“Zaminbank”da korrupsiya əməliyyatı keçirildi
12:47 04-02-2014
İQTİSADİYYAT
“Zaminbank”da korrupsiya əməliyyatı keçirildi
Bir neçə vəzifəli şəxslərə cinayət işi açıldı
Son zamanlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi bir sıra ajiotaj yaradacaq əməliyyatlar keçirtməklə cəmiyyətdə rüşvət və korrupsiyaya qarşı ciddi zərbələr vura biliblər.
Və bu proses hər zaman davam etdirilməkdədir. Növbəti səs-küylü olay isə “Zaminbank”la bağlıdır. Belə ki, Baş Prokurorluğun 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlanıb. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakini Həsən Talıblının “Zaminbank” ASC-nin Cənub filialında yol verilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Araşdırmalarla cəmiyyətin Cənub filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Həsən Talıblının həmin filialdakı depozit hesabından 45.0 min manat məbləğində vəsaitin rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə məxaric olunaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam etdirilir.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53