Bu gün dünyanın ən bahalı Olimpiadası başlayır
Rusiya Xarici İşlər Nazirliyi bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırdı
Belə ki, bu dəfə oyunlar üçün xərclənən vəsait 11 oyuna birlikdə istifadə edilən pul qədərdir. 11 olimpiyada oyunlarının maliyyə dəyəri 35 milyard avro idisə, Soçi 40 milyard avro xərcləyib. Rusiyadan öncə bu sahədə rekord Yaponiyaya məxsus idi. Yaponiya 1998-ci il ouyunlarına 14,6 milyard avro xərcləmişdi.
1924-cü ildən bu yana qış olimpiya oyunlarına xərclənən vəsaiti təqdim edirik:
1924-cü il Fransa 3 mln. avro
1928 -ci il İsveçrə 3 mln.
1932 - ci il ABŞ 24 mln.
1936 -cı il Almaniya 15 mln.
1948 -ci il İsveçrə 4 mln.
1952 -ci il Norveç 19 mln.
1956 - cı il İtaliya 62 mln.
1960 - cı il ABŞ 145 mln.
1964 - cı il Avstrya 39 mln.
1968 - ci il Fransa 1.9 mlrd.
1972 - ci il Yaponiya 3.3 mlrd.
1976 -cı il Avstrya 189 mln
1980 - cı il ABŞ 373 mln.
1984 - cü il Bosniya Hersoqovina 325 mln.
1988 - ci il Kanada 1.1 mlrd.
1992 - ci il Fransa 2.8 mlrd.
1994 - cü il Norveç 1.3 mlrd.
1998 -ci il Yaponiya 14.6 mlrd.
2002 - ci il ABŞ 1.5 mlrd.
2006 - cı il İtaliya 2.1 mlrd.
2010 - cu il Kanada 5 mlrd.
2014 - cü il Rusiya 40 mlrd.
Soçidə idmançıların və ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün 37 min insan çalışacaq. 4 min nəfər isə könüllü şəkiləd xidmət göstərəcək. Olimpiyada üçün biletin qiymətləri 30-1300 dollar arasında dəyişir. Oyunlarda 88 fərqli ölkədən 3 min idmançı iştirak edəcək.
Olimpiya oyunlarının biletlərindən 130 milyon dollar gəlir əldə edilməsi planlaşdırılır.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi dünyada bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb. Bu barədə Rusiya XİN-in saytında yerləşdirilmiş bəyanatda deyilir.
“Olimpiya sülhü” dünyadakı münaqişələrin iştirakçılarına atəşkəs əldə etməyə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək”, - deyə bəyanatda vurğulanıb.
Qeyd edək ki, “Olimpiya sülhü”nün elan edilməsi ənənəsi dərin tarixi köklərə malikdir. Qədim Yunanıstanda Olimpiya oyunları zamanı istənilən müharibə və münaqişələrə son qoyulurdu.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29
2024-12-24 12:17:50