Dondurma görəndə özünü saxlaya bilməyən prezident
12:44 01-03-2014
CƏMİYYƏT
Dondurma görəndə özünü saxlaya bilməyən prezident
Ağ Evin 44-cü sahibi Barak Obamanın həyat hekayəsi "Unikal"da...
"Unikal" qəzetinin həftədə bir dəfə oxucularına təqdim etdiyi "Tanınmışlar" layihəsinin bu dəfəki qəhrəmanı ABŞ-ın 44-cü prezidenti Barak Obamadır. Olduqca maraqlı həyak hekayəsinə malik olan Barak Obamanın keçdiyi həyat yolundan bəhs edən yazının oxucalarımızın marağına səbəb olacağı qənaətindəyik. Beləliklə...
Obama: atalı-analı yetim
ABŞ-ın 44-cü və ilk qaradərili prezidenti olan Barak Hüseyn Obama 1961-ci il avqust ayının 4-də Havay adalarının Onolulu kəndində anadan olub. Atası xristian dininə mənsub olan keniyalı Nyanqoma Koqelo Obama, anası isə Birləşmiş Ştatların Kanzas ştatından olan ağdərili Enn Dunhamdır. B. Obamanın babası isə müsəlman olub. Ərəb mənşəli "barak" sözü "mübarək" mənasına gəlir.ABŞ-ın Havay ştatının Honol şəhərində dünyaya gələn Onun valideynləri Havay universitetində tanış olub və sonradan ailə qurmaq qərarına gəliblər.. Amma onların bu izdivacı uğurlu olmayıb və tərəflər boşanmaq üçün məhkəməyə üz tutublar. Nəhayət, Obama 2 yaşında olarkən cütlük ayrılır. Manoa şəhərindəki Havay Universitetində təhsil alan Koqelo Keniyaya qayıdaraq, dövlət qulluğunda işə qəbul olunur. O, oğlu Barakı bir də sonuncu dəfə 1982-ci ildə keçirdiyi avtomobil qəzasından sonra vəfatından əvvəl görə bilir.
Balaca Obama nənə-baba himayəsinə sığınır
1967-ci ildə Obamanın anası ikinci dəfə ərə gedir. O, indoneziyalı Lolo Soetoro ilə ailə həyatı quraraq, İndoneziyada yaşamağa başlayır. Orta təhsilinə Cakartada davam edən Obama dörd il orada yaşayır. Burada o, həm də xristian məktəbində təhsilini davam etdirir.
1971-ci ildə Barak Havay ştatına geri qayıdır. Bir il sonra Barakın anası oğlunun yanına qayıdır və bir neçə il onunla yaşadıqdan sonra doktorluq dissertasiyasını tamamlamaq üçün Cakartaya geri dönür. Obamanın anası 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edir.
Sonradan Obama anası və ögey atasıyla birlikdə İndoneziyaya köçmüş və orada orta məktəbə getmişdir. Daha sonra balaca Barak nənəsi və babasının yanına gəlir. O burada litseyə gedir və 1979-cu ilə qədər babası və nənəsi lə birlikdə yaşayır.
Məktəbdə kokain və
marixuana ilə "tanış olur"
Obama orta məktəbdə oxuyarkən heç də nümunəvi və intizamlı şagird olmayıb. Orta səviyyədə oxuyan Obama məktəbin son siniflərindən başlayaraq zərərli vərdişlərə aludə olur. Artıq davamlı olaraq spirtli içki qəbul edən Obama həmin illərdə kokain və marixuana ilə "tanış olmaq" fürsətini də qaçırmır. Buna baxmayaraq, Obama bu vərdişlərin onu uçuruma apardığını tez anlayır və onlardan əl çəkmək qərarına gəlir.
Orta məktəbi bitirdikdən sonra Nyu-York şəhərindəki Kolumbiya Universitetinin Politologiya fakültəsinə daxil olan Barak Obama 1983-cü ildə universiteti bitirir. Dörd il Nyu-Yorkda işlədikdən sonra işlə əlaqədar Çikaqoya göndərilən Barak burada 1985-88-ci illər arasında sözügedən qrupun İctimai İnkişaf Layihəsinin direktoru vəzifəsini icra edir. 1988-ci ildə B. Obama Harvard Universitetinin Hüquq fakültəsinə daxil olur. Universitetdə təhsil aldığı müddət ərzində o, "Harvardın hüquq mənzərəsi" adlı jurnalın ilk Afrika mənşəli redaktoru olur. 1992-ci ildən 2006-cı ilədək fasilələrlə Obama Çikaqo Universitetinin hüquq fakültəsində Konstitusiya hüququndan məruzələr oxuyur. Bu dövrdə Obamanın qələmə aldığı "Anamın arzuları" adlı kitab ən çox satılan kitabların siyahısına daxil olur.
Ali təhsilini başa vurduqdan sonra pedaqoqluq fəaliyyəti və digər ictimai işlərlə məşğul olan Obama 1996-cı ildə İllinoys əyalət senatına üzv seçilir.
Əvvəlcə müəllim işləyir, sonra isə siyasətə atılır....
Obama vəkillik diplomunu aldıqdan sonra 1992-ci ildən etibarən 12 il müddətində Çikaqo Universitetinin Hüquq Fakültəsində Konstitusiya hüququndan dərs deyib. Siyasi həyata ilk addımına 1996-ci ildə İllinioysun əyalət senatına seçilməyi ilə başlayıb. 1998 və 2002-ci illərdə ikinci dəfə əyalət senatına seçilir.
1996-2004-cü illər arasında İllinoys əyalətinin senatoru olan Obama 2003-cü ildə Senatın Səhiyyə və Humanitar şöbəsinin sədri vəzifəsinə təyin edilir. 2004-cü ildə ABŞ senatına üzv seçilən Obama bu zəfərdən sonra mətbuatın diqqətini cəlb edərək, Vaşinqtonun əsas simalarından birinə çevrilir. 2005-ci il yanvarın 4-də and içərək, senator kimi vəzifəsinin icrasına başlayan, liberal mövqeyi və İraq müharibəsinə qarşı çıxması ilə tanınan Obama ölkə tarixində ABŞ senatına seçilən 5-ci Afrika mənşəli siyasətçidir. Siyasi arenada getdikcə tanınmağa başlayan Obama həm öz ölkəsində, həm də beynəlxalq arenada məşhurlaşır.
Onun siyasi karyerasında yüksəliş dövrü üzvü olduğu partiyanın konqreslərinin birində etdiyi çıxışla başlayır. Obama həmin çıxışında deyirdi: "Liberal və mühafizəkar kimi hissələrə bölünmüş iki Amerika yoxdur. Gəlin, ayrı-seçkiliyi bir kənara qoyaq. Yalnız bir Amerika vardır. O da Amerika Birləşmiş Ştatlarıdır. Başqa hər hansı bir ölkədə mənim həyat hekayəm kimi bir hekayəyə rast gəlinməsi mümkün deyildir".
Gizli müsəlman,
yoxsa xristian?
Barak Obama 2007-ci il fevral ayının 10-da prezidentliyə namizədliyini elan edir. Lakin bu mübarizədə uzun müddət Hillari Klintonun kölgəsində qalan Obamanın mövqeyində 2008-ci ilin yanvar ayında Ayova ştatında keçirilən partiyadaxili seçkilərdə qələbə qazandıqdan sonra müsbətə doğru dəyişiklik mərhələsi başlanır. 2008-ci il iyun ayının 19-da o, partiyadaxili mübarizədə Hillari Klintonu üstələyərək, demokratların vahid namizədinə çevrilir. Prezident kürsüsü uğrunda respublikaçıların namizədi Con Mak Keynlə mübarizəyə girişən Obamanın ikinci adının Hüseyn olması və müsəlman olduğunun iddia edilməsi mühafizəkar bölümün Obamaya qarşı soyuq münasibətinə səbəb olur.
Maraqlıdır ki, seçki kampaniyası müddətində ona qarşı ən çox irəli sürülən ittihamlardan biri, guya onun gizli müsəlman olması idi. Bu isə onun müsəlman mənşəyi ilə bağlıdır. Amma Obama dəfələrlə özünü xristian hesab etdiyini bəyan edib və bu onun fəaliyyətində də aşkar şəkildə görülüb. Bütün bunlardan sonra isə onun "gizli müsəlman" olması haqda iddialar da unudulmağa başlaydı.
B. Obamanın rəğbət bəslədiyi siyasi xadimlər Martin Lüter Kinq, Mahatma Qandi və 1993-cü ildə vəfat edən insan haqları üzrə müdafiəçi Sezar Çavezdir. Filosof Fridrix Nitsşe və 1971-ci ildə vəfat edən protestant din xadimi Reynhold Neybur Obamanın bəyəndiyi alimlərdir. Davud peyğəmbərin duasının da yer aldığı Zəburun "Tarixlər" bölümünün 15-ci ayəsi: "Atalarımız kimi də Sənin qarşında qəribik, yadıq. Yer üzündəki günlərimiz bir kölgə kimidir, əbədi deyildir" cümlələri Obamanın ən çox xoşladığı kəlamlardır. Obama qələmə aldığı tərcümeyi-halına da elə bu kəlamla başlayır. Onun bəyəndiyi kitablar isə İncil və Nobel mükafatına layiq görülən Toni Morrisonun "Süleymanın mahnısı" əsəridir.
Qaradarili Obama ABŞ prezidenti seçilir
Onun qalib gəldiyi prezident seçkiləri 4 noyabr 2008-ci il tarixində keçirildi və Barak Obama 52% səslə seçkilərdə qələbə qazanaraq ABŞ-ın 44-cü dövlət başçısı oldu. Barak Obama 20 Yanvar 2009 -cu il yerli vaxtla 12.00-da daha əvvəl 1861-ci ildə keçmiş dövlət başçısı Abraham Linkolnun and içmə mərasimində istifadə etdiyi İncilə əl basıb and içərək Corc V. Buşdan vəzifəsini götürdü və rəsmi olaraq ABŞ dövlət başçısı oldu.
1989-cu ildə Harvard Universitetinin məzunu Mişel Robinson ilə tanış olan Barak Obama 1992-ci il oktyabr ayının 3-də onunla evlənir. 1998-ci ildə cütlüyün ilk övladı qızı Malia Enn, 2001-ci ildə isə Nataşa adlı ikinci qız övladı dünyaya gəlib.
2007-ci ilin dekabrında "Money" jurnalının dərc edilən məqalədə Obama ailəsinin 1,3 milyon dollar sərvətə malik olduğu qeyd edilib. B. Obama siyasi xadim olmaqla yanaşı, yaxşı basketbol oynamağı da bacarır. Universitet illərində o, universitetin basketbol üzrə yığma komandasında çıxış edib.
Barak Obama islahatçı və radikal olmayan dini sektanın üzvüdür, protestantdır. O, hərbi xidmətdə olmayıb. Ailəsi və dostları arasında onu "Barri" çağırırlar. Nənəsi isə onu "Beyə" (Ayı) çağırardı. Obamanın cangüdənləri isə Barakı "Qaçaq" adlandırırlar. Artıq indidən Obamanın məzar daşında hansı sözlərin həkk olunacağı da məlumdur: "Yaxşı və dürüst adam, yaxşı ata və ər idi. Dünyanı yaşanılacaq daha yaxşı yerə çevirmək üçün nə isə iş görüb"
Barak Obama
haqqında az adamın
bildiyi maraqlı faktlar
- Həftədə bir dəfə Çikaqodakı bərbəri Zarifin yanına gedib, saçını düzəltdirir.
- Yazdığı "Atamın arzuları" adlı kitabının audioversiyası üçün 2006-cı ildə Gremmi mükafatı alıb.
- Harri Potter kitablarının hamısını oxuyub.
- Böyük əziyyətlər bahasına olsa da, Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyinə sahib olub.
- indi də dondurma görəndə yeməkdən özünü saxlaya bilmir.
- İndoneziyada, anası ilə yaşadığı vaxtlar da ilan əti və çəyirtkə yeyib.
- İspanca danışa bilir.
- Ən sevdiyi içki meşə çiyələyinin şirəsidi.
- "Seçkidə qələbə çalsam, siqareti tərgidəcəm" deyə xanımına söz versə də, sözünün üstündə durmayıb.
- İndoneziyada olduğu vaxtlar, hələ uşaq vaxtı, bütün uşaqlar kimi, it əvəzinə Tata adlı kiçik bir meymunu olub.
- Ən sevdiyi film "Kasablanka" və "Qu quşu"dur.
- Xanımı Mişellə tanış olduqdan sonra ilk görüşdə onu Spayk Linin "Do The Right Thing" filminə aparıb.
- "Skrabl" və poker oynamağı çox sevir.
- Kofe içmir.
- Uşaqlıqda ən çox memar olmaq istəyirmiş.
- Xüsusilə kişilərdə alt paltarını göstərən beli düşük şalvalrlara nifrət edir.
- Biri 1500 dollar olan "Hart Schaffner Marx" kostyumları geyinir.
- Hamısı eyni modeldən olan 4 cüt qara ayaqqabısı var.
- Mətbəxə girməyi sevir və çox gözəl istiotlu yeməklər bişirir.
Hazırladı:
Zülfüqar Hüseynli
Digər Xəbərlər
2024-12-25 23:17:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51