Milli Şuranın vahid namizədini ABŞ kəşfiyyatıyla nə bağlayır?!
Milli Şuranın vahid namizədini ABŞ kəşfiyyatıyla nə bağlayır?!

Cəmil Həsənlinin prezidentliyə namizəd seçilməsi Qərbin, daha dəqiq desək, ABŞ-ın istəyi ilə baş tutdu. Bu seçimi şərtləndirən səbəblərin isə özəl bir tarixçəsi var.

Cəmil Həsənli ilk dəfə
Avropada həbs olunmuşdu

Biləsuvar rayonunda anadan olan Cəmil müəllim artıq 70-ci illərin ortalarından başlayaraq, Cəlilabad rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdı. O vaxtkı müəllim maaşı ilə dolanmaq istəməyən Cəmil müəllim həmkəndliləri ilə birlikdə qonşu kəndlərdə mal-qara, əsasən də iribuynuzlu danaların oğurlanması ilə məşğul olurdular. Bir neçə dəfə kənd camaatı tərəfindən ifşa edilən Cəmil müəllim artıq müəllim kimi çalışmağın mümkünsüzlüyünü görüb Bakı şəhərinə üz tutur və Bakı şəhərində "yaradıcılıqla" məşğul olmağa başlayır, lakin öz alverindən də əl çəkmir. Bu dəfə Cəmil Həsənli turist kimi Avropaya səfər edir. Həmin dövrlərdə, Qərbin xüsusi xidmət orqanları, adətən SSRİ vətəndaşlarının "ovuna" çıxardı. Cəmil müəllim də Avstriyanın Zalsburq şəhərində özü ilə gətirdiyi çayı satarkən yerli xüsusi xidmət orqanlarının diqqət dairəsinə düşür və onun məxfi əməkdaşlığa cəlb olunması üçün tədbirlər görülür. Cəmil Həsənli ilə işləmək üçün onun yanına türk, ABŞ MKİ-nin xüsusi agenti və hamının 1990-cı illərin ortalarında Azərbaycanda hazırlanan dövlət çevrilişi cəhdinin ideoloqlarından biri kimi tanıdığı Kənan Gürel göndərilir. Bu, həmin Kənan Güreldir ki, Mahir Cavadova da hal-hazırda Zalsburq şəhərində himayədarlıq edir.

Cəmil Həsənlinin MKİ ilə məxfi əməkdaşlığı başlayır

Avstriyada həbsdə olarkən Cəmil Həsənli barədə onun yaxın ailəsi də xəbər tutur və hər vəchlə onu həbsdən azad etməyə çalışırlar. Bütün cəhdlər nəticəsiz qalır. Lakin Kənan Gürelin vasitəsilə baş tutmuş cəlbetmədən sonra Cəmil Həsənli azadlığa çıxa bilir, lakin bir şərtlə...
Şərt isə ondan ibarət idi ki, ixtisasca tarixçi olan Cəmil Həsənli bundan sonra ABŞ-ın kəşfiyyat orqanları, daha dəqiq desək, Mərkəzi Kəşfiyyat İdarəsi ilə məxfi əməkdaşlıq etməli idi. Cəmil Həsənli bu təkliflə dərhal razılaşır. Bu təklifin onunçün cəlbedici tərəfi ondan ibarət idi ki, bundan sonra Cəmil Həsənli üçün Avropa və ABŞ-ın bütün arxivləri və universitetləri açıq elan olunurdu. Göstərdiyi xidmətin qarşılığında ABŞ kəşfiyyatı Cəmil Həsənlinin gələcək fəaliyyəti üçün onu dünyanın tanınmış arxivlərinə "soxa" bilirdi. Hətta onun arxiv araşdırmalarına marağını görən kəşfiyyat orqanları Cəmil Həsənliyə "Arxivarius" məxfi ləqəbi də vermişdilər. Məhz bu ləqəblə fəaliyyət göstərən Cəmil Həsənli Azərbaycana qayıtdıqdan sonra da MKİ ilə əlaqələrini qoruyub saxlaya bildi.
Cəlbetmədən sonra Kənan Gürel Cəmil Həsənliyə o vaxtlar dəbdə olmuş "Madonna" servis hədiyyə verib. Cəmil müəllim hələ də həmin servisdən istifadə edir.

"Arxivarius"un qarşısına ciddi planlar qoyulmuşdu

Azərbaycana döndükdən sonra yenə də pedaqoji fəaliyyətini davam etdirən "Arxivarius" tez-tez elmi araşdırmalar adıyla SSRİ hüdudlarını tərk edirdi ki, bu da o vaxtkı SSRİ DTK-nın diqqətini çəkmişdi. Cəmil Həsənlinin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun ABŞ kəşfiyyatı ilə əlaqələri təsbit edilmiş və bu haqda rəsmi Moskvaya məlumat da göndərilmişdi. Lakin 1988-ci ildə SSRİ daxilində başlanan üsyanlar, o vaxtkı rəhbər Mixail Qorbaçovun SSRİ-ni süquta uğratması digər agentura şəbəkəsi kimi "Arxivarius"u da ifşa edilməkdən qurtara bildi. Əslində Cəmil Həsənlinin ifşa edilib həbs edilməsi nəzəri cəhətdən mümkün görünsə də, praktiki cəhətdən mümkün deyildi. ABŞ kəşfiyyatı ilə sıx əməkdaşlıq edən və əsas vəzifəsi Sovet İmperiyasını dağıtmaq olan Mixail Qorbaçovun son anda bütün ABŞ agenturasına sahib çıxacağı gözlənilirdi. Məhz ABŞ kəşfiyyatının təlimatları ilə hərəkət edən Mixail Qorbaçovun özü SSRİ-ni dağıda bildiyinə görə, sonradan Qərb dünyasında qəhrəman kimi qəbul edilməyə başlanıldı və ona Nobel mükafatı təqdim edildi.

ABŞ kəşfiyyatının "Arxivarius"u prezident eləmək planı

Əslində Cəmil Həsənli ilə bağlı plan hələ 1992-ci ildə var idi. Hələ o vaxt ABŞ kəşfiyyatı Əbülfəz Elçibəyin yerinə məhz Cəmil Həsənlini Azərbaycana rəhbər təyin etdirməyə çalışırdı. Lakin hələ də Moskvanın təsiri altında olan Bakıya müdaxilə bir qədər çətin göründüyündən MKİ-nin "Arxivarius"la bağlı planı baş tutmadı. Lakin bu, yenə də Cəmil Həsənlinin proseslərdən uzaqlaşdırılması anlamına gəlmirdi. Belə ki, "Arxivarius" ləqəbli Cəmil Həsənli ölkədə ABŞ və Qərb siyasətini təbliğ etməkdə davam edirdi. 1993-cü ildə "Avropa və Amerika ölkələrinin müasir tarixi" kafedrası üzrə professor vəzifəsinə gətirildi. Professor Həsənli uzun müddət Azərbaycanın Avropa və Amerika ölkələri ilə münasibətləri, beynəlxalq münasibətlər tarixi fənlərindən mühazirələr oxumağa və magistr kursları hazırlamağa başladı. MKİ-nin intensiv səyi nəticəsində Cəmil Həsənlini o vaxtkı ölkə başçısı Əbülfəz Elçibəyin yanına sızdıra bildilər və o, 1993-cü ilin aprel-sentyabr aylarında Prezident müşaviri vəzifəsində çalışdı. Əbülfəz Elçibəyin yaxın ətrafında baş verən bütün hadisələri ABŞ kəşfiyyatına ötürən Cəmil Həsənli hətta Elçibəyin hakimiyyətdən istefa verməsindən sonra da ondan əl çəkmir və Kələkiyə gedərək prosesləri yaxından izləməyə başlayır.
Azərbaycanın dirçəliş dövründə digər ölkələrin agentura şəbəkəsi kimi ABŞ kəşfiyyatı da özünün qara günlərini yaşayır. "Arxivarius" proseslərdən uzaqlaşdırılır və yenidən müəllim kimi fəaliyyətini davam etdirir. Buna baxmayaraq, Cəmil Həsənlinin MKİ ilə əlaqələri kəsilmir və o, Lomonosov adına Moskva Dövlət Universitetində, Cənubi İllinoys Universitetində, Vudro Vilson mərkəzində, Humbolt Universitetində və digər qurumlarda çalışmağa başlayır.

"Arxivarius" 2013-də yenə proseslərə cəlb olunur

Azərbaycan Respublikasının son illər müstəqil siyasət yürütməsi nəinki qonşu ölkələri, habelə dünyanın ən iri dövlətlərini də narahat etməyə bilməzdi. Zəngin enerji ehtiyyatlarına malik Azərbaycanı öz təsiri altına salmağa çalışan ABŞ və Avropa bütün ümidlərini yenə də 2013-cü il prezident seçkilərinə dikmişdi. Əsas müxalifət partiyalarının Milli Şura adı ilə ortaya atıldığı bir vaxtda proseslərə müdaxilə etməyə can atan ABŞ Milli Şuranın vahid namizədinin Rusiya meylli Rüstəm İbrahimbəyov olmasını heç cürə qəbul edə bilməzdi. Odur ki. 2013-cü ilin avqust ayına qədər Milli Şuraya heç bir maddi və siyasi dəstək göstərilmir. Lakin sonradan Rüstəm İbrahimbəyovun uğursuz namizəd olduğunu görən Milli Şura funksionerləri dəstək üçün ABŞ səfirliyinə müraciət etdikdə, özlərinin də gözləmədiyi bir cavabla qarşılaşırlar: "Milli Şuranın namizədi Cəmil Həsənli olarsa, ABŞ müxalifətə tam dəstək göstərəcək!"
Məhz bu cavabdan sonra Milli Şura daxilində yenidən gərgin müzakirələrə start verilir və bəzi mühafizəkar qüvvələr heç cür bu qərarla razılaşa bilmirlər. Ciddi maliyyə dəstəyinin olacağını biləndən sonra isə məcburiyyət qarşısında qalıb Cəmil Həsənlinin namizədliyini dəstəkləməli olurlar. Beləliklə, "Arxivarius" ləqəbli Cəmil Həsənli Milli Şuranın prezidentliyə vahid namizədi olur. Bəzilərinin yazıq, susqun, ziyalıya xas məsum bir şəxs kimi tanıdığı Cəmil Həsənlinin ABŞ səfiri Riçard Morninqstarla mütəmadi görüşləri və məsləhətləşmələri başlayır.
İsa Qəmbər və Əli Kərimlinin iştirakı olmadan baş tutan bu görüşlərdə ABŞ səfiri konkret tapşırıqlarını Cəmil Həsənliyə verir və seçki təbliğatının gedişatından tutmuş, seçki sonrakı fəaliyyətə qədər hərəkət planını "Arxivarius"un qarşısına qoyur. Təhlil göstərir ki, bu planlar daha uzun müddətə hesablanmış, 2015 və 2018-ci illərdə keçiriləcək seçkilər də Cəmil Həsənlinin xidmətlərindən istifadə olunacağını deməyə əsas verir.
Qeyd etmək yerinə düşərdi ki, "Arxivarius"un prezidenliyə namizəd kimi təbliğat-təşviqat kompaniyası ərəfəsində, Dağlıq Qarabağı "mübahisəli ərazi" adlandırması da Qərbin tapşırığı ilə olmuşdur. Cəmil Həsənli Qərbə "ismarıc" göndərirdi ki, "əgər onu prezident seçdirərlərsə, o zaman Dağlıq Qarabağ məsələsini onların maraqları çərçivəsində həll olunmasına razılıq verəcəkdir".
Fuad