Müsavatdakı daxili qarşıdurma dərinləşir
09:56 02-07-2014
CƏMİYYƏT
Müsavatdakı daxili qarşıdurma dərinləşir
Müsavat Partiyası Məclisinin son iclasında yaranan gərginlik müxalifət düşərgəsində müzakirə mövzusuna çevrilib. Qurultay müzakirələri zamanı funksionerlərin qarşılıqlı ittihamlara yol verməsi partiyanın nüfuzunu daha da aşağı salıb.
Vəhdət Partiyasının sədri Tahir Kərimli "Unikal"a açıqlamasında deyib ki, Müsavatın belə bir bərbad duruma düşəcəyi gözlənilən idi. Onun sözlərinə görə,uzun müddətli uğursuzluq, İsa Qəmbərin yanlış addımları, qurultayın əsassız olaraq gecikdirilməsi partiyadaxili gərginliyi artıran səbəblərdir: "Bunlar 4 ildən artıqdır ki, qurultayı gecikdirirlər, yəni bu, təzə məsələ deyil. Bunun da başlıca səbəblərindən biri də odur ki, nəyin bahasına olursa-olsun İsa Qəmbər başqanlıqda qalsın. Hesab edirlər ki, İsa Qəmbər partiya rəhbərliyindən getsə, hətta ona liderlik status verilsə belə, Lalə Şövkət, Rəsul Quliyev, Etibar Məmmədovun gününə düşəcək, partiya olan-qalan nüfuzunu itirəcək. Müsavat Partiyası ötən prezident və parlement seçkilərində hər hansı bir uğur qazana bilmədiklərinə görə, aşınma getdi, sosial dayaqlarını sürətlə itirdi. İndi partiya elə bir səviyyədədir ki, vaxtiylə bir rayon təşkilatında olan güc indi partiyada ümumilikdə yoxdur".
T.Kərimlinin sözlərinə görə, Musavat yer məsələsi üzərində imitasiya eləməklə vaxt udmaq istəyir. "YAP Müsavatdan dəfələrlə böyük partiyadır, amma 5-6 yüz nəfərlik məkanlarda tədbirlərini keçirir. Yəni Müsavat yer məsələsini yalandan ortaya atıb: "Düzdür, partiyada kimlərsə, İsa Qəmbərin başqanlıqda qalmasını istəyir. Amma bir çoxu, xüsusilə də başqanlığa iddialı olanlar və onların yaxın ətrafı İsa Qəmbərin başqanlıqdan getməsində maraqlıdırlar. Səxavət Əlisoyun özü buna etiraz edib bildirmişdi ki, əgər dəyişiklik olmayacaqsa,onda Müsavat gərək sultanlıq elan oluna. Arif Hacılı, Qubad İbadoğlu, Səxavət Əlisoy və digərləri bir-birlərinə qarşı kampaniya aparırlar. Hazırda Müsavat daxilində savaş başlayıb, özləri bir-birini qırırlar. İndi bu fikir ayrılıqlarına demokratik görüntü vermək istəyirlər, ancaq reallıq odur ki, hamısı öz cibini güdür. Müsavat hakimiyyətə gəlmək imkanını itirdiyinə görə, gah AXCP ilə didişir, gah da daxildə bir-birinə düşmən kəsilirlər".
Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə "Unikal"a deyib ki, Müsavat Partiyasının Məclis toplantısında baş verən qalmaqallar onların iç üzlərini ortaya qoyur: "Müsavat Partiyasının aqibəti göz önündədir. Bunlar iddia edirdilər ki, Məmməd Əmin Rəsulzadənin varisləridir və s. Ancaq göründüyü kimi, həmin iddiadan əsər-əlamət qalmayıb. Əgər rəhmətlik Rəsulzadə bilsəydi ki, onun partiyasına İsa Qəmbər kimi bir "moşennik" varislik edəcək, bəlkə də həmin partiyanı yaratmazdı, ya da onun adını Müsavat qoymazdı".
İsa Qəmbərə gəlincə, MMP sədri bildirib ki, İsa Qəmbər oturub kreslosunda və hakimiyyətə gələcəyi ilə bağlı bəyanatlar verir: "Məqsəd budur ki, əgər qurultayı keçirib başqa adamı seçsələr, İsa Qəmbər də ayrı təşkilatda rəhbərlik etsin. Məsələn, ötən günlərdə MSDM adlı təşkilat yaradıblar ki, sabah İsa Qəmbər orada oturub öz alverini davam etsin. Xarici təşkilatlarla, erməni lobbisi ilə əməkdaşlığını qüvvədə saxlasın. Bu satqın bir adamdır. Ümumiyyətlə, İsa Qəmbər, eləcə də Əli Kərimli eyni tipli fərddirlər. Necə deyərlər, bunların öyrənmiş şeylərinə tövbələtmə yoxdur. Ona görə də bunlar hər dəfə guya qurultay keçirəcəklər, guya bu dəfəki qərarları ilə qurultayın vaxtını qətiləşdiriblər. Ancaq qurultay keçirmək istəyən adam bu qurultayını elə küçənin ortasında da keçirər. Yəni bəllidir ki, bunların adamı yoxdur".
Hafiz Hacıyev ötən dövr ərzində Müsavatda heç bir yeniləşmənin getmədiyini də bildirib: "Gəlin bir daha nəzər salaq. O gün keçirilən Məclis toplantısında yeni kimləri gördük ki? Həmin sifətlər, həmin adamlar, həmin sözlər. Yeniləşmə yoxdur. Yəni Azərbaycan gündəmində Müsavat adlı partiya yoxdur. Bunlar çalışacaqlar ki, hansısa Qərb təşkilatının, erməni lobbisinin maddi dəstəyi ilə yenidən nizamlansınlar".
Partiya sədri Müsavat başqanlığına namizəd olacağını bəyan edən Səxavət Əlisoydan sitat gətirib: "Mən başqanlığa namizəd Səxavət Əlisoyu yaxşı tanıyıram. Həm Cəbhədə, həm də Müsvatda bir yerdə çalışmışıq. Məsələn, o çox düzgün və konkret deyib ki, partiyada krallıq yaratmaq istəyirlər. Ancaq İsa Qəmbər də, onun ətrafındakı satqın zümrə də yaxşı bilirlər ki, onların sonu gəlib-çatıb. Onların özləri də deyirlər ki, biz artıq dağılmışıq. Onlar nə qurultay keçirə biləcəklər, nə də başqa şey. Bayaq da dediyim kimi, onlar İsa Qəmbərə adaxlı axtarırlar. İndi onu kim alacaq, hansı dövlət, hansı təşkilat alacaq bunu tarix göstərəcək. Əsas budur ki, onun başını bəzəyib ərə versinlər getsin. İsa Qəmbər və onun kimiləri məhz bundan ötrü yaranmış insanlardır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22