seçkilərin nəticəsini tanımaması sadəcə olaraq məntiqsizlik və müttəfiqlikdən imtina ola bilər.

5-ci səbəb
Hansı güclər Azərbaycanda seçkilərin nəticəsini tanımayıb və bundan o zaman təzyiq metodu kimi istifadə edə bilər ki, həmin ölkənin əhalisi, aktiv siyasi təbəqəsi də seçkilərin nəticəsini tanımasın və mübarizə aparsınlar. Belə olan halda kənar güclərin manevr imkanları genişlənər. Bu gün isə Azərbaycanda deyilən mühit yoxdur və cəmiyyət bütövlükdə seçkilərin nəticəsindən ya razıdır, ya da ümumiyyətlə buna ötmüş proses kimi baxırlar. Bunun nəticəsi olaraq Milli Şura seçkilərdən dərhal sonra mitinq keçirtdi və aydın oldu ki, etirazçılar yenə də 10 min nəfərlik partiya üzvləridir. Yəni cəmiyyət açıq şəkildə müxalifətə dəstək verməkdən imtina etdi. Belə olan halda Azərbaycan cəmiyyəti seçkilərin nəticəsi ilə razılaşırsa, hansısa beynəlxalq güc nə edə bilər? Sözsüz ki, heç nə. Sadəcə çalışacaqlar ki, Azərbaycan hakimiyyətinə müəyyən qədər təzyiqlər etməklə iqtisadi maraqlarını təmin etsinlər.

Beşinci reallıq
Seçki prosesini izləyən beynəlxalq qurumların özləri fərqli bəyanatlarla çıxış etdilər. Tutalım ATƏT-in hansısa təşkilatı seçkilərin demokratik keçmədiyini bəyan edir,ATƏT-in Baş katibi isə prezident İlham Əliyevi təbrik edir. Həmçinin AŞPA və Avropa Parlamentidə Azərbaycanda keçirilən seçkiləri demokratik seçkilər hesab etidlər və bununlada demək olar ki, üstünlük seçkiləri dəstəkləyənlərdə oldu. Ekspertlər hesab edirki, qərbin özündə seçkilərə bu şəkildə yanaşmanın olması da təsdiqləyir ki, müəyyən qüvvələr sadəcə olaraq seçkilərdən istifadə etməklə Azərbaycandan nələrisə sadəcə olaraq qopartmaq istəyirlər.

Nəticə
Artıq proseslər arxada qalıb. Düzdür hələ bir neçə ayda hansısa gərginliklər müşahidə oluna bələr. Amma bu gərginliklərin faydalı iş əmsalı sıfırdan o yana keçə bilməz. Deməli dünyanın Azərbaycanda seçkilərin nəticəsini tanımayacağı ilə bağlı səslənən fikirlərə ciddi yanaşmaq olmaz. Amma bu prosesi Azərbaycan tərəfi ciddi təhlil edərək müttəfiqlər siyahısına yenidən baxmalıdır. Bundan başqa yaxın bir il ərzində Azərbaycan qarşısında ciddi seçimlər etmək şəraiti yaranacaq. Söhbət ölkəmizin Avrasiya İttifaqına üzv olub-olmamasından gedir. Avropanın bəh-bəhlə demokratik ölkələr sırasında görməyə çalışdığı Ermənistan artıq seçimini etdi və qərbdən imtina edərək Rusiya ilə müttəfiqliyini elan etdi. Bu qərb üçün gözlənilməz oldu və artıq bunun qarşısını almaqda acizdilər. Bu gün qərbin Azərbaycana olan şantajlarına görə Azərbaycanda seçim məsələsinə yenidən baxa bilər. Çünki hazırda top Azərbaycandadır və bundan ciddi şəkildə yararlanmalıdır. Azərbaycanın seçimi isə bütünlüklə Qafqazın seçimi kimi xarakterizə oluna bilər. Çünki bu gün faktiki olaraq Gürcüstan Azərbaycanın hesabına ayaq üstədir və Azərbaycanın seçimi nə olacaqsa Gürcüstanda istəsədə istəməsədə bu seçimi müdafiə edərək eyni seçimi etməli olacaq. Buna görə qərb anlamalı və anlayır ki, Azərbaycanın çıxaracağı qərar dünya düzəninə ciddi şəkildə təsir etmək qabiliyyətindədir.

Mehdi Əli