ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.
"Unikal" xəbər verir ki, Argentina millisi Kabo Verde yığması ilə üz-üzə gəlib.
Mayami stadionunda keçirilən 1/16 final mərhələsinin matçında "tanqoçular" 3:2 hesablı qələbəyə seviniblər.
Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Argentinanın heyətində Lionel Messi (29), Kabo Verdedə Deroy Duarte (59) fərqləniblər.
Əlavə vaxtda isə Cənubi Amerika təmsilçisinin qolları Lisandro Martines (92) və Dineyin (111-öz qapısına) adlarına yazılıb. Afrikalıların əlavə hissədəki qolunu Sidni Kabral (103) vurub.
Argentinanın 1/8 finaldakı rəqibi Misir seçməsi olacaq.





.jpg)










.jpg)





.jpg)



.jpg)




.jpg)



.jpg)

.jpg)


.jpeg)










.jpg)





