Zaurun kitabı bağlandı
16:52 15-03-2014
CƏMİYYƏT
Zaurun kitabı bağlandı
Növbə Elgizlə Xoşqədəm Hidayətqızındadır
Son günlər gündəmə gələn problemlərdən biri də televiziyalarda efir mədəniyyətinin kobud şəkildə pozulmasıdır. Bu sıralamada ilk üçlükdə isə aparıcılar Elgiz, Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızı dururdu. Qeyd edək ki, hər üç aparıcı efirdə insanların psixologiyasına öldürücü zərbə vuran vasitələrdən bəhrələnir, uşaqlardan,psixi problemi olan insanlardan az qala alət kimi istifadə edirdilər.
Zaur Baxşəliyev isə daha da qabağa gedərək iki ağılasığmaz hərəkət etdi. Öncəliklə canlı efirdə at kimi dayanaraq arvadını belinə mindirdi. Çoxları öz arvadıdır özü bilər deyərək məsələyə önəm vermədilər. Amma bunun davamı olaraq verlişlərinin birində Ağcabədi rayon sakininin öz arvadını başqa kişi ilə intim əlaqədə olanda çəkdiyi videonu efirə verdi. Bu isə sözsüz ki, bütün cəmiyyətin qəzəbinə tuş gəldi.Və nəhayət ki, üçlükdən biri beləcə sıradan çıxdı.
“Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının qərarı ilə ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaq.
ATV-dən verilən məlumatda bildirilir ki, bu barədə telekanalın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib.
Məlumatda o da bildirilir ki, 17 sentyabr 2012-ci il tarixdən ATV telekanalının efirində fəaliyyət göstərən “Ümid var” verilişi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanıb, müasir televiziya tariximizdə yadda qalan uğurlara imza atıb. “Bu müddət ərzində layihənin reytinq göstəriciləri hər zaman ön sırada olub. Layihənin yaradıcı heyətinə ölkədə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə qanunvericilik fəaliyyətində əldə edilən nailiyyətlərin təbliğ edilməsi, sürətlə dəyişən dünyanın tərkib hissəsi olan cəməyyətimizdə baş verən gerçəkliklərin müzakirə olunaraq özünütənqid prinsipləri əsasında maarifləndirilməsi tapşırılıb. Yaradıcı heyət bu işin öhdəsindən bacarıqla gəlib, daxil olan müvafiq sənəd və məktublara istinadən fəaliyyət istiqamətlərini qurub və iki saatlıq canlı efir müddətində bu məsələlərin ixtisaslaşmış ekspertlər, ziyalılar, nüfuzlu ictimaiyyət nümayəndələri ilə müzakirələrini təşkil edərək müraciət edən şəxslərin problemlərinin hüquq müstəvisində həllinə dövlət və hökumət strukturları ilə birgə fəaliyyət göstərərək dəstək verib.
Lakin bu da bir həqiqətdir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran “reytinq rəqabəti” tendensiyası “Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.
Bunları nəzərə alaraq “Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən “Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb”, - deyə məlumatda bildirilir.
İndi isə növbə Elgizlə,Xoşqədəm Hidayətqızındadır.
Fuad
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33