TQDK sədri: "Kolleclərə 14 min 923 abituriyent ərizə verib"
"İyunun 29-da ümumi orta illik təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək".
Bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanda iştirak etmək üçün 14 min 923 abituriyent ərizə verib. Onlardan 5459 nəfəri - oğlan, 9464 nəfəri - qızdır. Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsili müəssisələrinin məzunlarıdır. 14 nəfəri isə ali təhsilli şəxslərdir. Abituriyentlərdən 50-si xarici ölkə vətəndaşıdır.
TQDK sədri bildirib ki, şəxsən özü keçən imtahanı müşahidə edib: "İyunun 24-də keçirilən imtahanı özüm Şəki, Qax, Zaqatala və Balakəndə müşahidə etdim. İmtahanlardakı nəzarətçilər həmin məktəblərdə çalışan müəllimlər idi".
Digər Xəbərlər
2025-02-26 22:55:46

2025-02-26 22:36:19

2025-02-26 21:14:26

2025-02-26 20:42:31

2025-02-26 20:15:16

2025-02-26 20:09:06

2025-02-26 18:59:30

2025-02-26 18:57:18

2025-02-26 18:57:03

2025-02-26 18:48:03

2025-02-26 18:47:58

2025-02-26 18:35:21

2025-02-26 18:33:32
.jpg)
2025-02-26 18:31:01

2025-02-26 18:24:13

2025-02-26 18:17:31
2025-02-26 18:06:04
.png)
2025-02-26 18:00:47

2025-02-26 17:44:04
