Aydın Bəşirov yenidən qorxuya düşdü
13:27 20-06-2014
CƏMİYYƏT
Aydın Bəşirov yenidən qorxuya düşdü
"Kaspar"ın baş həkiminin işdən çıxarılması keçmiş "gəmiçilik şefi"ni niyə danışmağa məcbur etdi?
Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasının ("Kaspar") baş həkimi Məhəmməd Ramazanovun vəzifəsindən azad olunmasına münasibət bildirib.
A.Bəşirov sözügedən hadisədən xəbərsiz olduğunu söyləyib: "Onu tanıyıram, "Tərəqqi" medalı da alıb. Yaxşı həkim olub. Oğlu da yaxşı həkimdir. Mən ona həmişə "Mamed" deyirdim. O çoxdandır ki, orada işləyirdi. Bildiyim qədər o yeni yaradılan qurumda müavin qalmışdı".
A.Bəşirov Məhəmməd Ramazanovun onun kadrı hesab olunması məsələsinə də aydınlıq gətirib: "Məmməd Ramazanov 20 ilə yaxındır ki, orada işləyib. Məgər mən Tibb Universitetinin rektoruyam ki, o da mənim kadrım olsun? O neçə illərdir ki, orada işləyib. Məmməd yaxşı işçi idi, oğlu da yaxşı həkimdir. Oğluna işə də mən götürmüşəm".
Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının ("Kaspar") baş həkiminin işdən çıxarılması ilə bağlı məlumat daxil olub.
Bildirilir ki, Məhəmməd Ramazanov Səhmdar Cəmiyyətin rəisi Rauf Vəliyevin istəyinə uyğun olaraq vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Gerasim Rüstəmov təyin edilib.
Bir başqa mənbədən əldə etdiyimiz məlumata görə, Aydın Bəşirov "Kaspar"ın baş həkiminin işdən çıxarılmasını narahatlıqla qarşılayıb. Bunak səbəb onun "gəmiçilik şefi" olarkən adıçəkilən xəstəxanada baş verən bir çox qanunsuzluqlardır.
Qeyd edək ki, A.Bəşirov Mərkəzi Dənizçilər Xəstəxanasını və onun poliklinika, ambulatoriya, pediatriya və s. bölmələrini Səhiyyə Nazirliyindən alaraq onları maliyyələşdirəcəyi barədə öhdəlik götürmüşdü. Lakin XDGİ rəisi Nazirlər Kabineti qarşısında götürdüyü öhdəlikləri uzun illər yerinə yetirmədim. Hətta iki ilə əvvəl Bəşirovun "Kaspar"ı bağlamaq istədiyi barədə məlumat da yayılmışdı.
Ümumiyyətlə, sabiq "gəmiçilik şefi"nin adıçəkilən xəstəxana həkimləri ilə münasibətləri qaydasında olmayıb və çoxsaylı qalmaqallara yol açıb. Bir neçə dəfə kollegiya iclaslarında xəstəxananın şöbə müdirləri ilə rəhbərlik arasında qarşıdurma baş verdiyini ötən illərdə mətbuatda yer alan informasiyalardan yaxşı bilirik.
Ən önəmli iddia isə ondan ibarətdir ki, Aydın Bəşirovun vaxtında xəstəxananın maliyyələçşdirilməsi istiqamətində ayrılan pullar qeyri-şəffaf xərclənib, yəni ciddi yeyinti mənbələrindən birinə çevrilib. Nəticədə xəstəxananın tibbi personalı çox minimavl şərtlər altında fəaliyyət göstərmək məcburiyyətində qalıb.
Bundan başqa "Kaspar" xəstəxanasının təmiri və maddi-texniki təchizatı ilə bağlı xərcləndiyi bildirilən vəsaitlərin əhəmiyyətli hissəsinin də əslində korrupsiya predmetinə çevrildiyinə dair iddialar mütəmadi olaraq səsləndirilib.
Hətta xəstəxananın tibbi avadanlıqlarının satılması ilə bağlı da müəyyən vaxtlarda narazılıqlar ortaya çıxıb.
Elə bu səbəbdən də indi Aydın Bəşirovun sözügedən xəstəxananın rəhbərliyinin dəyişdirilməsindən ciddi narahatlıq keçirdiyi vurğulanır. Hesab edilir ki, "Kaspar" xəstəxanasının yeni rəhbərliyinin xəstəxananın ötən illərdəki fəaliyyətinin təftişinə başlaması ortaya ciddi qanunsuzluq faktları çıxara bilər. Bu isə görəvindən alındıqdan sonra hətta həbs təhlükəsi ilə üz-üzə qalan Bəşirov barədə əlavə kompromatların meydana çıxması deməkdir.
Belədə sabiq "gəmiçilik şefi"nin cəzalandırılması ilə bağlı versiyaların yenidən gündəmə gəlməsi qətiyyən istisna edilməməlidir.
Bəşirovu narahat edən başqa məqam heç bir tibbi təhsili olmadığı halda bir müddət xəstəxanada rəhbər vəzifədə çalışan oğlunun dövründəki neqativ halların da təftiş predmeti olacağıdır. Belədə isə keçmiş gəmiçilik rəisinin oğlunun da sorğu-sualla üzləşməsi qaçılmaz ola bilər.
Təbii ki, bütün bunlar quru iddialardır. Onların nə qədər real olub-olmadığını isə bizə zaman göstərəcək. Yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54