Mübariz Əhmədoğlu: "Şahmat üzrə dünya çempionu Karlsen Sarkisyanla II Qaregini erməni etnokriminallığından ayırmaq gücündə deyil"
13:58 28-06-2014
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Şahmat üzrə dünya çempionu Karlsen Sarkisyanla II Qaregini erməni etnokriminallığından ayırmaq gücündə deyil"
Şahmat üzrə dünya çempionu M.Karlsen şahmat imici uğrunda mübarizə aparan Ermənistanda oldu. Deputatlar və din xadimləri ilə qısamüddətli sürətli şahmat oyunları keçirdi. Prezident S.Sarkisyan Karlseni qəbul etdi.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, Karlsenin Ermənistana səfərinin təşkilatçıları onun dəvətini Ermənistan rəhbərliyi, Erməni Apostol Kilsəsi və "Ameriabank" tərəfindən təşkil olduğu barədə məlumat yaymışdılar: "Çoxlu şahmatçılarının olması ilə öyünən Ermənistan rəhbərliyinin erməni şahmatçılarını kənara qoyub Karlseni dəvət etməsi bir sıra suallar yaradır. Erməni mənşəli rusiyalı milyarder Ruben Vardanyanın ("Ameriabank","Troyka-Dialoq") bu prosesə qoşulması da əlavə suallar yaradır. Dünyaca məşhur erməni şahmatçısı Kasparovun adının dəvətlilər sırasında olmaması da erməni traybının daxilində ziddiyyətlərin olduğunu göstərir. Bütün bunlar prezident S.Sarkisyan və II Qareginin Karlseni dəvət etmək məqsədində xırda məsələlərdir. Erməni etnokriminallığının dərinləşməsinə, genişlənməsinə dəlalət edən informasiyalar çoxalır, Ermənistanın kriminalları, eləcə də terrorçuları pasport və digər lazımi sənədlərlə təmin etməsi barədə də məlumatlar yenicə yayılır".
M.Əhmədoğlu deyib ki, beynəlxalq ictimaiyyət və ya iri dövlətlər Ermənistan rəhbərliyindən, o cümlədən Erməni Apostol Kilsəsindən kriminal dünya ilə əlaqəni kəsməyi tələb edə bilərlər: "Bu isə həm prezident S.Sarkisyan, həm də Bütün Ermənilərin Katolikosu II Qaregin üçün əvəziödənilməz itkidir. Ermənistanın şahmat imici isə erməni etnokriminallığını pərdələmək üçün düşünülmüş siyasətdir. Şahmat üzrə dünya çempionu M.Karlsenin Ermənistana səfər proqramı isə bu planda xüsusi piar aksiya rolunu oynayır. Belə böyük stimul yaradan piar aksiyadan sonra S.Sarkisyanla II Qareginin növbəti addımlarının şahidi olacağıq".
Politoloqun sözlərinə görə, Ermənistanda kriminal oliqarxlar hakimiyyəti təşkil etdilər. II Qaregin ayrı-ayrı kilsə başçılarını tez-tez dəyişir: "II Qareginin atdığı addımlar "Bentli"-si və tapançası olan N.Kçoyandan yan keçir. Bu isə II Qareginin din xadimləri arasında apardığı "kadr islahatının" istiqamətini göstərir. Vaxtilə türk diplomatlarının ölümünü əsaslandıran erməni kilsəsi oğurluq istiqamətində də özünü təkmilləşdirir. Lap yaxınlarda bəlli oldu ki, Erməni Apostol Kilsəsi Gürcüstanda erməni dolmasının təqdimatını keçirib. Başqa sözlə, gürcüləri azərbaycanlılarla qarşıdurmaya çəkmək istəyir. S.Sarkisyanla II Qaregin erməni etnokriminallığı və konfliktogenliyini tam aktivləşdirdilər. Kriminallıq erməni din xadimlərində irsi keyfiyyətdir. Erməni dövlətinin olmadığını və tarixən ermənilərin kilsə tərəfindən idarə olunduğunu nəzərə alsaq, Ermənistan rəhbərlərində də belə irsi əlamətin olduğunu qətiyyətlə söyləmək olar. Kriminala meylli ermənilərin, o cümlədən prezident S.Sarkisyanın və II Qareginin irsiyyətindən doğan, tarixən vərdişə çevrilən məsələ olduğu üçün şahmat üzrə dünya çempionu M.Karlsenin onları kriminallıqdan uzaqlaşdırması qeyri-mümkün görünür".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22