Şərur rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir ailənin 3 üzvü həyatını itirib.
"Unikal" xəbər verir ki, hadisə Püsyan kəndində qeydə alınıb.
68-BC-455 dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə 68-BB-655 dövlət qeydiyyat nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nəvai Həsənov, həyat yoldaşı Tamara Həsənova və övladı Alparslan Həsənov hadisə yerində ölüblər.
Hadisə zamanı ailənin xəsarət alan digər üzvü İnci Həsənova, eləcə də digər avtomobilin sürücüsü Rəşad Məmmədov Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Qeyd edək ki, qəzada həyatını itirən Nəvai Həsənov hərbçi olub.

















.jpg)














.jpg)




.jpg)





.jpg)
.jpg)



.jpg)



