Azərbaycan son 12 ildə 1000-ə yaxın artilleriya sistemi alıb
09:52 02-07-2014
İQTİSADİYYAT
Azərbaycan son 12 ildə 1000-ə yaxın artilleriya sistemi alıb
Azərbaycan son 12 ildə xarici ölkələrdən 1000-ə yaxın yeni raket-artilleriya sistemi satın alıb.
İnventarını yeni artilleriya sistemləri ilə gücləndirən Azərbaycan Silahlı Qüvvələri postsovet məkanında özünün imkanlarına görə ilk yerlərdə dayanır.
Azərbaycanın sahib olduğu raket-artilleriya sistemlərinin ən uzaq mənzili 150 km-dən çoxdur. Yaxın perspektivdə bu sıraya daha uzaq mənzilə malik raket sistemlərinin də daxil edilməsi gözlənilir.
Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələrinin artilleriya sistemləri ilə bağlı sifarişlərində əsas yeri Rusiya tutub. Azərbaycan bu ölkəyə 500-dən artıq müxtəlif çaplı artilleriya sistemləri sifariş verib və bunların bir qismi (BMT Adi Silahlar Registrində yer alan məlumata görə 454 ədəd) artıq Bakıya çatdırılıb.
Azərbaycan Rusiyaya sifariş verdiyi və aldığı artilleriya sistemləri arasında 120 mm çaplı 2S12 "Sani" minaatanları, 18 ədəd "Msta-S" özüyeriyən haubitsası, 18 ədəd TOS-1A «Solntsepyok" ağır odatanı, 18 ədəd 2S31 "Vena" özüyeriyən haubitsası, 26 ədəd 2S9 "Nona-S" özüyeriyən artilleriyası, 18 ədəd 9A52 "Smerç" reaktiv yaylım atəş sistemi yer alıb.
İkinci yerdə dayanan Ukraynadan isə hesabat dövründə 294 ədəd müxtəlif artilleriya sistemi əldə olunub. BMT Adi Silahlar Registrində yer alan məlumata görə, 2002-2013-cü illərdə Bakı Ukraynadan 12 ədəd 9 "Smerç" reaktiv yaylım atəş sistemi, 85 ədəd PM-38 minaatanı, 72 ədəd MT-12 topu, 54 ədəd 2S1 "Qvozdika", 16 ədəd 2S3 "Akatsiya" özüyeriyən haubitsalar alıb.
Azərbaycan 3 kompleks "Toçka-U" taktik raketləri də əldə edib.
Azərbaycanın Belarusdan aldığı 132 ədəd artilleriya sisteminin 12-si 203 mm çaplı 2S7 «Pion" özüyeriyən top, qalan 120-si isə D-30 topdur.
Bundan başqa, Bolqarıstandan 36 ədəd M-46 topu, Bosniya və Herseqovinadan 10 ədəd RAK-12 reaktiv yaylım atəş sistemi alınıb.
Hesabat dövründə İsraildən açıqlanmayan sayda LAR-160, "Lynx Qrad", "Lynx EXTRA", Türkiyədən isə T-107, T-122 "Sakarya" və T-300 "Kasırğa" raket sistemləri alınmaqla artilleriya qoşunlarının imkanları genişləndirilib.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53