ABŞ Dağlıq Qarabağda aktivləşməlidir
11:28 27-02-2014
CƏMİYYƏT
ABŞ Dağlıq Qarabağda aktivləşməlidir
Həqiqətənmi Ukraynadan sonra, Dağlıq Qarabağda Rusiyanın caynağından çıxarılacaq?
Dağlıq Qarabağ danışıqları ilə bağlı proseslərin gah aktivləşməsi, gah da zəifləməsi davam etməkdə və real nəticələrin əldə olunmadığı müşahidə edilməkdədir. Hər dəfə görüşlərdən, prezidenlərin təmasından öncə danışıqlarda irəliləyişlərin olduğu söylənilir və sonra bunun tam əksini görürük. Elə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmiləri də bunu açıq şəkildə söyləyirlər.
"Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət və ya mənfi olmaqla hər hansı dinamika yoxdur". Bu barədə xarici işlər nairinin müavini Araz Əzimov deyib.
A.Əzimov bildirib ki, burada ilk öncə söhbət qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir: "Azərbaycan öz prinsipial mövqeyində qalmaqdadır. İstər Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən əvvəlki, istərsə də sonrakı mərhələdə olsun, Azərbaycan dövlət başçısı prinsipial olaraq öz mövqeyini bəyan edib".
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünə gəlincə, A.Əzimov bildirib ki, bununla bağlı hər hansı yenilik yoxdur.
Onun sözlərinə görə, hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses nəticə vermir: "Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan edib ki, beynəlxalq hüquq normalarının prinsipləri əsasında dayanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqını tələb edir". A.Əzimovun sözlərinə görə, konkret münaqişənin həllinə dair şərait formalaşır, yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaq.Çox maraqlıdır ki, Azərbaycan tərəfi kimi Ermənistan tərəfi də danışıqların nəticəsinə inanmır və buna baxmayaraq proses davam etdirilir. Ekspertlər hesab edir ki, əslində belə bir durumun yaranması erməni tərəfinin maraqlarına cavab verir. Çünki Dağlıq Qarabağ nə qədər Ermənistanın nəzarətində olursa, bir o qədər də beynəlxalq ictimaiətdə rəyi öz xeyirlərinə dəyişməyə çalışırlar. Belə ki, hazırda bütün güclərini səfərbər edərək Dağlıq Qarabağın müstəqil ölkə kimi tanınmasına çalışırlar və bu istiqamətdə bir sıra atributları qəbul etdirməyə yaxın olurlar. Məsələn, Xankəndi hava limanını hazırda fəaliyyətə salmağa çalışırlar və bununla bağlı beynəlxalq ictimaiətin dəstəyinə ümid edirlər. Öncə bu ideyanı heç bir tərəf qəbul etmirdisə, indi ATƏT-in Minsk qrupunun həmsədrləri hesab edirlər ki, dinc məqsədli aviasiya üçün bu mümkün ola bilər. Gördüyünüz kimi ictimai rəyə zaman-zaman təsir etmək mümkünləşir. Bu arada isə ehtimal edilir ki, Ukraynada baş verənlərin davamı olaraq qərb və ABŞ bu regiona da diqqətini artıracaq. Elə ATƏT-dən gələn son bəyanatda buna misal ola bilər. "Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir". Bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D. Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.D. Burkhalter bildirib ki, bu ilin əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: "Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-ın ən yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür". D. Burkhalter amerikalı həmsədr Ceyms Uorlikin fəaliyyətini yüksək qiymətləndirib.Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin və etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik və şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır. Ekspertlərdə hesab edir ki, Dağlıq Qarabağ problemində həqiqətən də ABŞ əhəmiyyətli rol oynaya bilər və Rusiya kartını sıradan çıxarmaq gücündədir. Necə ki, Ukraynanı Rusiyanın caynağından artıq xilas etmək üzrədir. Bu artıq real faktdır ki, Rusiya heç bir halda Dağlıq Qarabağ probleminin həllinə maraq göstərmir. Çünki bununla bir tərəfdən Ermənistanı tam aslı duruma salıb, öz əyaləti kimi istifadə edir, digər tərəfdən isə Dağlıq Qarabağdan Azərbaycana təzyiqlər üçün istifadə edir. Diqqət yetirirsinizsə Rusiya Azərbaycanı Gömrük İttifaqına qatmaq üçün müəyyən məqamlarda cəbhə boyu atəşkəsi ermənilərə pozdurmaqla sözün həqiqi mənasında şantaj edir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10