Polşalı futbolçu Rusiyadan içki düşkünü kimi qayıtdı
11:45 16-04-2014
İDMAN
Polşalı futbolçu Rusiyadan içki düşkünü kimi qayıtdı
Böyük ümidlər vəd edən polşalı futbolçu David Yançik içki problemi səbəbindən Varşavanın "Leqiya" klubunun məşqlərinə çıxmır. Klub rəhbərliyi bunun oyunçuya əvvəllər oyunçusu olduğu Rusiyanın MOİK klubunun "hədiyyəsi" olduğunu bildirir.
"O, bu bəladan qurtara bilmir" - deyə, "Leqiya"nın baş məşqçisi Yatsek Maqera vurğulayıb: "Əvvəllər bunu şənlik kimi qəbul edirdik. İndi isə bu, əsl dəhşətə çevrilib. Hər şeyin həddi olmalıdır. İçki və narkotik maddələrin insan düşüncəsinə hakim olması isə çox acınacaqlıdır. Bu, Rusiya reallığının güzgüsüdür. Davidə yaxınlarının köməyi lazımdır. Biz onu tək qoymayacağıq və onun uğrunda mübarizə aparacağıq. Ona nümunə, avtoritet lazımdır ki, düşdüyü çuxurdan çıxa bilsin".
MOİK klubu Yançikin alınması üçün xeyli pul xərcləyib və polşalı futbolçu 2007-2013-cü illərdə bu kluba məxsus olub. Amma David MOİK-in heyətində cəmi 14 oyun keçirib və 1 qol vurub.
Digər Xəbərlər
2024-12-23 00:22:39
2024-12-22 23:32:10
2024-12-22 22:43:42
2024-12-22 21:52:37
2024-12-22 20:36:22
2024-12-22 19:18:39
2024-12-22 16:05:27
2024-12-22 15:29:48
2024-12-22 13:53:27
2024-12-22 12:28:56
2024-12-22 11:53:06
2024-12-22 11:10:46
2024-12-22 09:50:37
2024-12-22 00:20:22
2024-12-21 23:01:42
2024-12-21 22:27:00
2024-12-21 21:16:00
2024-12-21 20:30:16
2024-12-21 19:15:00
2024-12-21 18:02:35