Səfər Əbiyev növbəti qurban ola bilər
11:54 14-11-2013
CƏMİYYƏT
Səfər Əbiyev növbəti qurban ola bilər
Zakir Həsənov Səfər Əbiyevin icarəyə verdiyi və satdığı əmlakı yoxlamağa başladı
Əbiyevin dönəmində Nazirliyin daşınmaz əmlak fondundan qeyri-hərbi məqsədlər üçün paylanmış, icarəyə verilmiş və satılmış obyektlərin inventarizasiyasına başlanılıb. Müdafiə Nazirliyindəki mənbədən verilən məlumata görə, Səfər Əbiyev vaxtı ilə hərbi şəhərciklərdə və Müdafiə Nazirliyinə məxsus torpaq sahələrindəki binaların bəzi hissəsini ayrı-ayrı təşkilatlara icarəyə verib və ya satıb.
”Hazırda sənədlər araşdırılır və bu obyektlərin təyinatı üzrə istifadəyə qaytarılması prosesi həyata keçiriləcək. Nəzərinizə çatdırmaq istəyirik ki, mülki şəxslərin istifadəsinə verilmiş obyektlər arasında “Ordunun Dostları” Mətbuat Klubunun sədri Emin Həsənliyə Ceyhun Hacıbəyli küçəsində verilmiş tikili də var. Həmin təşkilata şifahi müraciət olunub və obyektin boşaldılması üçün yaxınlarda məktub göndəriləcək”, - deyə Nazirlikdən bildiriblər.
Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin sədri, hərbi ekspert Yaşar Cəfərli “Unikal”a bildirdi ki, “Səfər Əbiyev müdafiə naziri postunu tutarkən külli miqdarda əyintilərə yol verib. Macarıstanın OTR BANK-ı müdafiə nazirinin 65 milyon avroluq bank hesabını dondurub: Bank Səfər Əbiyevdən bu məbləği necə qazanması barədə gəlir deklorasiyası təqdim etməyi xahiş edib. Səfər Əbiyevdə isə gəlirlər haqda arayış olmayıb. Bundan başqa hələ 10-12 il əvvəl İnterpol birmənalı olaraq qurumun Azərbaycandakı Milli Mərkəzi Bürosuna belə bir məlumat vermişdi. Bildirilirdi ki, yuxarıda adları göstərilən şəxslər və kompaniyalar çirkli pulların yuyulması ilə məşğul olmaları şübhəsi ilə İnterpolun maraq dairəsinə düşüblər. Biz, silahlı qüvvələrə ictimai nəzarəti həyata keçirən ictimai təşkilat olaraq, uzun müddətdir ki, mətbuatda yayılan bu məlumatın araşdırılması ilə məşğuluq. Apardığımız araşdırmalar göstərir ki, söhbət uzaq Macarıstanda Səfər Əbiyevin bank hesablarının dondurulması ilə məşğul olan "şəxs"lər və “kompaniyalar”dan gedirdi. Özü də konkret olaraq həmin fiziki və hüquqi şəxslərin rekvizitləri də göstərilirdi. Sən demə, Tiflisdə 12,8 milyon dollar qiyməti olan 6 hidroelektrik stansiya almaq üçün Budapeştdə yaşayan 2 azərbaycanlının bank hesabına 17 milyon dollar köçürülməlidir. Burada 4,2 milyon dollar fərq əmələ gəlir. Bu fərqə xalq arasında “şapka” deyilir".
Cəfərlinin sözlərinə görə, “Bu barədə göstərilən banka bir neçə dəfə yazılı müraciət etsək də, hər hansı bir cavab ala bilmirdik. Buna görə də araşdırmaları birbaşa bankın Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən baş ofisində aparmağa qərar verdik. Təəssüf ki, ictimai qurum olduğumuzdan araşdırmalarımıza rəsmi xarakter verə bilmədik. Bankın rəhbərliyinin sözlərinə görə, bu dövlətlərarası münasibətlər kateqoriyasına aid olan məsələdir və bank yalnız Azərbaycanın rəsmi orqanlarının sorğusuna yazılı cavab verə bilər. Amma bank əməkdaşları mətbuatda yayılmış bu məlumatın doğruluğunu inkar etmədilər”.
Hərbi ekspert Üzeyir Cəfərov “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Bir vətəndaş və hərbi ekspert kimi mənim Səfər Əbiyevə münasibətim əvvəldən bəllidir və onun fəaliyyəti ilə bağlı fikirlərimi mətbuatda dəfələrlə açıqlamışam. Ancaq indiki halda mənə elə gəlir ki, Səfər Əbiyev nazir postunu itirəndən sonra mətbuatda onun barəsində əsaslanmamış məlumatlar yayılmağa başlayıb. Mən onun vəkili deyiləm və bunu da bilirəm ki, Səfər Əbiyev də heç də mələk deyil. Lakin yoxlanmamış məlumatların mətbuata ötürülməsi düzgün addım deyil. Mənim bildiyimə görə, yeni müdafiə naziri işə başlayandan sonra bir sıra idarələrin rəhbərləri işindən götürüldüyü üçün təhvil-təslim prosedurları aparılır. Təəssüf ki, bəzi mətbuat orqanları bu təhvil-təslim proseslərini yoxlamalar və təftişlər kimi qələmə verir. İşin əslinə baxanda isə, bu mətbu orqanların da günahı deyil ki, yanlış məlumatlar yayır. Müdafiə Nazirliyinin Mətbuat Xidməti çevik və operativ şəkildə işləyib nazirlikdə baş verən proseslərlə bağlı cəmiyyəti vaxtlı-vaxtında məlumatlandırsa, belə qeyri-dəqiq məlumatlar ayaq tutub yeriməz”.
Natiq Oruclu
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10