Telekanallar niyə bu gündədir?
12:16 04-03-2014
CƏMİYYƏT
Telekanallar niyə bu gündədir?
Və ya Zaur kimilərinə kimlər şərait yaradır?
Son illər hər gün bir addım geriləyən telekanallarımızda sözün həqiqi mənasında insanların mənəvi dəyərlərini, psixoloji durumunu məhv edən proqramların sayı artmaqda davam edir.
Demək olar ki, teleməkanda ən çox tənqid atəşinə tuş gələn elə Zaur Baxşəliyevin çalışdığı ATV kanalı idi ki, vaxtilə buradan yayımlanan "Qəfəs" proqramı insani dəyərlərə zidd olduğu üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müdaxiləsindən sonra dərhal efirdən yığışdırılmışdı. Amma nədənsə ATV fürsət düşən kimi yenə öz ampulasında olur. İndi də Zaur Baxşəliyev adlı birisini gətirib atıblar efirin ortasına. O da ki, çıxıb efirdə sağa sola döşəyir.
Qardaşım, bu Oğlana deyən yoxdurmu, "Ay bala, bir özünü adam kimi apar, sənə xalq baxır".
Hələ utanmadan belə plagiatlıq edib yeni verliş açıb. Özü də Arvadıyla birgə. Bəzilərinin "sevimlisi" olan bu Zaur da etmir tənbəllik, Arvadını belinə alıb canlı yayımda oyunlar çıxarır. ATV prezidenti hörmətli Qaradağlı isə bundan zövq alır.
Maraqlıdır, yoxdurmu bunlarda efir mədəniyyəti? Nədənsə Zaur kimi televiziya əməkdaşları insanların əsəbiylə oynamağı xoşlayırlar. Lap elə ləzzət alırlar da demək olar.
Açığı, televiziyaların nə gündə olmağından hamımız xəbərdarıq. Pis vərdişə yoluxublar artıq. Ürəkləri istədikləri proqramı efirə verir və bundan nə qorxu- ürkü keçirirlər, nə də bir məsuliyyət daşıyırlar. Yoxdurmu bunlara "Dur"! deyən bir kəs?
Belə aydın olur ki, ötənlərdə olduğu kimi televiziyalarda bu tipli verlişlərin tüğyan etməsi ilə bağlı yenə də Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev müdaxilə etməli olacaq. Onu da qeyd edək ki, özəl teleradio qurumlarının rəhbərləri ancaq gəlir əldə etməyi güdürlər.
Nə qədər ki Zaur kimiləri çıxıb ekranda Arvadını belinə mindirib cəmiyyət qarşısında lağlağı verilişlər verəcəklərsə, onda kül olsun o televiziyanın başına!
Budurmu bizim televiziya mədəniyyətimiz?
Biri ATV-də, biri ANS də çıxıb göbəklərini göstərirlər. Elə bil dədələrinin xarabalarında oturub kef eyləyirlər. Daha fikirləşmirlər ki,bura efirdir.
Hansına da irad bildirirsənsə, deyir ki, kapitalizmdir, özəl kanaldır və s.. Bəs onda dünyadakı televiziyalarda niyə belə hallar yoxdur? Zaur kimiləri xarici kanallarda, bir saatda olsa, efirdə qala bilməzlər. Çünki bu həm kanalın imicinə zərbə olar, həm də tamaşaçıya qarşı hörmətsizlik sayılar.
Qoy ölkədə pullu kabel televiziyaları açılsın və Zaur kimiləri də bu kanalların verilişlərində istədikləri qədər arvadlarını bellərində daşısınlar. Yoxsa bu televiziyalara artıq ailəvi şəkildə oturub baxmaq mümkün deyil.
Ən acınacaqlı hal isə budur ki, zövqü korlanmış tamaşaçıların sayı da günbəgün artır. Buna görə də bu gün hansı yeniyetmədən kim olmaq istədiyini soruşanda ya Üzeyir, ya da Rəqsanənin adını eşidəcəksiniz. Bir cəmiyyətin yeniyetməsi üçün Rəqsanələr, Zaurlar etalon olanda bu xalq daha çox torpaq itirəcək və günlərin birində bir xalq kimi sıradan çıxmağımızın şahidi olacağıq. Bəlkə, artıq durdurmağın zamanı çatıb?
Sonda tək bir məqama da toxunmaq istəyərdim. Ailə kişi üçün müqəddəs ocaq hesab edilir və bu səbəbdən ən xırda məqam belə nəzərə alınır. Görəsən, Zaurda və arvadında zərrə qədər də olsa, utanmaq hissi yoxdurmu?
Varsa, hansı kişi milyonlarla tamaşaçının qarşısında at kimi diz çöküb arvadını belində gəzdirər? Belə anlaşılır ki, onlar üçün artıq heç bir sərhəd qalmayıb.
Deməli, sabah eşidəcəklərini də sakitcə qəbul etmək zorunda qalacaqlar. Ümidvar olaq ki, ər minmə olayı cəmiyyətdə vərdişə, ənənəyə çevrilməyəck. Yoxsa görəcəyimiz günlər hələ qabaqdadır. Çünki Zaurların sayı nədənsə daha çox artır.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49