Sona 6 tur qalmış: Kim nəyə ümid edir?
11:41 18-04-2014
İDMAN
Sona 6 tur qalmış: Kim nəyə ümid edir?
XXXI turun oyunları 10 klubdan 7-si üçün müəyyən mənada həlledici ola bilər
Topaz Premyer Liqasında bazar günü keçiriləcək XXXI turun oyunları 10 klubdan 7-si üçün müəyyən mənada həlledici ola bilər. Autsayderlər "Rəvan"la "Sumqayıt", həmçinin "Qəbələ"dən fərqli, digər komandalar turnir cədvəlində mövqeyini bir az da müəyyənləşdirmiş olacaq.
Bu turda 2 komanda medal, 3-ü çempionluq şansı ilə vidalaşa bilər.
"Simurq" lider "Qarabağ"a qalib gələrsə, AZAL üçün əlçatmaz ola bilər. Bunun üçün "təyyarəçilər" də istənilən xal itkisi ilə üzləşməlidirlər. Belə olacağı təqdirdə, "Simurq" ən pis halda 7-ci olacaq, AZAL-ın isə "altılıq" şansı tükənəcək.
Qarşıdakı tur həm "Simurq", həm də "Xəzər Lənkəran"ın medallara nəzəri şansların qalıb-qalmamağı baxımından da vacibdir. Cənub təmsilçisi AZAL-a uduzsa, mükafatlarla rəsmən vidalaşacaq, 1 xal qazansa, ən azından "gümüş" arzusundan da əl çəkəcək.
Əgər "İnter" də uduzmasa, lənkəranlıların 1 xalı medal şansının qalması üçün yetərli olmayacaq. Amma qələbə də "ağ-yaşıllar"a kömək etməyə bilər. Çünki paytaxt təmsilçilərinin hər ikisi qalib gəlsə bürünc, birinin 3 xal əldə etməsi ilə gümüş xəyalı nəzəri cəhətdən mümkünsüz olacaq.
"Simurq" medal şansını saxlamaq üçün lideri məğlub etməlidir. Şimallılar heç-heçə etsə "Neftçi" və "İnter"ə qələbə, zaqatalalıların məğlubiyyətində isə bu iki komandanın 1 xalı 6-cı pillə üçün əlçatmaz olmağa kifayət edəcək. Paytaxt klublarının hər ikisinin bu işin öhdəsindən gəlməsi "Simurq"un medal, birinin onlardan uzaqlaşması isə bürünc xəyalının bitməsi olacaq.
"Bakı" isə kağız üzərində hələ də mövcud olan çempionluq şansını itirəcək. Bunun üçün "Qarabağ"ın 1 xal qazanması da kifayətdir. Ağdamlılar uduzsa, bakılıların özləri "İnter"lə görüşdə xal itirməklə qızıldan əlini üzmüş olacaq. "Bakı" da 1-ci yerə nəzəri şansını itirsə, "Qarabağ" ən azı bürüncü təmin edəcək.
Lakin ağdamlıların daha yüksək əyarlı mükafatları təmin etməsi də mümkündür. Bunun üçün Zaqatalada qələbə zəruridir. Üstəlik, "Neftçi" "Sumqayıt"a, "İnter" "Bakı"ya uduzmalıdır. Sonuncu iki oyundan birində münasib nəticənin qeydə alınması isə "Qarabağ"ın qələbə ilə gümüş rəsmiləşdirməsi üçün yetərlidir.
Qeyd edək ki, aprelin 20-də keçiriləcək turun "Bakı" - "İnter" oyunu 15:00, "Xəzər Lənkəran" - AZAL görüşü 18:00-da başlayacaq. "Simurq" - "Qarabağ", "Sumqayıt" - "Neftçi" və "Rəvan" - "Qəbələ" matçlarının üçü də eyni saatda - 17:00-da start götürəcək.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29
2024-12-24 12:17:50
2024-12-24 12:12:00
2024-12-24 11:55:41