Azərbaycanın enerji potensialı Avropa Enerji Sammitinin əsas müzakirə mövzusu olub
12:37 01-11-2013
İQTİSADİYYAT
Azərbaycanın enerji potensialı Avropa Enerji Sammitinin əsas müzakirə mövzusu olub
Sammit çərçivəsində keçirilən təntənəli ziyafətə Avropa Azərbaycan Cəmiyyəti sponsorluq edib
Azərbaycanın enerji təchizatçısı və tranzit ölkə kimi gələcək rolu oktyabrın 30-31-də İstanbulda keçirilən Avropa Enerji Sammitinin əsas müzakirə mövzusu olub. Bu barədə Avropa Azərbaycan Cəmiyyətinin yaydığı məlumatda bildirilir.
Müzakirə olunan mövzular arasında Avropa İttifaqının (Aİ) enerji bazarında prioritetləri, Avropanın enerji təhlükəsizliyi, Türkiyənin enerji sektoru və Avropa infrastruktur texnologiyalarının inkişafı və digər məsələlər yer alıb.
Sammitdə Türkiyənin enerji naziri Taner Yıldız, TAP layihəsinin xarici əlaqələr üzrə direktoru Maykl Hoffman və digər rəsmilər iştirak edirlər.
Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Egemen Baxış Türkiyə və Azərbaycan arasında mövcud xüsusi münasibətlərdən danışıb.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter, öz növbəsində, bildirib ki, Cəmiyyət dünya şöhrətli "The Economist" jurnalı ilə birgə bu mühüm tədbirə sponsorluq etməkdən məmnundur: "Bu sammit əsasən Türkiyəyə yönəlsə də, hər bir sessiya və nitqdə, xüsusilə də son enerji müqavilələrinin ratifikasiyası fonunda Türkiyə və Azərbaycan arasında olan sıx münasibətlərdən danışılıb".
Qeyd edək ki, sammit çərçivəsində keçirilən təntənəli ziyafətə Avropa Azərbaycan Cəmiyyəti sponsorluq edib.
Məlumatda qeyd olunur ki, sammit mühüm vaxtda, yəni "Şahdəniz" konsorsiumu tərəfindən TAP layihəsinin Azərbaycan qazının Avropaya nəqli üçün marşrut qismində seçilməsi barədə qərardan sonra keçirilib.
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17