Üç oliqarx vəzifəsindən uzaqlaşdırıldı
10:07 23-10-2013
İQTİSADİYYAT
Üç oliqarx vəzifəsindən uzaqlaşdırıldı
Bir sıra ASC sədirləri təsfiş içindədirlər
Prezidentin sərəncamı ilə sabiq müdafiə naziri Səfər Əbiyev və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni hökumətdə yer almayıb.Azərbaycanın yeni müdafiə naziri Zakir Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri isə Səlim Müslümovdur.Qeyd edək ki, Zakir Həsənov indiyə qədər Daxili Qoşunların komandanı, Səlim Müslümov isə Dövlət Sosial Müdafiə Fondunun sədri olub. Azərbaycan prezidenti İlham Əliyev İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd olunur ki, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə İqtisadi İnkişaf Nazirliyinin əsasında İqtisadiyyat və Sənaye Nazirliyi yaradılır.Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Energetika Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycanda energetika sahəsində səmərəliliyi artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Sənaye və Energetika Nazirliyinin əsasında Energetika Nazirliyi yaradılır. Bəs,yeni müdafiə naziri Zakir Həsənov kimdir?Z. Həsənov 6 iyun 1959-cu ildə Astara rayonunda anadan olub. 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
Azərbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.Bu gündən Azərbaycan Respublikasının müdafiə naziridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev R.G.Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.Və Aydın Bəşirov getdi. Çünki prezidentin imzaladığı sənəddə deyilir"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında son sərəncam isə belədir.
Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri aşağıdakı şəxslər təyin edilsinlər:
1.1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;
1.2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Abid Qoca oğlu Şərifov;
1.3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Elçin İlyas oğlu Əfəndiyev;
1.4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;
1.5. Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Əli Şamil oğlu Həsənov;
1.6. Azərbaycan Respublikası Baş nazirinin müavini – İsmət Dursun oğlu Abasov;
1.7. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;
1.8. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri – Hüseynqulu Seyid oğlu Bağırov;
1.9. Azərbaycan Respublikasının energetika naziri – Natiq Ağaəmi oğlu Əliyev;
1.10. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;
1.11. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Səlim Yanvar oğlu Müslümov;
1.12. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;
1.13. Azərbaycan Respublikasının gənclər və idman naziri – Azad Arif oğlu Rəhimov;
1.14. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;
1.15. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri – Şahin Abdulla oğlu Mustafayev;
1.16. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – Heydər Xanış oğlu Əsədov;
1.17. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;
1.18. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri – Əbülfəz Mürsəl oğlu Qarayev;
1.19. Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri – Eldar Əhməd oğlu Mahmudov;
1.20. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;
1.21. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri – Yavər Talıb oğlu Camalov;
1.22. Azərbaycan Respublikasının nəqliyyat naziri – Ziya Ərzuman oğlu Məmmədov;
1.23. Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri – Əli Məmməd oğlu Abbasov;
1.24. Azərbaycan Respublikasının səhiyyə naziri – Oqtay Kazım oğlu Şirəliyev;
1.25. Azərbaycan Respublikasının təhsil naziri – Mikayıl Çingiz oğlu Cabbarov;
1.26. Azərbaycan Respublikasının vergilər naziri – Fazil Əsəd oğlu Məmmədov;
1.27. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri – Hicran Kamran qızı Hüseynova;
1.28. Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri – Nazim Hüseyn oğlu İbrahimov;
1.29. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – Elşad Hüseyn oğlu İskəndərov;
1.30. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri – Aydın Əli oğlu Əliyev;
1.31. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri – Arif Mikayıl oğlu Vəliyev;
1.32. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Abbas Abbas oğlu Ələsgərov;
1.33. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – Qərib Şamil oğlu Məmmədov;
1.34. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – Kərəm Əvəz oğlu Həsənov;
1.35. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri – Rüfət Cəbrayıl oğlu Aslanlı;
1.36. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri – Ramiz Ayvaz oğlu Həsənov;
1.37. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi – Firudin Hilal oğlu Nəbiyev;
1.38. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;
1.39. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – Arzu Yusif oğlu Rəhimov;
1.40. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi – Qüdrət Qəmbər oğlu Qurbanov;
1.41. Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru – Fuad Hidayət oğlu Quliyev;
1.42. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi – Ataxan Əvəz oğlu Paşayev.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20