"Kürü diplomatıyası" və erməni lobbisinin iddiaları
Müxalifətin anonsları özünü doğrultmur
Prezident seçkiləri sona çatsada müxtəlif ittihamlar hələ də səslənməkdədir. Bu dəfə müxalifət iddia edir ki, Azərbaycan hakimiyyəti bir sıra beynəlxalq təşkilatların təmsilçilərini pulla ələ alıblar və nəticədə onlar seçkilərin nəticələrini tanıyıblar. Qeyd edək ki, ilk dəfə Milli Şuranın vahid namizədi Cəmil Həsənli bəyan etmişdi ki, onların əlində kifayət qədər faktlar var bununları bütün dünya ictimaiətinə təqdim edəcəklər.
Bəzi mətbu orqanlar isə daha irəli gedərək bəyan etdilər ki, ABŞ kəşfiyyatı Azərbaycan hakimiyyəti ilə AŞPA deputatlarının gizli telefon danışıqlarını yazıb və bunlar müxalifətə ötürülüb. Həm də yada salaq ki, bu ittihamlar hələ seçkilərdən öncədə səsləndirilirdi və hüquq müdafiəçisi Leyla Yunus bildirmişdi ki, Azərbaycan Avropada "qara kürü" siyasəti həyata keçirir ki, bunun da nəticəsində satınalmalar həyata keçirilir. Çox maraqlıdır ki, bu işdə daha çox "AvroNestin" vitse-spikeri Elxan Süleymanovun adı hallanır. Halbu ki, adı çəkilən millət vəkili Avropa ilə münasibətlərin kəskinləşməsində mühüm rol oynayan şəxs olub. Uzun müddət müxalifətin bu ittihamlarına hakimiyyət tərəfindən reaksiya verilməsə də hazırda ilkin bəyanatlar səsləndirilməyə başlanıb:-"Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı AŞPA müşahidəçilərinə qarşı səsləndirilən rüşvət ittihamları müxtəlif jurnalistlərin və müxtəlif media qurumlarının ortaya qoyduğu fikirlərdir".Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, bu ittihamlar üzərində ciddi müzakirələr aparmağa dəyməz: "Hər halda burada söhbət yalnız Avropa Şurası Parlament Assambleyasının Azərbaycanla bağlı verdiyi qiymətdən getmir. Həm AŞPA, həm Avropa Parlamenti Azərbaycanda keçirilmiş seçkilərə çox müsbət qiymət veriblər və seçkilərin ən yüksək səviyyədə, şəffaf və demokratik şəkildə keçirildiyini bəyan ediblər. Bu baxımdan hər hansı qəzetlərin və ya jurnalistlərin mülahizələri təbii ki, mülahizə səviyyəsində də qala bilər". Maraqlıdır, həqiqətənmi, hansısa şirnikləndirici hallarla Azərbaycan Avropaya bu cür təsir edə bilər? Ekspertlər bildirir ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır. İlk növbədə əgər belə bir fakt olubsa və bu müxalifətin əlindədirsə, onda nədən açıqlanmır? Çünki hələ seçki ab-havası qalıb və indi bu açıqlamalar olarsa ciddi rezonans olar. Yox əgər belə həlledici məqamda bunu açıqlamırlarsa nəyi gözləyirlər? Bunları əsas gətirən mütəxəssislər bildirir ki, ortada belə fakt yoxdur və bu səbəbdən də müxalifət sadəcə olaraq anons verirlər. Ortaya isə rela fakt çıxartmaq mümkün deyil. Ekspertlər bundan başqa bildirir ki, qərbdə Azərbaycanda keçirilən seçkilərə münasibət bildirən təşkilatlar fərdlərdən ibarət deyil və burda qərarlar kollektivçilik əsasında verilir. Yaxşı deyilənlərlə razılaşaq və hesab edək ki, Azərbaycan hakimiyyəti AŞPA-in 20-30 deputatını ələ alıb. Amma AŞPA-da qərar 30 deputatla verilmirki. Ən azından gərək Azərbaycan tərəfi AŞPA deputatlarının 60 faizini satın alsın. Başqa cür desək Azərbaycan 200-dən çox əcnəbi deputatı satın almalıdır ki, buda qeyri mümkün məsələdir. İddia oluna bilər ki, Azərbaycan tərəfi AŞPA rəhbərliyini satın alıb. Amma buda aydın olur ki, AŞPA-da qərarların verilməsinə rəhbərliyin heç bir şəkildə müdaxilə etmə, təsir edərək öz istəyinə uyğunlaşdırmaq imkanları yoxdur. Beləliklə aydın olur ki, əslində "kürü diplomatiyası" ideyası Azərbaycanın qərbdə lobbiçiliklə məşğul olmasını əngəlləmək üçün ortaya atılıb. Ən qəribəsi isə budur ki, bu ittihamı Leyla Yunus səsləndirəndə Azərbaycan Avropada "Xocalını unutmayaq" kompaniyasını təşkil edirdi. Gördüyünüz kimi ermənilərlə yaxınlığı və qohumluq əlaqələri olan Leyla Yunus bu açıqlaması ilə əslində erməni lobbisinin tam olaraq maraqlarına cavab verib.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00