Eldar Əzizovun qələmini qırdılar
15:27 14-06-2014
CƏMİYYƏT
Eldar Əzizovun qələmini qırdılar
Sumqayıtın icra başçısı törətdiyi qanunsuz əməllərə və yaratdığı kütləvi narazılığa görə yaxın aylarda istefaya göndəriləcək
Məlum olduğu kimi, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov neçə vaxtdır məmurların qara siyahısına düşüb. Bir müddət öncəyə qədər karyerasında parlaq perspektiv onu gözləsə də, artıq E.Əzizovun vəzifə ömrünün bitməsinə sayılı gündərin qaldığı bildirilir. Bunun üçün kiayət qədər əsaslar da var.
Xatırladaq ki, Hesablamama Palatası ilin əvvəlində apardığı yoxlamaların nəticələrini elan edəndə ən çox yeyintiyə yol verən üç icra başçısından biri Eldar Əzizov göstərilirdi. Bunun ardınca, Hesablama Palatasının Sumqayıta növbəti yoxlama qrupunu göndərdi və növbəti dəfə E.Əzizova qarşı mənfi münasibətin olduğu ortaya çıxdı. Ancaq dünən baş verən hadisə E..Əzizovun vəziyyətinin daha da kritik olduğunu göstərdi.
Belə ki, Hesablama Palatasının dünən növbəti Kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının saxlanılmasına və Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.
Eyni zamanda, dövlət büdcəsinin "Səhiyyə" bölməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin həkim-sanitar xidmətinə, dövlət əsaslı vəsait qoyuluşundan Neftçala Rayon İcra Hakimiyyətinə, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə Sumqayıt şəhərində məktəbəqədər təhsil müəssisələrinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanmasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub.
Göründüyü kimi, Sumqayıtın icra başçısı yüksək səviyyədə "xoşagəlməz" kadr elan olunub. Hesablama Palatasının üçüncü dəfə eyni şəhərdə büdcə vəsaitlərinin xərclənməsini yoxlamağa getməsi sadə məsələ deyil. Bu onu göstərir ki, artıq onun qələmi qırılıb.
Dünən baş verən növbəti hadisə isə Eldar Əzizova olan ən azacıq müsbət fikirləri belə alt-üst edib. Belə ki, dünən Sumqayıt şəhərinin bir qrup sakini etiraza qalxıb. Şəhərin 6-cı mikrorayon ərazisində yerləşən 29, 30, 31, 32-ci binaların sakinləri onlar üçün ayırılan istirahət meydançasının sökülməsinə etiraz ediblər. Sakinlər həmin ərazidə tikinti işlərinin qarşısını almaq üçün küçələrə çıxaraq narazılıq ediblər. "Bu gün səhər saat 10 radələrində əraziyə İcra nümayəndələri ilə yanaşı bir neçə vəzifəli şəxs gələrək həmin ərazinin pulla satın aldıqlarını bildirib"-deyə sakinlər bildiriblər. Meydançada tikinti işləri aparmaq istəyən iş adamının bu davranışı məhəllə sakinlərinin narazılığına səbəb olub. Əhali küçələrə tökülüşüb və polislə camaat arasında qarşıdurma yaranıb. Sakinlər bildirir ki, həmin ərazidə uşaqların oynaması, istirahəti üçün başqa ərazi demək olar ki yoxdur.
Sumqayıta icra başçısı gələndən bəri adı yalnız mənfi proseslərdə hallanan Eldar Əzizovun ən çox səs-küy yaradan əməli də uyğunsuz yerləri sahibkarlara satmasıdır. Artıq bu üçüncü etirazdır ki, başçının sahibkara satdığı yer üstündə baş verir. Sözsüz ki, bütün bu mənfi detallar toplanaraq, Eldar Əzizovun karyesanın sonunu daha da sürətləndirir. Çox günan ki, o, yaxın aylarda istefaya göndəriləcək.
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-12-29 15:16:00
2024-12-29 15:07:07
2024-12-29 15:06:00
2024-12-29 14:56:27
2024-12-29 14:55:20
2024-12-29 14:38:32
2024-12-29 14:14:05
2024-12-29 14:02:44
2024-12-29 13:54:29
2024-12-29 13:52:10
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01