Günümüzün işlənmiş qida bəlası...
10:03 02-07-2014
İQTİSADİYYAT
Günümüzün işlənmiş qida bəlası...
Mc Donalds kimi məkanlar ömrümüzü necə qısaldır?
İşlənmiş qidaların nə qədər zərərli olduğunu çoxumuz bilsək də, bu cür yeməklərlə qidalanmaqdan çəkinmirik. Bu gün paytaxtda işlənmiş qidaların daha çox istifadə edildiyi yerlər MC Donalds, KFC kimi insanlar arasında məhşur olan məkanlardır.
Bu cür yerlərdə qızardılmış kimi təqdim olunan toyuğu ətdən başqa nəyə desən bənzətmək olar. Üzəri tamamilə qızarmış hissəciklərlə örtülən toyuq parçalarına diqqətlə baxanda insanda qorxu hissi, ürpərti belə yarana bilir. Bu cür məkanları dolduran adamlar isə bütün bunlara əhəmiyyət vermir. Hər kəs öz işindədir. Acınacaqlı hal odur ki, körpə uşaqları da özləri ilə gətirirlər. Qızardılmış qidalardan, coco-cola-ya kimi hər şey də öz yerində. Dadları gözəl, hazırlanması isə asan olan bu cür qidaların haqqında verilən bahalı reklamlar isə onları əhali arasında daha da yayır. Bu cür yerlərə getməzdən öncə elm adamlarının belə qidalarla bağlı ortaya çıxardıqlarına bir daha göz atmaq pis olmaz. Xüsusilə, isti yay günlərində düşünmədən işlətdiyimiz işlənmiş qidalar haqqında dəhşətli faktlar mövcuddur. Belə ki, işlənmiş qidalar insanda asılılıq yaradar və daha çox yeməyimizə səbəb olar.
İşlənməmiş qidalar karbohidrat, protein, yağ, lif və sudan ibarətdir. Onlar işlənmiş hala gəldikdə bu qidalar dəyişikliyə uğrayır. Məsələn, lif, su və qida dəyəri daşıyan maddələr uzaqlaşdırılır. Bəzilərində isə bu qidalar daha kompleks bir hala gətirilir. Bütün bu dəyişikliklər isə qidaların orqanizmdə həzm olunması, sorulması ilə bağlı dəyişiklik yaradar. Çox işlənmiş bu cür qidalarlarla qidalanmaq dopomin hormonunun çoxalmasına gətirib çıxara bilər ki, zövqlə bağlı sinir daşıyıcısı olan bu hormonlar asılılıq yaranmasını inkişaf etdirər. Nəticədə heç bir qida dəyəri olmayan, sadəcə zövq verən qidalarla qidalanmış olarsınız.
Qida asılılığı
necə yaranar?
Qida asılılığı yediyinizdə daha ləzzətli olduğunu düşündürərək yaxşı hiss etmənizə yol açmaqla başlar. Təkrar-təkrar bu dadı hiss etmək istəyərsiniz və asılılıq inkişaf edər. İşlənmiş qidalar piylənməyə də yol açır. Çünki onların tərkibinə vurulan yüksək fruktozalı qarğıdalı suyu, şəkər və s. qatqı maddələr insanın kilo almasına səbəb olar. İşlənmiş qidalar bir-biri ilə uyğun deyildir. Ətli bir pizzanı buna misal göstərmək olar. Məsələn, pendir bir süd məhsuludur, ət heyvansal proteindir, pizzada istifadə olunan çörək isə taxıl məhsuludur. Bütün bu qidaları bir arada istifadə etmək isə həzm sistemi sağlamlığını təhdid edir. Nəticəsi aşağı enerji, pis həzm, xəstəlik, qan dəyərlərində problemə və kilo almağa yol aça bilər. Bu cür qidalar orqanizmimizdə balansı olmayan bir ekosistem yaradar ki, bu da həzm sisteminin problemlərinə yol açmaqla məlum qidaları çox istifadə etməyə səbəb olar. Faydalı bakteriyalar zəhərləndiyində həzm orqanlarınızda yaşaya bilməz. Bu bakteriyalar da bizim kimi təbii qidalar yediklərində sağlam olurlar, süni qidalar yox. İşlənmiş qidalardan ibarət pəhriz depressiyaya, hafizə problemlərinə və ruh halı dalğalanmlarına səbəb olar. İşlənmiş qidalarda istifadə olunan məhsullar əsasən qiymət və qidalanma dəyəri ən aşağı olanlardır. Məsələn, istifadə etdikləri yağ rafinə olunmuşdur ki, bu da sağlam qan şəkəri səviyyəsini, hafizəni və ruh halını qoruyan yağ asitlərindən təmizlənən yağlardır. Bu cür yağlar ürəyimiz, hormon və beynimizə zərər vurur. Bunların əvəzinə işlənməmiş yağları seçmək lazımdır. İşlənmiş qidalar əsasən ayaqüstü yeyilir. Lakin yemək yeyərkən başqa işlərlə məşğul olmaq təbii iştahamıza müdaxilə edər və kilo almağa səbəb olar. Bundan başqa yemək yeyərkən başqa işlərlə məşğul olmaq həzm siztemimizə yanlış siqnallar göndərər. Halbuki bu sistemin yaxşı işləməsi üçün qidalanma müddətində sakit olması vacibdir. İşlənmiş qidaların etiketləri çox zaman doğru olmur. Etiketlərdə geni dəyişdirilmiş məhsullarla bağlı məlumat verilmir. İşlənmiş ətin çox istifadə olunması isə xərçənglə əlaqələndirilmişdir. Sosis və digərləri mədə xərçəngindən başlamış bir çox xərçəng növlərinə yol aça blir. Çox işlənmiş qida istifadə etmək yanlış qidalanmaya və qısırlığa səbəb ola bilər. Çox kalori almağımıza baxmayaraq doğru qidalanmaya bilərik.
Yaxşı qidalanmamanın fəsadları
Heyvanlar üzərində aparılan tədqiqatlar göstərib ki, yaxşı qidalanmama üç nəsildə reproduktivliyi bitirir. Bu gün qısırlıq problemi çoxalmaqdadır və sadəcə ABŞ-da 7.3 milyon insana öz təsirini göstərməkdədir.
Daha vacib məqam isə ondan ibarətdir ki. işlənmiş qidalar uzun ömrü deyil, uzun müddət vitrində qalmağı hədəfləyir. Müxtəlif kimyəvi maddələrin bu cür qidalara qatılması ilə onların uzun müddət xarab olmamasına çalışırlar. Qida istehsalçıları məhsullarının daha gözəl paketlənməsi və uzun müddətli qalması üçün pul xərclədiyi halda, insanların ömrünü uzatmağı və ya sağlamlıqlarının davamlı olmasını önəmsəməz.
Aygün
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13