Şahmar Mövsümovun fondunun yanlış hesablaması
12:48 04-02-2014
İQTİSADİYYAT
Şahmar Mövsümovun fondunun yanlış hesablaması
Dövlət Neft Fondunun aldığı qızılı satmaması itkiyə yol açacaq
Bu il dünya bazarlarında qızılın qiymətinin aşağı düşməsi tendensiyası davam edəcək. virtualaz.org saytı xəbər verir ki, aparıcı xarici analitiklərin proqnozları belədir.
Gözlənilir ki, bu il birjalarda sarı metalın bir unsiyasının qiyməti 1000 dollardan da aşağı düşəcək. Hazırda bir unsiya qızıl 1245 dollara yaxındır.
Analitiklərin qənaətinə görə, qızılın son 12 il ərzində durmadan bahalaşması prosesi dayanıb. Ötən ilin sonunda qızıl 2013-cü ilin əvvəlindəki qiymətinin 28 faizini itirərək 1202 dollara enmişdi.
"Societe Generale" bankının London filialının analitiki Robin Bxarın sözlərinə görə, bu il qızılın qiyməti hətta 950 dollara enə bilər. Onun fikrincə, investorlar yaxın aylarda nəinki yeni qızıl almayacaqlar, əksinə, əllərindəki qızılı satmağa çalışacaqlar.
"Morgan Stanley" bankının analitikləri isə nisbətən optimist proqnoz verirlər. Onların hesablamalarına görə, bu il qızılın qiyməti orta hesabla 1160 dollar olacaq, yəni ötən ilki qiymətə nisbətən daha 12 faiz ucuzlaşacaq.
Qızılın durmadan bahalaşması tendensiyasına aldanan bir çox investorlar ötən il böyük məbləğlərdə ziyana düşüblər. Məsələn, investorlar arasında populyar olan fondlardan "BlackRock Gold & General" və "Way Charteris Gold Portfolio Elite" ötən il yatırımçıların pullarının yarısını batırıblar.
"Junior Gold" fondu isə qızıla daha çox yatırım qoyduğundan pullarının 65 faizini itirib. Ötən il qızıla daha çox Asiya ölkələri yatırım qoyub. Qərb investorları əllərindəki qızılın xeyli hissəsini satıblar, nəticədə Avropada və digər yerlərdəki qızıl anbarlarından sarı külçələr İsveçrə zavodlarına daşınıb, ora kiçik külçələr halına salınandan sonra Şərqə daşınıb. Ötən il Qərbdən Şərqə 880 min ton qızıl daşındığı bildirilir. Bu, tarixdə sarı metalın ən böyük yerdəyişməsidir.
Qızılın durmadan bahalaşması tendensiyasının ötən il dayandığı bir vaxtda Azərbaycan da öz valyuta ehtiyatlarının mühüm hissəsini sarı metala çevirib. Son 2-3 ildə həm Mərkəzi Bank, həm də Dövlət Neft Fondu xeyli qızıl almışdı. Ötən ilin dekabrına olan məlumata görə, Dövlət Neft Fondunun qızıl ehtiyatlarının həcmi 30 tonu keçib. Mərkəzi Bankın qızıl ehtiyatları isə 1 tona yaxındır.
Ötən il qızılın xeyli ucuzlaşmasına baxmayaraq Şahmar Mövsümovun rəhbəri olduğu Dövlət Neft Fondu aldığı qızılı satmadı. Fondun sarı metala yatırdığı neft pullarından nə qədər itirdiyi məlum deyil. Görünür, fondda hesablayırlar ki, qızılın qiymətinin enməsi müvəqqəti tendensiyadır və sarı metal yenidən bahalaşacaq.
Ancaq 2014-cü ilə olan əksər proqnozlar bunun əksini göstərir. Yəni sarı qızıla çevrilən "ağ qızıl"ın pulları itkiyə uğrayacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53