ABŞ İranla Cenevrə razılaşmasının tam mətnini açıqladı
11:30 18-01-2014
CƏMİYYƏT
ABŞ İranla Cenevrə razılaşmasının tam mətnini açıqladı
İranlı baş diplomat isə Rusiyadav ilgimnc açıqlamalar verdi
Ağ Ev ötən il noyabrın 24-də Cenevrədə İranla "altılıq" ölkələri arasında əldə olunmuş və bu il yanvarın 20-də icraya yönələcək nüvə razılaşmasının tam mətnini açıqlayıb. İran mətbuatının verdiyi məlumata görə, saziş və ya "yol xəritəsi" adlandırılan sənəd 30 səhifədən ibarətdir.
Belə ki, saziş İrandan 20% həcmində zənginləşdirilmiş uran ehtiyatının yarısı da daxil olmaqla, nüvə maddələrini 5%-dən az oksidləşdirməsini istəyir: "Eyni zamanda bu ölkə 6 ay ərzində uranın 5%-dən çox zənginləşdirilməməsi barədə öhdəlik götürüb. Bundan əlavə, İran uranın 20% həcmində zənginləşdirilməsini təxirə salacaq. Rəsmi Tehran həmçinin Ərak ağır su nüvə reaktorunun fəaliyyətini genişləndirməyəcək, yəni ona yeni reaktor və ya hazırkı reaktora ağır su əlavə etməyəcək. İran yeni nüvə obyektinin inşasının dayandırılacağı ilə bağlı da öhdəlik götürüb. Bundan əlavə, "Nətənz"dəki sentrifuqaların yarısı, "Fordo"da sentrifuqaların ?-ü, həmçinin yeni nəsil sentrifuqaların hamısı uranın zənginləşdirilməsini həyata keçirməyəcək".
Sazişə əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri, beynəlxalq nümayəndələr İranın öz üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməyə məsuliyyət daşıyırlar: "Eyni zamanda dünya qüdrətləri İrana qarşı tətbiq edilmiş sanksiyaların bir hissəsini aradan qaldıracaqlar. İranın xarici banklarda dondurulmuş 100 milyard dollarlıq mal varlığının 6-7 milyard dəyərindəki məbləği kömək məqsədilə bu ölkəyə geri veriləcək. Bu əmlakın hamısı İrana yalnız yekun razılaşmanın əldə olunmasından sonra verilə bilər. İrana qarşı tətbiq edilmiş sanksiyaların böyük hissəsi də bu zaman ərzində öz qüvvəsində qalacaq. Eyni zamanda İran dondurulmuş mal varlığından 4,2 milyard dollarını da ala bilər. Pullar İrana 6 ay ərzində 8 dəfəyə ödəniləcək və bu da AEBA müfəttişlərinin təsdiqləməsindən sonra mümkün olacaq.
Yəni İrana aylıq 450-550 milyon dollar arasında pul ödəniləcək. Bu pullar 1 fevral (550 milyon dollar), 1 mart (450 milyon dollar), 7 mart (550 milyon dollar), 10 aprel (550 milyon dollar), 15 aprel (450 milyon dollar), 14 may (550 milyon dollar), 17 iyun (550 milyon dollar) və 20 iyul (550 milyon dollar) tarixlərində ödəniləcək".
"İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə gündəlik baxış keçirməsindən narahat olmayacaq". Bunu isə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Russia Today"ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ İrana qarşı sanksiyalar tətbiq etməsinin bu ölkənin nüvə məsələsinin həlli üçün heç bir müsbət nəticəsi olmayacaq: "Əgər ABŞ prezidenti Barak Obamanın mövqeyinə baxmayaraq, bəzi qanunvericilər İrana qarşı yeni sanksiyaların tətbiqinə nail olsalar, bu sanksiyaların nəticələrindən sonra baş verəcəklər dostcasına olmayacaq. Onlar bu cür siyasətlə İranın blef etdiyini bildirirlər. ABŞ-da İrana qarşı daha çox sanksiyalar tətbiq etmək istəyində olan şəxslər bu cür siyasətin izlənilməsinin necə pis nəticələrə gətirib çıxaracağını görmədilər. Mən İranın blef edib-etmədiyi haqda bir uşaq arqumenti ilə çıxış etmirəm. Onlar bizi sınaqdan keçirdikdən sonra qərar verə bilərlər".
M.C.Zərif deyib ki, əvvəlki sanksiyalar İranın 19 min sentrifuqa istehsal etməsinə gətirib çıxardı: "İrana qarşı əlavə sanksiyaların tətbiqinə razı olan şəxslərin, məsələn Bob Menendezin özündən bu sualı soruşması lazımdır - "Mən sanksiyaların nəticələrindən məmnun qala və onunla fəxr edə bilərəm?" İrana qarşı sanksiyaların heç bir təsiri yoxdur. Əgər onlar sanksiyaların çox mühüm olduğuna inanırlarsa, onda onu sınaqdan keçirmək haqda qərar verə və nəticələrini görə bilərlər. Mən yeni sanksiyaların nəticələrinin əvvəlki sanksiyaların nəticələrindən fərqlənəcəyini düşünmürəm. Gizli nüvə silahının olması İran xalqı üçün hər hansı vaxt, pul və enerjinin hədər yerə getməsi deməkdir. Bu faktdır ki, İran daha çox şəffaflıq üçün özünün nüvə obyektlərinin qapılarını hər cür yoxlamaya və səfərə açdı. Biz nüvə obyektlərimizin beynəlxalq müfəttişlər tərəfindən daha çox yoxlanılacağından heç cür narahat deyilik. Çünki gündəlik yoxlamalar həyata keçirilir".
İran xarici işlər naziri həmçinin Səudiyyə Ərəbistanına səfər etməyə hazır olduğunu da vurğulayıb.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49