Zahid Oruc Səfər Əbiyevi “kabinet nazir” adlandırdı
11:52 24-10-2013
SİYASƏT
“Prezident İlham Əliyevin dünən verdiyi fərman və sərəncamlar sübut etdi ki, ölkə rəhbəri qarşıdakı dönəmi mühüm proqramlarla davam etmək qərarındadır”.
Bu sözləri millət vəkili Zahid Oruc Nazirlər Kabinetinin yeni tərkibdə formalaşması haqqında fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, hökumət və dövlət idarəçilik sistemində funksional islahatlar dərinləşdirilir:-“Çünki adi gözlə görünürdü ki, sərhəd və daxili qoşunlarda, həmçinin Fövqəladə Hallar Nazirliyinin nəzdindəki xidmət keçən əsgərlərin fəaliyyəti sahəsində quruculuq, nizam-intizam və idarəçilik Müdafiə Nazirliyi müqayisə olunmayacaq dərəcədə üstün idi. Dəfələrlə parlamentdə ordu quruculuğuna dair problemlər dilə gətirilmişdi. Ölkə rəhbərinin büdcə siyasətində hərbi sahəni ön yerə qoymasına rəğmən bu vəsaitlərin şəffaflığı, ünvanına çatması, müasir texnika və sursatı hərəkətə gətirən insan resursunun düzgün idarə olunması, həmçinin Silahlı Qüvvələrdə aparılan islahatlar, qurulan beynəlxalq əlaqələr və öhdəliklərin yerinə yetirilməsindəki vəziyyət birbaşa nazirin üzərinə düşən məsuliyyət idi. Təəssüf ki, Səfər Əbiyev “kabinet naziri” idi və bunların öhdəsində gələ bilmədi. Son on ildə həmin şəxsi davamlı olaraq Milli Məclisin tribunasından tənqid etdiyimdən, bundan sonra haqqında heç bir fikir söyləmək istəmirəm”.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50