Hüseyn Bağırov ona yaxın icra başçısı barədə dosye hazırlayır
09:55 02-07-2014
CƏMİYYƏT
Hüseyn Bağırov ona yaxın icra başçısı barədə dosye hazırlayır
Ekologiya və təbii sərvətlər naziri qanunsuz qərarları ilə ağac kəsiminə rəvac verən başçılarla bağlı prezidentə məlumat verəcək
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında ölkədə ağac kəsiminə verdiyi reaksiya ciddi rezonansa səbəb oldu. Hətta ölkə başçısının bu reaksiyasından sonar Ekologiya və Təbii Sərvətlər Nazirliyini aktiv şəkildə hərəkət keçirdi.
Artıq ölkədə, xüsusən də Bakı şəhərində hər hansı bir ərazidə tikinti işləri aparılmadan ərazi ciddi şəkildə nəzarətə götürülür. Bu məsələnin Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov tərəfindən diqqət mərkəzində olduğu da göz önündədir. Belə ki, dünən Hüseyn Bağırov mətbuata açıqlamasında deyib ki, Azərbaycanda kütləvi ağac kəsmə halları böyük layihələrin tikintisi zamanı baş verir. Onun sözlərinə görə, ümumilikdə son illər ağac kəsmə halları kəskin azalıb: "Çünki hər bir hadisə cəmiyyət tərəfindən müzakirə predmetinə çevrilir və nazirlik də müvafiq tədbirlər görür. Son dövrlər belə hallar ancaq böyük layihələrin icrası ilə bağlı tikinti işləri, yol genişləndirilməsi, xəstəxanaların və uşaq bağçalarının inşası zamanı baş verir. Burda isə hüquqpozma ondan ibarətdir ki, vacib obyekt tikilir deyə, ağaclar köçürülə bilər. Amma müvafiq icra orqanları vaxtında müraciət etmirlər. Vaxtında müraciət olunsa, nazirlik çıxış yolu tapar". Nazir əlavə edib ki, çıxış yolu həmin ağacların bir yerdən başqa yerə köçürülməsidir. H. Bağırov, ölkə rəhbərliyinin tapşırığı əsasında çox qiymətli ağacların köçürülməsi üçün nazirliyə texniki imkanlar yaradıldığını bildirib. Nazir son illər kənd və qəsəbələrin qazlaşdırılması nəticəsində meşə fonduna aid torpaqlarda da meşə qırıntılarının sayının azaldığını deyib.
Göründüyü kimi, nazir ağac kəsimi ilə bağlı məsələyə həssas yanaşır. Çünki H.Bağırov da anlayır ki, ölkə başçısının da nəzarətində olan bir sahədə ortaya çıxacaq hər hansı bir problem onu hədəfə gətirib. Ona görə də nazir bu məsələdə heç kimə qarşı loyallıq göstərmir. Diqqət edirsinizsə, son açıqlamasında da kütləvi ağac kəsiminə yol verənlərin iri sahibkarlar olduğuna işarə verib. Bu barədə "Unikal"ı bilgiləndirən mənbənin sözlərinə görə, H.Bağırov əslində iş adamlarını yox bəzi icra başçılarına mesaj göndərib: "Sözsüz ki, hər hansı bir ərazidə obyekt tikintisi üçün yerli icra hakimiyyəti icazə verməlidir. Bu zaman isə əraziyə baxış keçirilir, orada kütləvi ağac kəsiminə yol veriləcəksə, o ərazi barədə sərəncam verilmir. Amma bəzi icra başşıları onlara təklif olunan yüksək məbləğli rüşvətə görə xiyabanları,İnsanların istirahəti üçün nəzərdə tutlmuş əraziləri belə iş adamlarına satırlar. Bir qism icra başçıları həmin əraziləri satarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli təşkilatının razılığını almayaraq, qanunsuz addımlar atırlar. Bu faktlar çoxaldığına görə, Hüseyn Bağırov məsələni böyütmək qərarına gəlib. Hələlik nazir iş adamlarını,obyekt sahiblərini önə verərək onlara bu şəraiti yaradanlara xəbərdarlıq edir. Ancaq növbəti mərhələdə daha sərt addımlar atacağı gözlənilir".
Bizi bilgiləndirən şəxs onu da deyib ki, Hüseyn Bağırovun hədəfində ona yaxın icra başçısı var. Çox güman ki, nazir yaxın günlərdə prezidentin iradəsinə qarşı çıxan başçılara açıq hücuma keçəcək.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22