Daşınmaz əmlaka kapital qoyuluşuna görə Azərbaycan dünyada ilk onluqdadır
10:03 02-07-2014
CƏMİYYƏT
Daşınmaz əmlaka kapital qoyuluşuna görə Azərbaycan dünyada ilk onluqdadır
Əmlak bazarının ümumi mənzərəsi
Doğru iqtisadi siyasət nəticəsində Azərbaycanda bütün sektorlarda güclü inkişaf gedir. Bu da əhalinin gəlirini adekvat surətdə artırır və artan iqtisadi rifah səviyyəsi xalqı təbii olaraq ev, torpaq sahəsi, bağ və s. daşınmaz əmlak əldə etməyə sövq edir.
Daşınmaz əmlaka olan bu maraq əsasən hansı məqsədlərlə oyanır?
Öncəliklə, gəliri artan əhali müasir dizaynlı, rahat və geniş evlərdə yaşamağı üstün tutur.
İpoteka krediti vasitəsilə, yaxud yeni tikililərin kirayəsi yoluyla da olsa rahatlıq axtarışında olan insanlar əmlak sektoruna üz tuturlar.
Əlavə olaraq Azərbaycanda daşınmaz əmlak sahəsi biznes imkanları nəzərindən digər sektorlara görə üstünlük təşkil edir. Belə ki, ikinci bir evə, ticari obyektə, bağ evinə və torpaq sahəsinə sahib olmaq, bunlardan gəlir mənbəyi olaraq istifadə etmək əhali arasında prioritet biznes öncəliklərindəndir.
Bir statistikanı nəzərinizə çatdırmaq istərdik. Daşınmaz əmlaka kapital qoyuluşuna görə, Azərbaycan dünya üzrə ilk onluqdadır.
Daşınmaz əmlak qiymətləri hansı iqtisadi və sosial əsaslarla formalaşır?
Bakı şəhərini misal göstərməli olsaq, şəhərin tarixi, turustuk mərkəzinə və dənizə yaxınlaşdıqca qiymətlərdə ümumi artması müşahidə olunur. Amma buna baxmayaraq, şəhərin digər bölgələrində də güclü mərkəzi ərazilər var ki, bu ərazilərdə hər növ infrastruktur (metro, alışveriş və əyləncə mərkəzi, park, restoranlar və s.) mövcuddur. Təbii olaraq bu ərazilərdə də əmlak qiymətləri yüksəkdir. Ümumiyyətlə, daşınmaz əmlakın qiymətini müəyyənləşdirən faktorlar arasında, binanın keyfiyyətli tikintisi, dizaynı, mənzərəsi, infrastruktur, təbii mövqeyini qeyd edə bilərik.
Hansı ev və obyektlərə maraq daha üstündür?
Ümumiyyətlə yeni tikili-köhnə tikili, təmirli evlər-təmirsiz, yaxud orta təmirli evlərin biri-birindən fərqləndirilməsi hansı əsaslarla aparılır?
www.domik.azinternet əmlak portalı olarak, əmlak bazarındakı uzunmüddətli təcrübəmizə əsasən deyə bilərilk i, yaşayış məkanı seçimində yeni tikili satışı ilə köhnə tikili satışı arasında rəqabət, daha öncə də bildirdiyimiz yeni tikililərin lehinədir. Obyektlərdə isə bu rəqabət əsasən infrastruktur yönümlü formalaşdığı üçün belə bir ayrım etmək çətindir.
Ev kredtilərinin mənzil satışlarına təsiri barədə nə deyə bilərsiniz?
Bildiyiniz kimi əmlak bazarındakı qeyri-professional yanaşmalar başda ABŞ olmaqla bir sıra ölkələrdə böyük krizislərə səbəb olmuşdur. İpoteka kreditləri ev sahibi olmaqda böyük üstünlük qazandırsa da, bu sahənin idarə edilməsində istər banklar tərəfindən, istərsə də əhali tərəfindən yol verilən səhlənkarlıqlar qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər. Bu səbəblə ölkəmizdə kredit məhsulları ciddi nəzarət altındadır və müxtəlif iqtisadi göstəricilərlə paralel idarə edilməkdədir.www.domik.azportalolaraqbusahənidədüzgünişıqlandırmağı,xüsusiləmənzilsahibiolmaqistəyənlərədoğruistiqamətigöstərməyiözümüzəborcbilirik.
Söz internet portallarından açılmışkən, texnologiyanın ağlasığmaz inkişafı nəticəsində alıcılarla satıcıları birbaşa əlaqələndirən internet portalları çox populyarlaşıb. Sizcə bunun tərəflər üçün üstünlüyü nədir?
Bu portalların faydası təkcə satıcı və alıcıların birbaşa əlaqə qurması ilə məhdudlaşmır.
Xüsusilə əmlak sahibi olmaq istəyənlərin seçim etməsinə təsir edən mühüm faktorları araşdırmaqda, bazarın ümumi tendensiyasından xəbər tutmaqda, qiymətlərin həm satıcılar, həm də alıcılar lehinə formalaşmasında xüsusi rol oynayır. www.domik.az portalı olaraq missiyamız çox mürəkkəb kimi görünən əmlak bazarındakı yenilikləri və sadaladığımız digər faktorları əhaliyə sadələşdirərək çatdırmaqdır.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22