Nazarbayevdən ermənilərə öldürücü zərbə
13:14 26-12-2013
CƏMİYYƏT
Nazarbayevdən ermənilərə öldürücü zərbə
O,Gömrük İttifaqını dizi üstə çökdürdü
Vladimir Putin deyəsən Gömrük İttifaqını yaratmağa nə qədər yaxındırsa, bir o qədərdə uzaqdır. Belə ki, uzun mübarizədən sonra Vladimir Putin Ukrayna ilə Avropa Birliyinin əlaqələrinə öldürücü zərbə vurdu və Ukrayna ilə iki tərəfli razılaşmalar əldə etdi. Və indi də gözlənilir ki, bir ildən sonra Ukrayna qərbi yox, Rusiyanı seçəcək və ittifaqa üzv olacaq. Belə olan halda meydanda yalnız Azərbaycan və Gürcüstan tək qalacaqdı və buna görə Rusiya indidən Azərbaycana təzyiqləri artırıb. Amma deyəsən Vladimir Putin bu dəfə zərbəni tamam başqa istiqamətdən alacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olması kontekstində Dağlıq Qarabağ məsələsini qaldırıb. Dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Nazarbayev bildirib ki, ölkəsi Ermənistanın Gömrük İttifaqına qoşulması haqqında “yol xəritəsini” imzalamağa hazırdır, amma xüsusi rəy ilə, belə ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinin aydınlaşdırılmasını tələb edir.
Ermənistan üzrə “yol xəritəsi” ümumilikdə razılaşdırılıb, hesab edirəm ki, onu qəbul etmək olar. Bununla belə, Dağlıq-Qarabağ münaqişəsi ilə bağlı Gömrük İttifaqının Ermənistandan keçən sərhədi məsələsi açıq olaraq qalır. Buna görə biz həmkarlarımızla “yol xəritələri” imzalayacağıq, amma açıqlanan xüsusi rəy ilə”, deyə Nazarbayev bildirib. Ekspertlə hesab edir ki, Nazarbayevin bu təklifi faktiki olaraq ittifaqın yaradılmasını müşkülə salacaq. Çünki Ermənistan faktiki etiraf etməli olacaq ki, işğalçı ölkədir və Dağlıq Qarabağdan imtina etməlidir. Bundan başqa bir müddt öncədə Belorusiya prezidenti belə açıqlama ilə çıxış etmişdi. Müşahidəçilər hesab edir ki, Nazarbayevin bu açıqlaması həm də Azərbaycanın işinə başqa istiqamətdən yarayacaq. Yəni, Rusiya Azərbaycana təzyiqlərini artırıb ittifaqa üzv olmasını istəyəndə Azərbaycan açıq şəkildə Dağlıq Qarabağ məsələsini gündəmə gətirməklə qarşı tərəfi çıxılmaz duruma sala bilər. Sözsüz ki, bu işdə Qazağıstan,Ukrayna,Belorusiya kimi dövlətlərdə Azərbaycanın tərəfində olacaq. Nəticədə başqa bir mənzərə ortaya çıxacaq. Belə ki, ittifaqın nizamnaməsinə görə üzv olan dövlətlər arasında mübahisəli ərazilər olmamalı və sərhədlər dəqiq göstərilməlidir. Deməli onda Ermənistan avtomatik olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalı olacaq. Bu isə mümkünsüzdür və buna görə artıq Ermənistanın siyasi elitası Nazarbayevə qarşı sərt bəyanatlar verirlər. “Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədləri ilə bağlı verdiyi açıqlama Ermənistan üçün qəbuledilməzdir”.
Bu açıqlama ilə “Respublika” partiyasının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri Qalust Saakyan çıxış edib.O, Qazaxıstan prezidentinin Gömrük İttifaqının sərhəd xətlərinin Dağlıq Qarabağa aid edilməməsi ilə bağlı açıqlamasının düzgün olmadığını bildirib: “Qazaxıstan Azərbaycanla dost ölkədir. Ona görə də N.Nazarbayevin bu açıqlamasına təəccüblənmək gərək deyil. Qazaxıstan Azərbaycanla münasibətləri pozmamaq üçün belə edir”.Ekspetrlər hesab edir ki, Nazarbayevin bu açıqlaması artıq ittifaqın gələcəyini şübhə altına salır. Əslində buda bildirilir ki, Nazarbayev artıq Gömrük İttifaqına üzv olmaq istəmir. Çünki Nazarbayev artıq görür ki, onun üçün iki yeni bazar var və Rusiya bazarından çıxmağın vaxtıdır. Belə ki, hazırda Qazağıstan rahatlıqla təbii qazını Çinə çıxara bilir və iqtisadi gücünə görə Çin hazırda ABŞ-dan sonra dünyada ikincidir. Belə bir bazarı isə Gömrük İttifaqına qoşularsa itirə bilər. Digər tərəfdən isə hazırda Qazağıstan çalışır ki, Azərbaycan vasitəsi ilə qazının bir hissəsini də Avropaya çıxartmağı düşünür. Bu isə Rusiya ilə əlaqələrdə qazandıqlarından iki dəfə çox gəlir əldə etmək deməkdir. Məhz buna görə də hazırda belə proseslər baş verir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33