Amerikadan daha bir ermənisayaq jest
14:19 28-02-2014
CƏMİYYƏT
Amerikadan daha bir ermənisayaq jest
Amerikalı həmsədrin erməni sevgisi
Politoloq və analitiklərin Dağlıq Qarabağ münaqişəsinin həllində Qərb dövlətlərinin tutduğu, yumşaq desək, qeyri-obyektiv mövqeyi barədə qənaətləri bir daha təsdiqini tapdı. Belə ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik 1988-ci il fevralın 28-də baş vermiş Sumqayıt hadisələrini xatırladıb. O bu barədə rəsmi Twitter səhifəsində Azərbaycanı və Ermənistanı tolerant olmağa çağırıb:
"Biz də Sumqayıt hadisələrini xatırlayırıq. Həm Azərbaycan, həm də Ermənistan tolerantlıq, inam və insanların inkişafını nəzərdə tutan proqramları dəstəkləməlidir".
Hörmətli həmsədr Ceyms Uolrikin bu ritorikası bizim üçün yeni deyil. Necə deyərlər, bizim üçün Moskva Vaşinqtondur, Vaşinqton da Paris. Fərq etməz, hamısı da bizimlə xristianca danışır.
Politoloq Zərdüşt Əlizadənin "Unikal"a söylədiyinə görə, "Sumqayıt hadisələri barədə iki cür danışmaq mümkündür. Bir var savadlı və məlumatlı alimin yanaşması, bir də var tərəfgir Uolrikin baxışı. Sözügedən hadisələr barədə savadlı və məlumatlı alim bunu deyərdi ki, sovet imperiyasının xüsusi xidmət qurumları 1988-ci ildə Sumqayıtda erməni əhalisinin qırğınını təşkil edib. İkinci baxış isə ermənipərəst cənab Uolrikə məxsusdur. Əslində, bu cür yanaşma Uolrikə də məxsus deyil. Bu sözlər Amerika diplomatiyasının leksikonuna məxsusdur və mənası da o deməkdir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllində maraqlı deyil və o da Rusiya və Fransa kimi Ermənistanı, yəni təcavüzkar dövləti dəstəkləməyində davam edir".
Politoloqun sözlərinə görə, "Dağlıq Qarabağ probleminin həllinə münasibətdə Birləşmiş Ştatların bu cür mövqe tutması qətiyyən təəccüblü deyil. Bu münaqişənin 27 illik tarixi ərzində Amerika heç zaman Azərbaycana dəstək verməyib və həmişə də çalışıb ki, Azərbaycan tərəfini günün reallıqları ilə barışdırsın. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan Qarabağ probleminin həllində yalnız və yalnız özünə güvənə bilər. Bunun üçün isə birinci növbədə güclü cəmiyyət və güclü dövlət yaratmaq lazımdır. O zaman həm Rusiya, həm Avropa, həm də Amerika bizimlə hesablaşmaq məcburiyyətində qalacaq".
Millət vəkili Zahid Orucun "Unikal"a dediyinə görə, "Azərbaycan cəmiyyəti dövlət müstəqilliyinin ilk illərində belə bir sadəlövh ümidlə yaşayırdı ki, sovet imperiyası dağıldıqdan sonra "ədalətli" beynəlxalq güclər Dağlıq Qarabağ probleminin ədalətli şəkildə də həll edilməsinə dəstək verəcək. Amma hələ doxsanıncı illərin əvvəllərində aydın oldu ki, Dağlıq Qarabağ probleminə münasibətdə Rusiya Qərblə müqayisədə əsil mələk imiş. Azərbaycan xalqı elə bilirdi ki, beynəlxalq hüquq çıxış əldə edəndən sonra problemi asanlıqla həll etmək mükün olacaq, amma məlum oldu ki, beynəlxalq hüquq da silahların "dili" ilə yazılırmış".
Millət vəkilinin sözlərinə görə, "Bu gün Ukrayna xalqı tam şəkildə Rusiyadan qurtulmaq üçün çarpşarkən Rusiyanın Krımda törətmək istədiyi oyunların Amerikanın İraqda, Liviyada, Əfqanıstanda törətdiyi oyunlardan nə fərqi var? Amma Obama dəfələrlə Rusiya prezidentinə telefon açıb təkid edir ki, Ukraynanın ərazi bütövlüyü pozula bilməz. Biz demirik ki, Amerikanın prezidenti Barak Obama azərbaycanca danışıb Xocalı soyqırımını etiraf etsin, amma heç olmasa, bizə münasibətdə ermənicə də danışmasın".
Millət vəkili hesab edir ki, bu günki dünyanın reallıqlarını beynəlxalq hüquq və ədalət prinsipi deyil, zor və maraqlar idarə edir. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uolrikin tvitter yaradıcılığı da bu maraqların ifadəsi kimi meydana çıxıb. Buna görə də Azərbaycan xalqı və dövlətimiz özünə və öz imkanlarına güvənməlidir. İqtisadiyyatımızı daha da inkişaf etdirib danışıqlar masası arxasında bərabərhüquqlu tərəf kimi əyləşməliyik".
Adil Hüseynli
Digər Xəbərlər
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42