Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb
09:57 02-07-2014
CƏMİYYƏT
Dövlət Gömrük Komitəsinin sədri Ümumdünya Ticarət Təşkilatının baş direktoru ilə görüşüb
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Belçika Krallığına səfəri çərçivəsində Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Roberto Azevedo ilə görüşüb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, görüşdə R. Azevedo Azərbaycan gömrük xidmətinin dünya gömrük ailəsində qabaqcıl yer tutduğunu nəzərə çatdıraraq Azərbaycan gömrükçülərinin fəaliyyətinin hər zaman yüksək qiymətləndirildiyini bildirib.
R. Azevedo bu ilin mayında Bakı şəhərində "Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi" mövzusunda keçirilən ilk qlobal konfransın təşkilinə görə Azərbaycan gömrük xidmətinə minnətdarlığını bildirib, eləcə də konfransın əhəmiyyətinə toxunaraq onun nəticələrinin gömrük orqanlarının gələcək fəaliyyəti üçün əhəmiyyətli olacağına əminliyini ifadə edib.
A. Əliyev isə qeyd edib ki, Azərbaycan gömrük xidməti Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavini vəzifəsini icra etməklə təşkilatın fəaliyyətinə öz töhfəsini verməyə çalışır.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22