Rüstəm İbrahimbəyov: “Milli Şuranın sədrliyindən imtina etmək fikrim yoxdur”
11:57 08-11-2013
CƏMİYYƏT
Rüstəm İbrahimbəyov: “Milli Şuranın sədrliyindən imtina etmək fikrim yoxdur”
“Partiyalar Milli Şuranın işinə qarışmamalıdır, Məşvərət Məclisinə ehtiyac yoxdur”
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Milli Şuranın gələcəyi ilə bağlı bildirib ki, Milli Şuranın gələcək fəaliyyətini aydın görürəm. Milli Şurada həmsədrlik institutunun yaradılmasını, dostum Cəmil Həsənlinin həmsədr olmasını təklif etmişəm.
Biz hər gün onunla ünsiyyətdəyik. Milli Şuranın proqramında seçkidən sonra nə edəcəyimiz, hansı addımlar atacağımız əksini tapıb. Bu proqram yaxın vaxtlarda bəyan olunacaq. Bir məqamı da qeyd etmək istəyirəm. Milli Şura partiya deyil, Azərbaycandakı demokratik qüvvələrinin ittifaqıdır. Milli Şurada hörmətli ziyalılar, hüquq-müdafiə təşkilatları, digər demokratik qüvvələr, o cümlədən partiyalar var.
O,daha sonra bildirib ki, Milli Şuranın sədrliyindən imtina etmək fikri yoxdur:-“ Onu da deyim ki, mənim siyasətlə məşğul olmaq fikrim yox idi, Ziyalılar Forumu çərçivəsində fəaliyyət göstərmək istəyirdim. Mən məcburən Milli Şuranın sədri oldum, sonra da prezidentliyə namizədliyə razılıq verdim. Əvvəldən Cəmil Həsənlinin Milli Şuranın prezidentliyə namizədi olmasını istəyirdim, sadəcə, Cəmil Həsənli istəmədi, mənim namizədliyim irəli sürüldü. Vəziyyət dəyişəndən sonra Cəmil Həsənli prezidentliyə namizəd olmağa razılıq verdi. Bu, çox ağıllı addım idi. İndiki vəziyyətdə Milli Şuraya sədrlikdən imtina etmərəm. Çünki yaxşı mənada taleyim, vicdanım məni məcbur edib ki, Milli Şuranın sədri olum. Bu yolu da axıra kimi gedəcəyəm.Milli Şuranın üzvləri var, partiyalar Milli Şuraya üzv deyil. Bəli, Milli Şurada partiyaların üzvləri də təmsil olunurlar və bu insanların partiyaları ilə məsləhətləşmək öz işləridir. Partiyalar isə Milli Şuranın işinə qarışmamalıdır, qarışmırlar da. Bu, canlı bir təşkilatdır”.O,daha sonra qeyd edib ki, Milli Şurada lazımi strukturlar, İcra Aparatı və digər strukturlar var, sadəcə, hələlik lazımi səviyyədə fəaliyyət göstərmirlər. Amma ümidvaram ki, bu yaxınlarda daha fəal işləyəcəklər. Ümumi istiqamətlər Milli Şuranın sessiyalarında müəyyən edilməli, İcra Aparatı da icra işləri ilə məşğul olmalıdır. Yeri gəlmişkən, biz əvvəllər Milli Şuranın Məşvərət Şurasının yaradılması barədə fikirləşirdik. Ancaq sonra düşündük ki, Məşvərət Şurası Milli Şurada iştirak edənlərin hamısının spektrini əhatə etməyə bilər. Şəxsən mən düşünürəm ki, Milli Şuraya Məşvərət Şurası lazım deyil. Amma Milli Şuranın sessiyasında fərqli qərarlar da qəbul edilə bilər.
Alı
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00