Arif Hacılı yeni plan qurub
12:30 01-07-2014
CƏMİYYƏT
Arif Hacılı yeni plan qurub
Müsavat başqanlığına iddialı olan Aparat rəhbəri rəqiblərinə qalib gəlmək üçün müxtəlif variantlara əl atır
Müsavat Partiyasında qurultayöncəsi oyunlara start verilib. Başqanlığa iddialılardan olan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da özünəməxsus plan hazırlayıb.
Məlum olduğu kimi, Müsavat Partiyasında AXCP-yə qarşı ən ciddi və rezonansa səbəb olacaq ittihamlarla çıxış edən İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli son aylar susur. Bunun konkret səbəbi bilinməsə də, ona yaxın adamların dediyinə görə, Mustafa Hacıbəylinin susmasının özəl səbəbləri var. İş ondadır ki, Müsavat qurultaya hazırlaşır. Başqanlığa iddia edən namizədlər içərisində isə ən ciddisi onun qardaşı Arif Hacılı hesab olunur. Hacılının hazırda partiya daxilində ciddi iş gördüyü bildirilir.
Hər həftə o, Müsavatın rayon təşkilatlarının sədrlərini toplayaraq iş aparır. İndiki mərhələdə Müsavat rəhbərliyinə yiyələnmək istəyən Hacılıların AXCP ilə üz-üzə gəlməsi, əsas olmadan özlərinə qarşı ikinci cəbhə açması məqbul hesab olunmur. Məhz bu səbəbdən də Mustafa Hacıbəyli son aylar danışmağa meyl göstərmir.
"Unikal"ın əldə etdiyi məlumata görə, Mustafa Hacıbəylinin susqun mövqeyə keçməsi Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının tapşırığı ilə həyata keçirilib. Bizi bilgiləndirən şəxsin sözlərinə görə, A.Hacılı başqanlığa gedən yolda ona maneə törədə biləcək hər hansı qalmaqala qarışmaq istəmir: "Bildiyiniz kimi, Arif Hacılı özünə rəqib qüvvələrə qarşı heç vaxt tək mübarizə aparmayıb. Müsavat Partiyasının başqanının müşaviri olan Mustafa Hacıbəyli hər zaman böyük qardaşı Arif Hcılının vuran əli, danışan dili olub. Diqqət etsəniz, həm Müsavat daxilində, sonralar İctimai Palata daha sonra Milli Şura çərçivəsində Arif Hacılının mövqeləri qardaşları tərəfindən israrla müdafiə olunub. Digər qardaşı, Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də daim Arif bəyin arxasında olub. Mətbuatda Arif Hacılının əleyhinə danışanlara da qardaşları cavab veriblər. Həmişə aktivlik, təlatüm tərəfdarı olan Mustafa Hacıbəylinin süst mövqeyə çəkilməsi birmənalı qarşılanmır. Xasiyyətcə də emossional olan Mustafa Hacıbəylinin kölgəyə çəkilməsi Arif Hacılının planlarına uyğundur. Yəni, Arif bəy Mustafa Hacıbəyliyə "hələlik sakit dur" tapşırığı verib".
Müsahibimizin sözlərinə görə, Arif Hacılı da bütün planlarını Müsavatın qurultayına hesablayıb. O bildirib ki, Aparat rəhbəri başqanlıq iddialarına çatmaq üçün ona yönələn bütün ittihamları cavabsız qoyub: "Görün işin harasıdır ki, AXCP tərəfdən Müsavata. Konkret olaraq Arif Hacılı və yaxın ətrafına qarşı ittihamlar səslənir, amma Arif və Mustafa qardaşları buna dözüm nümayiş etdirirlər. Əslində, Arif Hacılı bilir ki, cavab versələr, məsələ böyüyəcək, AXCP funksionerləri bütün hikkələrini onun üzərinə tökəcəklər. Bu isə qurultaya qısa müddət qalmış bir dövrdə başqanlığa iddialı şəxs kimi Arif Hacılıya lazım deyil. Çünki durduğu yerdə ona qarşı kampaniya aparılacaq və başqanlığa namizəd kimi anti-reklamla üz-üzə qalacaq. Ona görə də hələlik susmağı üstün tuturlar. Hər halda, qurultayda qalib gələndən sonra rəqiblərinə cavab vermək üçün daha çox imkanları olacaq".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22