Şahmat taxtasında qaydasız döyüş
12:40 30-10-2013
İQTİSADİYYAT
Mat zamanı yetişmək üzrədir
Azərbaycanın ilk fərqli baxışı
Prezident İlham Əliyev seçkilərdən dərhal sonra MDB sammitində iştiraka getdi. Əksər ekspert hesab etdi ki, bu addım təsadüfdən atılan addım deyildi və bu Azərbaycanın xarici siyasətində ki, konturlardan biridir. Belə ki, seçkilərdən sonra qərblə Azərbaycan münasibətlərində bir sərinlik yarandı və aydın oldu ki, Avropa Azərbaycana təzyiqləri daha da artırmaq niyyətindədir. Sözsüz ki, Azərbaycan tərəfi bununla razılaşa bilməzdi və MDB sammitində iştirak etməklə Avropaya ilk xəbərdarlıq edildi. Burdan həm də belə bir nəticə ortaya çıxdı ki, Azərbaycan proseslər bu şəkildə inkişaf edərsə Avrasiya İtifaqına qoşula bilər. Bunu da qeyd edək ki, artıq Türkiyədə bu ittifaqa qoşulmaq haqqında düşünür və Rusiya ilə danışıqlara başlayıb. Məhz buna görə dünənə qədər Avropa Birliyi Türkiyəni üzv kimi qəbul etməkdən imtina edirdisə, indi danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. Müşahidəçilər hesab edir ki, bu baxımdan Azərbaycan düzgün mövqe seçib və bu məsələlərdə Türkiyə ilə birlikdə addımlamalıdır. Elə prezident İlham Əliyevin ilk rəsmi səfəri də bu səbəbdən Türkiyə oldu.
Gürcüstandan ilk
maraqlı mesaj
Gürcüstanda nəhayət ki, müxalifət parlament qələbəsindən sonra ,prezident seçkilərində də qələbə qazandı. Bu isə Gürcüstanında yeni mesajların səslənməsi ilə müşahidə olunacaq və artıq proses başlayıb. Belə ki, Saakaşvili hakimiyyəti birmənalı şəkildə Rusiyadan imtina edirdisə, yeni hakimiyyət Kremllə danışıqlara hazır olduğunu bəyan etdi. Həmçinin Rusiyanın Xarici İşlər Nazirliyi də Gürcüstandakı yeni hakimiyyəti təbrik etməklə dostluq mesajını göndərdi. Müşahidəçilər hesab edir ki, bu proses davam edəcək və bəzi məsələlər həllini tapacaq. Məsələn, Gürcüstan-Rusiya ticari əlaqələrinin bərpası mümkünləşəcək, Gürcüstan MDB-yə yenidən daxil olacaq və yeganə problem Abxaziyaya yanaşmada olacaq və bunun da tədricən həll olunacağı gözlənilir. Sözsüz ki, bu məsələdə də Avrasiya İttifaqına yanaşma mühüm rol oynayacaq.
Gürcüstanla Azərbaycanı bağlayacaq faktor
Artıq beynəlxalq müşahidəçilərdə etiraf edirlər ki, yaxın br il ərzində dünya düzəni Avrasiya İttifaqına görə dəyişəcək. Ən azından ABŞ-qərb cütlüyü regionda diqtə imkanlarını itirəcəklər. Bu gün qərb və ABŞ region dövlətləri ilə təzyiq dilində danışır və hazırda Azərbaycan belə problemi yaşayır. Amma Avrasiya İttifaqı alternativ güc kimi ortaya çıxarsa təzyiq dili aradan qalxacaq. Buna görə də diqqət bu ittifaqa yönəlib. Bu gün əksəriyyəti bir sual düşündürür, Gürcüstan bu ittifaqa daxil olacaqmı? Amma bu sualın cavabı Gürcüstanda yox, Azərbaycanda axtarılır. Çünki Azərbaycan ittifaqa daxil olarsa Gürcüstanda eyni addımı atmalı olacaq. Buna görə də müşahidəçilər hesab edir ki, Gürcüstanın yeni hakimiyyəti Azərbaycanla birlikdə siyasi xətt yürütməli və fərqli yanaşmadan qaçmalıdır.
İki problemin bir həlli
Müşahidəçilər hesab edir ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda keçirilən prezident seçkilərindən sonrakı 5 il həm də eyni məzmunlu iki problemin həllinə sərf olunacaq.Söhbət Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın isə Abxaziya problemindən gedir. Hər iki problem eyni məzmunludur və hədəfdə yalnız Rusiya dayanır. Bu gün Rusiya proseslərdən kənara çəkilərsə istər Azərbaycan, istərsədə Gürcüstan öz problemini hərbi yolla da həll edə bilər. Amma Rusiyanın 20 ildir eyni siyasi xətti yürütməsi vəziyyəti mürəkkəb olaraq saxlayıb. Buna görə də ekspertlər hesab edir ki, bu 5 il ərzində Rusiya ilə Azərbaycan və Gürcüstanın quracağı münasibətlər açar rolu oynayacaq. Bəs hazırda bu durum necə dəyərləndirilir?
Rusiya-Azərbaycan
gərginliyi
Hazırda Rusiya ilə Azərbaycan arasında bir miqrasiya problemi yaşanır və azərbaycanlıların hər an Rusiyadan deportasiya olunacağı gözlənilir. Həmçinin rəsmi Kremlin himayəsində olan milyoner azərbaycanlı qruplaşması hakimiyyətin əleyhinə yönəldilir.Bu ortada olan hazırkı mənzərədir.
Rusiya-Azərbaycan
müttəfiqliyi
Həmçinin iki ölkə münasibətlərində ciddi yaxınlaşma sezilir. Seçkidən öncə Vladimir Putinin Azərbaycana gəlməsi bir siyasi jest idi və buna cavab olaraq İlham Əliyev MDB-in sammitinə qatıldı. Bununla da ortada olan gərginlik başqa müstəviyə keçdi. Bütün bunlar isə sübutlayır ki, ortada bir seçim zamanı var və bu zaman ərzində çox şeylər bəlli olacaq. Məsələn, hesab edilir ki, Rusiya Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını təmin edə bilər və bunun qarşılığında Azərbaycan Avrasiya İttifaqının bütün müqavilələrinə imza ata bilər. Əslində bu Rusiyanında maraqlarına cavab verir və görünür seçim məsələsi məhz bu razılaşmadan aslıdır.
Gürcüstan-Rusiya gərginliyi
Hazırda iki ölkə münasibətləri kifayət qədər gərgindir və Rusiya Abxaziyanın sona qədər müstəqilliyini tanıyacağını bildirib. Həmçinin iki ölkə arasında diplomatik münasibətlər qırılıb və Gürcüstan məhsullarının Rusiyada satışına qadağa qoyulub.Gürcüstan hakimiyyəti isə bəyan edir ki, NATO-ya daxil olmaq üçün sona qədər çalışacaqlarını bəyanlayıb.
Gürcüstan-Rusiya istiliyi
Paralel olaraq hazırda diplomatik əlaqələrin bərpasına start verilib və Rusiya tərəfi Gürcüstanla ticari əlaqələri bərpa etmək niyyətindədir. Gürcüstanın baş naziri isə Rusiya-Gürcüstan dəmiryolunun bərpasını istisna etməyib. Gördüyünüz kimi burada da eyni abu-hava var və gözləmə siyasəti davam edir.
Regionun Ermənistan bəlası
Qarşıdan gələn beş il ərzində istər Azərbaycanın, istərsədə Gürcüstanın nisbətən fərqli xarici siyasət yürüdəcəyini gördük. Amma bu məsələdə hər iki ölkəyə tormuzlayıcı problemlər yaradacaq Ermənistanı unutmaq olmaz. Hazırda Ermənistan məhz belə bir siyasi xətt tutub və Azərbaycana qarşı Avropada aparılan kompaniyaya Ermənistan nəzarət edir. Bundan başqa hazırda Ermənistan Gürcüstanda yaşayan erməniləri aktivləşdirməkdə və yeni hakimiyyətdən ciddi pay almaq niyyətindədir. Məhz bu arqumenti nəzərə alan Gürcüstan, Ermənistan rəhbərliyinə iki dövlət arasındaki dəmir yol xəttinin açılması vədini verib. Ekspertlər hesab edir ki, bu gün Ermənistan bütün imkanlarını səfərbər edərək həm də Gürcüstanla Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyir. Bunu da qeyd edək ki, Gürcüstanın hazırkı hakimiyyəti Saakaşvilidən fərqli olaraq Ermənistana meyillənir. Bu isə Azərbaycanın maraqlarına cavab vermir və regionda istənilən an bu problem ortaya çıxa bilər. Amma hələlik Rusiya Gürcüstan münasibətləri qaydasında olmadığından Gürcüstan tam olaraq Azərbaycanın təsir dairəsindədir. Belə ki, Gürcüstanın enerji resurslarına tam olaraq Azərbaycan nəzarət edir.
ABŞ-in demarşı
Bütün olayları incələyərkən ABŞ faktorunu unutmaq olmaz. Hazırda Azərbaycan-ABŞ münasibətləri yaxşı olmasada regionda ABŞ-in maraqlarına cavab verən və müttəfiq qismində çıxış edən ölkə məhz Azərbaycandır. ABŞ-in keçmiş dövlət katibi Bzejiniski bu səbəbdən bəyan etmişdi ki, regionda ABŞ-Azərbaycan münasibətləri soyuyarsa bu nəticədə ABŞ-in regionu tərk etməsi ilə sona çatacaq. Çünki Ermənistan tam olaraq Rusiyanın təsir dairəsindədir və Azərbaycansız Gürcüstan ABŞ-in heç bir marağına cavab verməyəcək. Buna görə hesab etmək olar ki, ABŞ yaxın zamanlarda regionda gücünü qorumaq üçün əlavə addımlar atacaq. Əksər analitiklər hesab edir ki, bu gün ABŞ-in belə riskli addım atması dünya iqtisadiyyatındakı böhranla bağlıdır. Belə ki, proqnozlaşmaya görə Rusiya yaxın bir il ərzində ciddi iqtisadi iflasa məruz qalacaq və bu məqamda ABŞ regionun şəriksiz liderinə çevriləcək. Amma Putinin Avrasiya İttifaqı ideyası bu prosesin qarşısını ala bilər və regionu təsir dairəsində saxlaya bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17