ABŞ səfiri xalqı təhqir etdi
11:29 27-02-2014
CƏMİYYƏT
ABŞ səfiri xalqı təhqir etdi
Onun bəyanatı nöqsanlı bir kağız parçası kimi qəbul olundu
Xocalı faciəsi ilə bağlı demək olar ki, əksər ölkələrdə aksiyalar keçirildi, müəyyən dövlətlər rəsmi bəyanatlarla çıxış etdilər və aydın oldu ki, ötən illərlə müqayisədə artıq indi Xocalı soyqırımı daha çox tanınmağa başlanıb. Amma Xocalı soyqırımı ilə bağlı ABŞ-in Azərbaycandakı səfirinin verdiyi bəyanat o qədər də ürəkaçan olmadı.
Düzdür bu günlə bağlı bəyanatın verilməsi təqdirəlayiq haldır. Amma bəyanatın dişsizliyi də diqqətdən yayınmır. Gəlin öncəliklə bəyanatın mətninə baxaq. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Xocalının anım günü" ilə bağlı bəyanatda Amerika Birləşmiş Ştatlarının Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiq qaldığını vurğulayıb:"Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə sadiqdir".Gördüyünüz kimi bəyanat kifayət qədər dişsiz bəyanatdır və demək olar ki, az qala bu bəyanatla Xocalı faciəsinin üstündən sükutla keçməyə cəhd olunur. Bəyanat Azərbaycan siyasətçiləri tərəfindən də normal qarşılanmayıb.Politoloq Mübariz Əhmədoğlu "Unikal"a açıqlamasında bu bəyanata görə üzüldüyünü bildirdi:-" Səfirin verdiyi bəyanat demək olar ki, həddindən artıq biganə bir bəyanat idi. Hətta bəyanata ciddi yanaşsaq orada təhqir elementlərini də görmək olardı. Təsəvvürünüzə gətirin bu qədər faciə baş verir,ABŞ səfiri isə hər iki tərəfdə itkinin olmasını deyir. Bu boyda faciə qəbul olunmur və sülhdən, danışıqlar yolundan söhbət açır. Bu gün ABŞ 1915-ci ildə Türkiyədə qondarma erməni "soyqırım"ını az qala hər il müzakirəyə çıxarır, qətnamələr qəbul edirlər,amma müasir dövrümüzdə baş verən bu soyqırıma belə biganə reaksiya verirlər. Ermənistanın keçmiş prezidenti Köçəryan, indiki prezidenti Sarksyan Xocalıda insanları məfv etdiklərini etiraf edirlər,ABŞ isə bunu qəbul etmir. Bunu da deyim ki, son zamanlar ABŞ-in Azərbaycana yönəli siyasətində dəyişikliklər yaranıb və ermənipərəstlik hissləri artıb".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluda "Unikal"a açıqlamasında bəyan etdi ki, bu bəyanat təssüfləndirici bir bəyanatdır:-"Səfirin bu bəyanatı reallığı əks etdirmir. Bəyanatda hər iki tərəfdən ölənlərin olduğu göstərilir və Xocalı hadisəsi hərbi əməliyyatlar zamanı olan itki kimi göstərilir. Halbu ki, bu hərbi əməliyyat yox, hərbi cinayətdir. Belə ki, burada dinc əhali öldürülüb. 2 yaşlı uşağın nə günahı var ki, öldürülür və başının dərisi soyulur. Buna görə də yanaşma tamam yanlışdı. Amerikanın öz tarixində də belə şeylər olub və etiraf ediblər. Bu gün isə Xocalı soyqırımı etiraf olunmalıdır. Bir məqamada toxunum ki, ABŞ-in 20 ştatında Xocalı soyqırımı tanınıb və buna görə səfir rahatlıqla bu hadisəyə daha real qiymət verə bilərdi. Bir məqama da toxunum ki, ABŞ ATƏT-in Minsk qrupu olduğuna görə belə mövqe sərgiləyir. Amma bu sadəcə bəhanədir. Çünki Xocalı olayı hərbi cinayətdir və bu beynəlxalq səviyyədə öz həllini tapmalıdır". Gördüyünüz kimi ekspertlərdə verilən bəyanatı reallıqdan uzaq bəyanat hesab edirlər. Çox maraqlıdır ki, ümumiyyətlə ABŞ-in Azərbaycandakı səfiri əksər məsələlərdə ziddiyətli mövqe tutur və bəzi hallarda erməni maraqlarına uyğun açıqlamalar verir. Xatırladaq ki, səfir təyinatının ilk günlərində iki məsələni gündəmə gətirdi. Birincisi Bakıdakı erməni kilsəsinin fəaliyyətə başlaması, ikincisi isə Naxçıvanda erməni abidələrinin dağılıb-dağılmaması ilə bağlı araşdırmanın aparılmasının təmin edilməsi tələbini ortaya atdı. Ekspertlər hesab edir ki, səfirin belə mövqe tutması ermənipərəst konqresmenlərlə bağlıdır. Çünki ondan öncə ki, səfir Metyu Brayza məhz bu konqresmenlərin qəzəbinə tuş gələrək sona qədər Bakıda fəaliyyət göstərə bilmədi.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33