"Neftçi"dən AFFA-ya ağır ittiham
06:17 20-04-2014
İDMAN
"Neftçi"dən AFFA-ya ağır ittiham
Paytaxt klubu: "Qərarı ikili standartlarla verirlər"
"İntizam Komitəsinin son qərarı həqiqətən gülməlidir". Bunu "Neftçi" klubunun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə deyib.
AFFA-nın İntizam Komitəsi dünən keçirdiyi iclasda "Neftçi" klubunu cəzalandırıb. "Rəvan"la ölkə kubokunun ilk yarımfinal matçından sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin edilmədiyi üçün "ağ-qaralar" 5 min manat cərimə ödəməlidir.
İntizam Komitəsinin qərarına etiraz edən Abbaszadənin fikrincə, buna haqq qazandırmaq mümkün deyil: "Kim olub orada kənar şəxs? Klub prezidenti, icraçı-direktoru, mətbuat xidmətinin əməkdaşları? Qoy, matçın AFFA nümayəndəsi və hakim-inspektoru açıqlasın ki, kim idi orada kənar şəxs? Bəs təmiz penaltini verməyən hakimin cəzası nə olacaq? Açıqlasınlar də... Açıqlasınlar ki, Rauf Cabbarova nə caza veriləcək? İntizam Komitəsi cari mövsüm ərzində komandamıza qarşı çıxardığı qərarlara diqqətlə baxsın. Qərarı ikili standartlarla verirlər. "Neftçi" cəzalandığı halda, eyni hərəkətə görə digər klublara göz yumulub".
Klub rəsmisi bildirib ki, İntizam Komitəsinin qərarı ilə bağlı Apellyasiya Komitəsinə şikayət edəcəklər.
İlkin Həsənoğlu
Digər Xəbərlər
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29
2024-12-24 12:17:50