“Fransa səfiri başından böyük işlərə baş qoşub”
10:23 31-10-2013
CƏMİYYƏT
“Fransa səfiri başından böyük işlərə baş qoşub”
“Dağlıq Qarabağdakı separatçı bir qurumun danışıqlar prosesində iştirakı mümkün deyil”
Bunu keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, atəşkəs rejiminin tətbiq edilməsi barədə imzalanan “Bişkek Protokolu”na Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları imza atıb.
“İndi də danışıqlar prosesində qondarma bir rejimin müzakirəyə cəlb olunması “DQR”-in avtomatik olaraq tanınması olardı. Azərbaycan yalnız bu varianta razı ola bilər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları müşahidəçi qismində danışıqlarda iştirak etsin”.
Siyasi təhlilçi vurğulayıb ki, tərəf kimi Azərbaycan və Ermənistan danışıqlarda iştirak etməlidir. Analitik bildirib ki, tanınmamış bir qurumun danışıqlara və de-yure tanınma prosesinə cəlb edilməsi niyyəti uzağa gedən nəticələr güdür.
“Bu addım Azərbaycanın ərazi bütövlüyünə qarşı yönələn separatçı təmayüllərdən qidalanır. Buna isə Azərbaycan qətiyyən razı olmaz. Dağlıq Qarabağın tərəf kimi münaqişənin nizamlanmasında iştirakı məsələsini birbaşa olaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri dilə gətirməyib”.
Q. Hüseynli fransalı səfiri belə bir fikir səsləndirməsinə görə ittiham edib. “Fransa səfiri öz işini-gücünü buraxıb bu məsələyə müdaxilə etməməlidir. Əgər səfirin sözləri təsdiqlənərsə, Minsk Qrupu Azərbaycandan kəskin cavab alacaq”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri gələn həftənin əvvəlində Azərbaycana gələcək. Səfər zamanı həmsədrlər Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcəklər. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış vəziyyət müzakirə olunacaq.
Qeyd edək ki, vasitəçilərin bölgəyə səfərində əsas məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkilidir. Onlar Bakıdan Ermənistana yola düşəcəklər.
Səfər ərəfəsində Yerevanda təşkil olunan mətbuat konfransında Fransanın Ermənistandakı səfiri Anri Reno həmsədrlərin qondarma Dağlıq Qarabağ Respublikasının danışıqlarda tərəf kimi iştirakı barədə düşündüyünü dilə gətirib.
Xatırladaq ki, “Bişkek protokolu” Azərbaycan tərəfindən 8 may 1994-cü ildə imzalanıb. Sənədə o vaxtkı Ali Sovetin sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri şəxsində Şuşa rayonu İH başçısı Nizami Bəhmənov, erməni tərəfdən Ermənistan parlamentinin sədri Babken Ararksyan və Dağlıq Qarabağın erməni icmasının rəhbəri şəxsində Karen Baburyan imza atıblar.
Aqşin Kərimov
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49