Səməd Seyidov: "AŞPA sədrinin Azərbaycanla bağlı qərarın qəbul edilməsindəki davranışları qurumun prosedur qaydalar üzrə komitəsində araşdırılacaq"
13:42 28-06-2014
CƏMİYYƏT
Səməd Seyidov: "AŞPA sədrinin Azərbaycanla bağlı qərarın qəbul edilməsindəki davranışları qurumun prosedur qaydalar üzrə komitəsində araşdırılacaq"
Elxan Süleymanovun Dağlıq Qarabağla bağlı təklif etdiyi sənəd AŞPA
Bürosunun bu ilin sentyabrında keçiriləcək toplantısında müzakirə olunacaq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosunun toplantısı keçirilib. Büronun iclasında Azərbaycanla bağlı da bir neçə məsələ müzakirə edilib.
İclasda iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov açıqlamasında Azərbaycanla bağlı üç əsas qərarın qəbul edildiyini bildirib.
"Bugünkü iclasda bizimlə bağlı üç əsas qərar qəbul olundu. Birincisi, büronun iclasında Azərbaycan prezidenti İlham Əliyevin çıxışı və Assambleya üzvlərinin suallarına verdiyi cavablar müzakirə olundu. Cənab prezidentin suallara cavabları xüsusi olaraq müzakirə olundu və dəstəkləndi. Azərbaycanla bağlı bütün məsələlərdə gələcəkdə də ölkə ilə əməkdaşlığa qərar verildi. İkinci məsələ, AŞPA sədri xanım Ann Brassörün həftənin birinci günü keçirilmiş plenar iclasda etdiyi hərəkətlərin Assambleyanın ümumi abı-havasına uyğun olmaması və qurumun prosedur qaydalara cavab verməməsi ilə bağlı idi. Bu məsələnin AŞ PA-nın prosedur qaydalar üzrə komitəsində araşdırılmasına qərar verildi. Bu ona görə edildi ki, bu məsələ prosedur qaydalar üzrə komitədə təhlil olunsun və araşdırsınlar, gələcəkdə belə şeylər bir daha baş verməsin. Çünki dünən xanım Ann Brassör jurnalistlərə açıqlamasında söyləyib ki, guya o, hər şeyi prosedura uyğun edib, Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı təklifin səsə qoyulması qaydası düzgün olub, guya bizə naharın saat 13:15-də başlanması barədə əvvəldən məlumat verilib və s".
S. Seyidov deyib ki, Büroda onun xanım Ann Brassörə ünvanladığı məktubu da müzakirə olunub: "Büro üzvləri də məsələ qaldırdılar ki, xanım Brassör belə həssas məsələlərlə bu şəkildə davrana bilməz. Çünki Assambleyanın cənab Maknamaranın sənədi ilə bağlı qəbul etdiyi qərarın içərisində bir çox müəmmalı məqam vardı. Bu məqamları da AŞPA-nın qanunlar və prosedur qaydaları komitəsi araşdırmalıdır".
S. Seyidov deyib ki, Büroda millət vəkili Elxan Süleymanovun təklif etdiyi iki sənəd və bundan başqa, onun Dağlıq Qarabağla bağlı təklif etdiyi sənədin müzakirəsi keçirilib: "Bu gün büronun iclasında münaqişə və ermənilərə qarşı sanksiya ilə bağlı ümumilikdə 3 sənədə baxıldı və bu sənədlərin heç biri gündəmdən çıxmadı. Belə bir təhlükə var idi ki, bu sənədlər gündəlikdən çıxacaq, müzakirə edilməyəcək və s. Sadəcə bugünkü iclas yay tətilindən qabaq büronun son iclası olduğundan, qərara alındı ki, hər üç sənədə büronun sentyabr ayında keçiriləcək toplantısında baxılsın".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22