Şeyxülislam radikal dindarlara müharibə elan etdi
11:04 07-06-2014
CƏMİYYƏT
Şeyxülislam radikal dindarlara müharibə elan etdi
Mətbuat QMİ sədrinin qınağına gəldi
Qeyri-ənənəvi dini təriqətlərə qarşı aktivlik davam etməkdədir. Xatırladaq ki, bir neçə il ərtzində Azərbaycan havariclər, vəhhabilər kütləviləşməyə nail oldular və dəfələrlə Azərbaycan dövlətçiliyinin əleyhinə bəyanatlar səsləndirdilər, ölkəni terrorla hədələdilər. Bununla parallel olaraq məlum oldu ki, məhz bu dini qruplaşmaların vasitəsi ilə həm də Suriyaya azərbaycanlı gənclər göndərilir. Hadisələrin get-gedə gərginləşdiyini görən hakimiyyət isə bir sıra addımlar atdı.
Öncəliklə qanunvericilik baza gücləndirildi, daha sonra isə marifləndirmə işlərinə start verildi. Bu arada Qafqaz Müsəlmanları İdarəsidə kifayət qədər aktivlik göstərməyə başladı və Şeyxülislam Allahşükür Paşazadə ölkənin din xadimlərinə müraciət edərək, radikal dini qruplaşmaların basqısından qorxmamağa çağırıb. Şeyx son açıqlamasında əvvəlcə mətbuatdan din xadimləri ilə bağlı yazılanlara etirazını bildirib: "Mətbuatda dinin birtərəfli qaydada təbliği gedir. Telekanallarda pirlərdən, falçılıqdan və digər eybəcərlikdən danışılır. Amma media pisliklərlə yanaşı, yaxşılığı da deməlidir. Mən demirəm pislikdən yazmayın. Yazın. Amma bunun yaxşı olanları da var axı". Şeyx mətbuatda dinin pis tərəfdən təbliğinə səbəb olan dindarlardan da danışaraq, dindarları onlara qarşı mübarizə aparmağa çağırıb: "Ölkədə din xadimi adı ilə təhlükəli, saxta adamlar peyda olub ki, onlara din xadimi demək olmaz. Əsl dindarlar haqqı söyləyərək onlara qarşı ayıq-sayıq olmalıdır. Siz çəkinməyin, bu gün hansısa vəhhabi, uzun saqqalı-filan ağzına gələni danışır. Hətta şiələr arasında da radikallıq nümayiş etdirənlər var. Məsələn, fətva verir ki, get filankəsin başını kəs. Belə hala qarşı qorxmayın, əksinə, haqqın tərəfində olaraq onlara imkan verməyin".Şeyx din xadimlərinə çıxışlarında yalnız haqqı söyləməyi məsləhət görüb: "Sizə çağırış edirəm, din xadimləri dini radikallığa qarşı konkret mövqelərini ifadə etməlidirlər". Bunu da qeyd edək ki, hazırda vəhabi və xavariclərin böyük əksəriyyəti Sumqayıtda və Azərbaycanın şimal bölgələrində məskunlaşıblar. Ekspertlər hesab edir ki, ənənəvi din nümayəndələrinin həddindən artıq savadsız olmalarına görə bu cür təriqətlər sürətlə yayıla bilirlər. Bu bir həqiqətdir ki, hazırda bölgədə ki, din xadimlərimiz hətta internet resurslarından belə istifadə edə bilmirlər. Qeyri-ənənəvi dini təriqətlərin əsas fiqurları isə kifayət qədər hazırlıqlı insanlardır və bu səbəbdən də insanları təsir altına sala bilirlər. Məhz bu qüsurları nəzərə alaraq prezident xüsusi müşavirlik təsis etdi və dini sahədə marifləndirmə priroritet sahə elan edildi.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22