Hacıbala Abutalıbovun başı məhkəmələrdən açılmır
12:31 01-07-2014
CƏMİYYƏT
Hacıbala Abutalıbovun başı məhkəmələrdən açılmır
Bakı Şəhər İcra Hakimiyyəti növbəti dəfə məhkəməyə verildi
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. Bu barədə 1 saylı Bakı İnzabati-İqtisad Məhkəməsindən məlumat verilib. Meriyadan Aqil Adıgözəlov adlı vətəndaş ziyanın ödənilməsini tələb edir.
Bundan başqa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi də müxtəlif vətəndaşlar tərəfindən məhkəməyə verilən qurumlar sırasındadır. Vətəndaşlar adıçəkilən qurumdan plan və ölçünün verilməsini tələb edirlər.
Qeyd edək ki, son vaxtlar Bakı meriyasının məhkəməyə verilməsi adiləşib. Paytaxtın icra hakimiyyətinə iddia qaldıranlar arasında dövlət qurumlarının da olması isə xeyli ilgincdir. Məsələn, iki ay əvvəl məlumat yayıldı ki, Azəriqaz" İstehsalat Birliyi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Buna səbəb isə aprel ayında Qaradağ qaz-istismar sahəsi tərəfindən əraziyə baxış keçirilərkən Lökbatan qəsəbəsi, "Sədərək" Ticarət Mərkəzinin yaxınlığında qapalı ərazidə tikinti aparılmasının üzə çıxması olub. Araşdırma nəticəsində aydınlaşıb ki, həmin tikinti Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin şəhər ərazisinin tikinti planlaşdırma idarəsi tərəfindən aparılıb. Bununla bağlı BŞİH-ə müraciətdə xahiş olunub ki, həmin ərazidəki qaz xəttinə profilaktik xidmət və texniki baxış göstərilməsində çətinliklər yarandığı üçün tikinti dayandırılsın. Müraciətdə də göstərilib ki, qaz kəməri daş hasarın içinə salınaraq torpaq qazma işlərinə başlanılıb və işlərin görülməsinin dayandırılması xahiş olunub. Lakin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə müsbət cavab verilmədiyi üçün "Azəriqaz" İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət olunub.
Onu da deyək ki, KİV-də Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən iddialar arasında Bakı şəhər İcra Hakimiyyətinə qarşı açılmış məhkəmə davalarının üstünlük təşkil etdiyinə dair məlumatlar var. Abutalıbovun qurumunun bu qədər çox məhkəməyə verilməsi isə maraq doğurmaya bilməz.
Görünür, paytaxtın icra hakimiyyətinin fəaliyyətində həqiqətən xeyli nöqsanlar var və bu nöqsanlarla rastlaşanların hüquqlarını məhkəmədə təmin etməkdən başqa çıxış yolları qalmır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22