"AzerRosun" gecikmiş peşmançılığı
09:51 02-07-2014
İQTİSADİYYAT
"AzerRosun" gecikmiş peşmançılığı
Söyün Sadıqovlar küncə sıxışdırıldı
Son zamanlar Azərbaycandan kənarda fəaliyyət göstərən diaspora təşkilatları ziddiyətli və sürüşkən mövqe nümayiş etdirməkdədirlər. Hər zaman stabil görünən bu təşkilatlardan bir qismi son prezident seçkilərində nədənsə başqa ölkələrin maraqlarına uyğun mövqe sərgilədilər və bu kifayət qədər ajiotaj yaratdı. Gəlin, detallara yanaşmadan öncə Rusiyada fəaliyyət göstərən "AzerRos" rəhbərliyinin son açıqlamalarına baxaq.
"Azərbaycanda bir sıra məmurlar "AzerRos"un aktiv fəaliyyəti və inkişafı ilə barışa bilmirlər. Mən bu münasibəti anlamıram. Halbuki, bu məmurların əsas vəzifəsi azərbaycanlı icmalarının birləşdirilməsi olmalıdır". Bu sözləri "AzerRos" Milli Mədəni Muxtariyyətin rəhbəri Asif Məhərrəmov Qəbələdə keçirilən Rusiya-Azərbaycan Humanitar Forumunun nəticələri barədə qurumun rəsmi saytına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat Azərbaycan xalqının mədəniyyətini, ənənələrinin təbliği ilə məşğul olur və sıralarında çoxlu sayda soydaşlarımızı birləşdirir.A. Məhərrəmov qeyd edib ki, mərhum prezident Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların sıx həmrəyliyini təmin etməyi Azərbaycan dövlətinin əsas vəzifələrindən biri elan edib. O, deyib ki, "AzerRos" mərhum prezident Heydər Əliyevin bu vəsiyyətini əldə rəhbər tutaraq öz fəaliyyətini qurur."Biz Rusiyada Azərbaycan mədəniyyətinin, dilinin, vətənpərvərliyinin təbliği üçün çoxsaylı layihələr həyata keçiririk. Amma bizim bu yöndə fəaliyyətimiz indiyə qədər bir sıra Azərbaycan məmurlarında qıcıq və anlaşılmazlıq yaradır"-deyə "AzerRos"un prezidenti vurğulayıb.A.Məhərrəmovun sözlərinə görə, Rusiyada 761 min Rusiya vətəndaşı olan azərbaycanlı və vətəndaşlığı olmayan 2 milyona qədər soydaşımız yaşayır.
"Onlar öz zəhməti ilə Rusiya dövlətinə xeyir gətirirlər. Biz bu barədə həmişə müxtəlif tədbirlərdə danışırq.Mən vətənimə uğur və xoşbəxtlik arzulayıram. İstəməzdim ki, öz tarixi vətənlərindən kənarda yaşayan azərbaycanlılar yad kimi qəbul olunsunlar. Birləşmək barədə danışıqlardan praktik işə keçmək vacibdir"-deyə A.Məhərrəmov vurğulayıb. Həqiqətəndə ilk baxışdan götürəndə təşkilat sədrinin açıqlamasına haqq qazandırmaq olar. Amma... məsələ ondadır ki, prezident seçkiləri öncəsi bu təşkilat hansı mövqeni sərgiləyirdi? Həmin anlar Rusiya hakimiyyəti bütün gücünü səfərbər edərək Azərbaycana təzyiqlərini artırmışdı və əsas niyyət Azərbaycanı siyasi və iqtisadi baxımdan özündən aslı duruma salmaq idi. Rusiya açıq şəkildə buna cəhdlər etsədə heç bir nəticə vermədi. Məhz bundan sonra Rusiya Azərbaycanda yaşayan azərbaycanlılardan istifadə etməyə başladı. Öncəliklə "Milyarderlər İttifaqı" yaradıldı və Söyün Sadıqov, Abbas Abbasov və Rüstəm İbrahimbəyov üçlüyü ortaya çıxdı. İndiki açıqlamadan fərqli olaraq o zaman "AzerRos"un sədri olan Söyün Sadıqov açıq şəkildə hakimiyyəti hədəfə aldı. Siyasi anlayışı sıfır olan Söyün Sadıqovun ittihamları qəbul edilən deyildi və sanki Söyün Sadıqov açıq şəkildə Azərbaycan hakimiyyətinə mesaj verirdi ki, ya Rusiyanın istədiyini verin, ya da hakimiyyətin dəyişdirilməsi üçün əllərindən gələni edəcəklər. Söyün Sadıqov kütbeyinliliyindən fərqli olaraq Abbas Abbasov bir az ehtiyatlı mövqe tutdu. Üzdə hakimiyyəti dəstəkləyəcəyini desədə alt qatda bütün gücü ilə mövcud hakimiyyətə problem yaratmağa çalışdı. Qısa zaman ərzində Azərbaycanda Milli Şura yaradıldı. Öncə sədr kimi Rüstəm İbrahimbəyov qəbul edildi, daha sonra isə Cəmil Həsənli dövriyyəyə buraxıldı. Aydın oldu ki, Abbas Abbasov başda olmaqla bu komanda səmimi deyil və Rusiyanın istəyindən kənara çıxa bilmirlər. Hətta Azərbaycan hakimiyyəti ilə bir yerdə olacağını bəyan edən Abbas Abbasov Türkiyəyə gedərək dostu AST Telmanın otelində Azərbaycan hakimiyyətinin əleyhinə toplantılar təşkil etdilər. Həmin zamanlarda dəfələrlə onlarla söhbət aparılsada heç bir önəmi olmadı. Əksinə cəmiyyətdə belə bir rəy yaratmağa çalışdılar ki, güya Rusiyada yaşayan azərbaycanlıların xilaskarları məhz onlardır. Hətta buna görə Rusiyadakı azərbaycanlıların siyahısını da tutdular. Ancaq Rusiya sonda aydın şəkildə gördü ki, bu şəxslərin Azərbaycan cəmiyyətinə təsirləri yoxdur və Azərbaycanla təzyiq dilində danışmağın heç bir önəmi yoxdur. Bundan sonra Vladimir Putin Bakıya gəldi və sanki qurbağa gölünə daş atıldı. Meydanda az qala ultimativ bəyanatlarla çıxış edən Abbas Abbasov, Söyün Sadıqov bir anın içində yoxa çıxdılar və bununla da Azərbaycan cəmiyyəti bildi ki, bu şəxslər sadəcə olaraq Rusiyanın əlində bir alət olublar və istifadə olunandan sonra bir kənara atıldılar. İndi isə "AzerRos" rəhbərliyi narazılığını bildirir. Maraqlıdır, fəaliyyətlərində səmimi idilərsə onda o zaman niyə açıq mövqe sərgiləmirdilər? Ona görə ki, həmin zaman Rusiyanın hansısa beyin mərkəzinin tapşırığını yerinə yetirirdilər və Azərbaycanın milli maraqları onlar üçün önəmli deyildi. İndi isə düşdükləri vəziyyətdən çıxmaq üçün yenidən hakimiyyətə yaxınlaşmaq istəyirlər. Amma müşahidəçilər bildirir ki, bu şəxslərə artıq heç bir halda etibar etmək olmaz və onların Rusiyada yaşayan azərbaycanlılardan istifadəsinin qarşısını almaq lazımdır.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03