Deputatlar Prezidenti dəstəklədilər
13:41 28-06-2014
CƏMİYYƏT
Deputatlar Prezidenti dəstəklədilər
Oqtay Əsədov: "Mən prezident İlham Əliyevin AŞPA-dakı çıxışı ilə fəxr etdim"
Milli Məclisin növbədənkanar iclası olub. Əvvəlcə deputatlar prezidenti təbrik ediblər. Spiker Oqtay Əsədov bildirib ki, cənab prezidentin Avropa Şurası Parlament Assambleyasındakı çıxışı alqışa layiq idi: "Mən bir vətəndaş olaraq, prezidentin çıxışı, Dağlıq Qarabağ problemi haqqında dedikləri ilə fəxr etdim. Bu çıxış bir daha sübut etdi ki, ölkədə islahatla aparılır. Dövlət başçısı beynəlxalq təşkilatlar qarşısında alnıaçıq olduğunu bildirdi. Bu çıxış sübut etdi ki, xalq prezidenti ilə fəxr edir".
Bəxtiyar Əliyev:
"AŞPA Azərbaycana ikili standartlarla yanaşır"
"Ən böyük problemimiz Qarabağdır". Bunu Milli Məclisin iclasında millət vəkili Bəxtiyar Əliyev deyib. "Bu faktdır ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib. Azərbaycan hərtərəfli inkişaf edən hüquqi-demokratik bir ölkədir", - deyə Bəxtiya Əliyev əlavə edib.
Deputat bildirib ki, Azərbaycanın ən böyük problemləri ərazilərinin işğalıdır. "Çox təəssüf ki, bütün beynəlxalq təşkilatlar bu işğala biganə və ikili standartla yanaşırlar. Beynəlxalq təşkilatlar BMT-nin qətnamələrini yerinə yetirmir. AŞPA-da öz öhdəliklərini yerinə yetirən ölkəyə ikili standartlarla yanaşır".
B. Əliyev çıxışının sonunda belə deyib."Bu gün istər cəbhə bölgəsindən, istərsə də digər bölgələrdən olan əhali Prezidentin çıxışını dəstəkləyir. Çünki Qarabağ hamımızın ortaq problemidir".
Qənirə Paşayeva da Prezidentin son çıxışından danışdı
Deputat bunları deyib. "Həmin çıxışın şahidləri olaraq, Azərbaycan prezidentinin Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə, bütün Assambleya üzvlərinə çatdırdı. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycan artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək və Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır və ikili standartların heç birini qəbul etməyəcək. İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi. Çünki Prezidentin Avropa Şurasından Azərbaycanın prioritetlərini açıqlaması çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar Avropa Şurasına sədrliyindən narahatdırlar. Onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. Amma cənab Prezident bu kimi qüvvələrin sualların cavabında da bütün məsələlərə aydınlıq gətirdi.
İkili standartlarla yanaşma məsələsində ən önəmli məsələ isə bu ikili standartlarla mübarizə aparacağı açıqlaması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi. Azərbaycanın heç bir qarış torpağı da hansısa müzakirə mövzusu olmayacağını , münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın həm də bu gün Ermənistanın paytaxtı olan Yerevanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bilməsini açıqladı. Ermənistan istəyir ki, Azərbaycan xalqı uzun illər oturub bu vəziyyəti qəbul etsin və beynəlxalq təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna imkan verməyəcək".
Sabir Rüstəmxanlıdan təklif: "Kərkükdə
baş verənlər Məclisdə müzakirə edilsin"
"Kərkükdə baş verənlər Milli Məclisdə müzakirə edilsin". Millət vəkili Sabir Rüstəmxanlı türkmən məsələsini müzakirəyə çıxararkən belə deyib.
VHP sədri Milli Məclisdə çıxışı zamanı bildirib ki, ikili standartlar davam edir: "İraqda türkmənlərə qarşı təzyiqlər var. Onlar öz torpaqlarında kürd kəndlərinə sığınıblar. Biz bu məsələdə susa bilmərik, onlar bizim bir parçasıdır. Azərbaycan Prezidenti də haqlı olaraq 50 milyonluq azərbaycanlının prezidenti sayır.
Hesab edirəm ki, Milli Məclis Kərkük və Mosulda baş verənlərlə bağlı mövqeyini ifadə etməlidir. Biz müharibə etməməliyik, amma bu insanlara yardım etməliyik. Bu insanlar tarixin görmədiyi bir fəlakət içində yaşayırlar".
Siyavuş Novruzov:
"Prezidentin çıxışına
kölgə salmağa
çalışdılar"
"Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı. Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir". Deputat Siyavuş Novruzov Azərbaycan Prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı barədə danışarkən belə deyib.
O bildirib ki, Azərbaycan prezidentinin AŞPA-dakı çıxışı ilə bütün Azərbaycan bir fəxarət hissi keçirtdi. Lakin bəzi qüvvələrdən başqa, erməni lobbisinə xidmət edən müəyyən avropalı deputatlar, ermənilər və ermənilərdən daha çox Azərbaycana ziyan vuran, Azərbaycan əleyhinə işləyən bəzi ünsürlər Prezidentin çıxışa kölgə salmağa çalışdılar. "Biz bunun hamısının şahidi olduq ki, cənab prezidentin Azərbaycanla bağlı, dünyada gedən proseslərlə bağlı fikirlərini səsləndirdi. Burada Avropa deputatlarının cənab prezidentə qoyduğu sual hansı ki Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolu barədə və regiondakı münaqişənin həlli yolları ilə bağlı deyil, hansısa erməni deputatının yazıb qarşısına qoyduğu avropalı deputat mənşəcə erməni olan Leyla Yunus barədə sual verir. Niyə 1 milyon qaçqın haqqında sual vermirsiniz? Niyə 20% işğal olunmuş torpaqlardan sual vermirsən? Hanısa erməni mənşəli biri barədə sual verirsən. Bu da bir daha orada olan insanların simasını ortaya qoydu. Müxtəlif adlarda orada sığınacaq almış, hətta biz araşdırmışıq bəziləri erməni olduğuna görə orada sığınacaq alan özlərini azərbaycanlı adlandıran şəxslər erməni olduğuna görə sığınacaq alır.
Təbii ki, bunlara o cür çıxış, o cür münasibət sərf etmir və Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı. Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Cənab Prezidentin qeyd etdiyi kimi, mən çalışacağam ki, bizim sədrliyimiz dövründə ikili standartların qarşısı alınsın".
Asim Mollazadə:
"Tibbi sığorta haqda
qanun işləmir"
"Tibbi sığorta ilə bağlı qanun icra edilmir". Bunu Asim Mollazadə deyib.
Deputat həmçinin Milli Məclisin qəbul etdiyi qanunlara əməl olunmadığını bildirib. O, Prezidentin AŞPA-dakı çıxışından və ordakı deputatların da razı qaldığını bildirib. "Azərbaycan prezidentinin AŞPA-dakı çıxışından sonra ordakı deputatlarla əlaqə saxladım. Onlar Azərbaycan Prezidentinin çıxışını yüksək qiymətləndirdilər".
A. Mollazadə digər bir məsələyə də toxunaraq "Deputatlarımız Prezidentin AŞPA-dakı çıxışına toxundular. Mən də başqa bir məsələyə toxunmaq istərdim. Bu gün Milli Məclisin sonuncu növbədənkənar iclasıdır. Amma Təhsil Strategiyası ilə bağlı sərəncam vaxtında verilib. Çünki Azərbaycanda fəaliyyət göstərən həm texniki məktəblər, həm də ali təhsil müəssisələri bir sıra problemlərlə üz-üzə qalıb. Diqqət yetirmək istədiyim digər məsələ isə xaricdə oxuyan və elmi iş müdafiə edən gənclərimizlə bağlıdır. Bu gənclərə də diqqət və qayğı yoxdur.
Deputat Azərbaycanda icbari tibbi sığorta ilə bağlı qanunun icra edilmədiyini söyləyib: "Bununla da bizim səhiyyə sistemimizə xələl gətirir. 2 milyona yaxın vətəndaşımız müalicə olunmaq üçün İrana gedir. Biz Azərbaycan xalqının sağlamlığını təmin etmək üçün tibbi qanunlara əməl etməliyik və bu qanunun təkmilləşdirilməsinə çalışmalıyıq".
Milli Məclis Əlcəzairdə Azərbaycan
səfirliyinin açılması
haqda qanunu təsdiqlədi
"Azərbaycanın Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyi açılacaq". Milli Məclisin növbədənkənar iclasında "Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında səfirliyinin açılması haqqında" qanun layihəsi müzakirə olunub.
İclasda həmçinin Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi də müzakirə olunub. Belə ki, dəyişikliyə görə ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydası "İctimai iştirakçılıq haqqında" qanunu və bu fəslin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanun layihəsində o da bildirilir ki, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazır olduğu gündən 10 gün müddətində sifarişçi tərəfindən ictimai müzakirələr təşkil olunur.
Eyni zamanda sifarişçi ərazi planlaşdırılması sənədlərinin layihəsi, ərazi planlaşdırılması ilə bağlı etiraz və təkliflərə baxılmasınının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihələrinə edilən dəyişikliklər, həmçinin etiraz və təkliflərin nəzərə alınmamasının səbəbləri barədə ictimai müzakirələrin iştirakçılarına məlumat verir. Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22