Nəsib Məhəməliyev sahibkarlardan əl çəkmir
11:02 04-06-2014
CƏMİYYƏT
Nəsib Məhəməliyev sahibkarlardan əl çəkmir
Nəsimi rayonunun icra başçısından şikayətlər səngimir
Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev daha bir sahibkarın obyektini sökdürüb.
Bu barədə mia.az-a daxil olan məlumata görə, icra başçısı Memar Əcəmi metrostansiyasının yanındakı parkda yerləşən və Saatlı Pambıq zavodunun sabiq direktoru Eldar Əhədova məxsus olan restoranı "təmizlətdirib".
Başçı bunu ərazidə yeni stansiya çəkilişi ilə əlaqələndirib. Lakin sabiq zavod direktoruna kompensasiya verilməməsi vəziyyəti gərginləşdirib: "Söhbət pula gələndə isə söküntünü "Metropoliten"inin rəisi Zaur Hüseynovun üstünə atıblar". Məlumatda bildirilir ki, sökülən restoranın yerində hazırda yaşıllıq və digər abadlıq işləri aparılır.
Xatırladaq ki, Nəsimi rayon icra hakimiyyətinin başçısının rayon ərazisində fəaliyyət göstərən sahibkarlara qanunsuz münasibəti ilə bağlı az qala hər gün yeni xəbər, şikayət yayılır. Belə məlumatlar var ki, icra başçısı Nəsimi ərazisində sadəcə özünə yaxın olan iş adamlarının, sahibkarların fəaliyyətinə "yaşıl işıq" yandırır. Digərləri isə hər an müxtəlif qanunsuzluqlarla üzləşə bilərlər.
Qeyd edək ki, hələ ötən il 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında sahibkarlığın inkişafını bütünlükdə ölkə iqtisadiyyatının tərəqqisi adlandıran dövlət başçısı iş adamlarının sərbəst fəaliyyətinə əngəl olan bürokratiya, əsassız müdaxilə hallarına qarşı ciddi mübarizə aparılacağını bildirdi. Bu ilin əvvəllərində, daha doğrusu, 3 mart 2014-cü il tarixində isə dövlət rəhbəri "Sahibkarlığın inkişafı üzrə əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmandan irəli gələn vəzifələr haqqında danışarkən hökumət rəsmiləri qeyd edirlər ki, milli iqtisadiyyat öz inkişafının yeni mərhələsinə qədəm qoyur və özəl sektor bu inkişafın təmin olunmasında mühüm rol oynayır.
Belə bir vaxtda isə ayrı-ayrı icra başçılarından, o cümlədən Nəsib Məhəməliyevdən sahibkarların incidilməsi ilə bağlı xəbərlərin, şikayətlərin gəlməsi diqqət çəkir. Belə çıxır ki, bir çox məmurlar hələ də hökumətin prioritet elan etdiyi məsələ - sahibkarlığın inkişafı ilə bağlı doğru mövqe sərgiləmirlər.
Onu da deyək ki, bu günlərdə "Unikal" qəzetində Bakının bəzi icra başçılarının əvəzlənəcəyi ilə bağlı informasiya yer almışdı. Həmin informasiyada "vurulması" gözlənilən paytaxt rayonlarının rəhbərləri arasında Nəsimi rayonu icra başçısının da adı göstərilirdi. Görünür, buna əsas verən səbəblərdən biri məhz adıçəkilən paytaxt rayonundan sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrlə bağlı şikayətlərin azalmaq əvəzinə daha da artmasıdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49