Səlim Müslümovun əmri, Hüseyn Kərimovun əməli
10:50 07-11-2013
CƏMİYYƏT
Səlim Müslümovun əmri, Hüseyn Kərimovun əməli
Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi mərkəzində biabırçılıq davam edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan kadr dəyişiklikləri yəqin ki, nazirliyin bölgələrdə ki, təşkilatlarında da davam etdiriləcək. Çünki yuxarılarda dəyişikliklər aparılsada, bölgələrdə və Bakının bəzi rayonlarında özbaşınalıqlar davam edir. Əhaliyə ünvanlı sosial yardımların verilməsindən tutmuş, adi arayışa qədər hər şey yenədə köhnə qayda da və yenə də mənimsəmələrin olması ilə baş verir. Belə rayonlardan biri də Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi mərkəzidir.
Qeyd edək ki, mərkəzin direktoru Hüseyn Kərimov əhalinin incidilməsi, ünvanlı sosial yardımların lazımi qayda da verilməməsinə görə hələ öncələrdə ad çıxartmışdı. Dəfələrlə onun fəaliyyətindən ən yuxarı instansiyalara şikayətlər olsada nəticəsi olmamışdı. Çünki Hüseyn Kərimov bu qanunsuzluqları yuxarılarla bağlayıb və qanunsuz yollarla toplanan pulların yuxarılara çatdığını iddia edirdi. Həta ötən il məsələ o səviyyəyə qədər şişdi ki, keçmiş nazir Binəqədi rayonunda bütün heyətin işdən qovulması üçün yoxlamaların aparılmasını tapşırdı. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin o zamankı aparat rəhbəri Elnur Kələntərlinin işə qarışmasından və nəyinsə müqabilindən sonra Hüseyn Kərimov vəzifəsində qaldı. Bunun qarşılığında isə sadəcə olaraq Binəqədi rayon Əhalinin Sosial müdafiəsi mərkəzinin 2 nəfər işçisi günahkar qismində tutduqları vəzifədən kənarlaşdırıldı. Məhz bundan sonra aparatın keçmiş rəhbəri Elnur Kələntərlinin himayəsinə sığınan Hüseyn Kərimovun özbaşınalıqları daha da artmağa başladı. Bu günlərdə yeni nazir Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı rayon və şəhər əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev məlumat verib. O bildirib ki, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb. Ç.Əliyevin sözlərinə görə, aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər: “Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə hüquq-mühafizə orqanları ilə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə söhbətlər aparılıb və yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək”.Maraqlıdır ki, ünvanlı sosial yardımların verilməsi ilə bağlı problemlər Binəqədi rayonunda hələdə qalmaqdadır və nazirlik elementar yoxlamalar aparsalar nə qədər vətəndaşın hüququnun pozulduğunu görər. Sonda bunu da qeyd edək ki, Hüseyn Kərimov yaxın çevrəsinə bildirib ki, hazır ki, gərginlik müvəqqətidir və yeni rəhbərliklə dil tapmağın yolu tapılacaq. Bu müddətə qədər də maksimum dərəcədə vətəndaşlara ünvanlı sosial yardımların verilməsində ləngidilmələr etməsini tələb edib. Çünki hesab edir ki, yeni rəhbərliklə yola gedəndən sonra yenə də köhnə qayda ilə işləyə biləcək.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49