ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.
"Unikal" xəbər verir ki, mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında qapılara hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə Arəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.
Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.
*** 01:42
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ilk qol vurulub.
"Unikal" xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın 106-cı dəqiqəsində Avropa təmsilçisi hesabı açıb.
İspanların heyətində Ferran Torres dəqiq zərbə ilə komandasını hesabda önə keçirib - 1:0.
Qeyd edək ki, matçda əlavə vaxt oynanılır.
*** 01:18
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda əlavə vaxt oynanılacaq.
"Unikal" xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtında hesab açılmadığından komandalar meydanda daha 30 dəqiqə mübarizə aparacaqlar.
Əlavə vaxtda da qalib müəyyənləşməsə, penaltilər seriyasından istifadə olunacaq.
***00:22
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
"Unikal" xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb - 0:0.
*** 23:58
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında İspaniya və Argentina yığmaları arasında keçirilən final oyununda birinci hissə başa çatıb.
"Unikal" xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar - 0:0.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
*** 23:05
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında İspaniya və Argentina yığmaları arasında final oyunu başlayıb.
"Unikal" xəbər verir ki, Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qeyd edək ki, final görüşünü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
*** 22:00
Bu gün futbol üzrə dünya çempionatının final oyununda üz-üzə gələcək İspaniya və Argentina yığmalarının start heyətləri açıqlanıb.
"Unikal" xəbər verir ki, komandalar Nyu-York şəhərindəki "MetLayf" stadionunda Bakı vaxtı ilə saat 23:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar.
İspaniya: Unay Simon, Mark Kukurelya, Emerik Lyaport, Pau Kubarsi, Pedro Porro, Rodri, Fabian Ruis, Aleks Baena, Dani Olmo, Lamin Yamal, Mikel Oyarsabal;
Baş məşqçi: Luis de la Fuenta;
Argentina: Emiliano Martines, Qonsalo Montyel, Lisandro Martines, Kristian Romero, Nikolas Talyafiko, Nikolas Qonsales, Rodriqo de Paul, Entso Fernandes, Aleksis Makallister, Xulian Alvares, Lionel Messi;
Baş məşqçi: Lionel Skaloni.
*** 09:39
ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə dünya çempionatına bu gün yekun vurulacaq.
"Unikal" xəbər verir ki, mundialın final oyununda son dünya çempionu Argentina millisi ilə İspaniya yığması qarşılaşacaq. Nyu-York şəhərindəki "MetLayf" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.
Qeyd edək ki, ötən gecə üçüncü yer uğrunda görüşdə Fransa millisini 6:4 hesabı ilə məğlub edən İngiltərə yığması bürünc medallara sahib çıxıb.









































.jpg)












