Lalə Məmmədova hirsləndi: "Oğul deyərəm həmin o..."
Lalə Məmmədova hirsləndi: "Oğul deyərəm həmin o..."

Azərbaycanın tanınmış müğənnilərindən olan Lalə Məmmədova ifa etdiyi "Məktəb illəri" mahnısı ilə bağlı fikirlərinin təhrif olunmasına sinirlənib.

L.Məmmədova Facebook-dakı profilində yazıb: "Günü-gündən inkişaf edən ölkəmdə niyə bunun əksinə olaraq günü-gündən savadsız jurnalistlərimiz çoxalır?! Dünənki statusumu reytinq xətrinə bu gün bütün saytlarda "Lalə Məmmədova "Məktəb illəri" mahnısını məktəblilərə oxumağı qadağan etdi!" başlığı ilə yazan jurnalist!
Heç əlinə "Muəllif huquqları haqqında" qanunvericilik kitabını alıb oxudunmu? Öz savadsız və adamda ikrah hissi doğuran yazını mənim adıma yazan qafil insan! Mənim öz şəxsi səhifəmdə hansısa bir hadisəyə rəy bildirmək hüququm var.
Kimlərsə mənim fikirlərimlə razılaşa və ya razılaşmaya bilərlər. Dünənki statusumda yazdığım fikirlərin ağasıyam! Ancaq bu, mənim xalqımın balalarına bu mahnını oxumağı qadağan etmək anlamına gəlməməlidir (Buna hətta hüququm çatsaylı belə, yenə də etməzdim!)
Adama deməzlər ki, gücün çatır, elə erməniyə qadağa qoy bu mahnını oxumağı?! Yazını tanınmış simanın adından yazanda hər şeyi "əlahəzrət reytinq"ə qurban verməyin!
Oğul deyərəm həmin o jurnalistə ki, bu yazını olduğu kimi götürüb versin saytlara!"