Eldar Namazov dövlətçilik maraqlarını pula satır
07:55 03-07-2014
CƏMİYYƏT
Eldar Namazov dövlətçilik maraqlarını pula satır
"El" Hərəkatının lideri Qərb dairələrindən 2015-ci il parlament seçkiləri ilə bağlı xüsusi tapşırıqlar alıb
"El" Hərəkatının yaranmasından bir ildən də çox vaxt keçməsinə baxmayaraq təşkilat hələ də öz qurultayını keçirə bilməyib. Təşkilatın rəsmiləri dəfələrlə mətbuata açıqlamalarında qurultay keçirməkdə israrlı olduqlarını bildiriblər.
«Unikal"ın əldə etdiyi məlumata görə, qurultayın keçirlməməsinin əsas səbəbi maliyyə ilə bağlıdır. Bu barədə bizə məlumat verən şəxsin sözlərinə görə, hərəkat lideri Eldar Namazov neçə müddətdir ki, maliyyə axtarışına çıxıb: «Bildiyiniz kimi, Eldar Namazov Milli Şuradan çıxandan sonra hərəkatın fəaliyyətini gücləndirməyi bəyan edib. Ancaq Eldar müəllimin işləri planlaşdırdığı kimi getmədi. Hər şeydən öncə Rüstəm İbrahimbəyov «El" Hərəkatına maliyyə dəstəyi verməkdən imtina etdi. Bundan sonra Namazov-İbrahimbəyov münasibətlərində soyuqluq daha da dərinləşdi. Elə bu səbəbdən Ziyalılar Forumunun görüşləri də keçirilmədi. Yəni, Rüstəm İbrahimbəyov pulu kəsən kimi onun Azərbaycandakı bütün siyasi projeləri süquta uğradı. Bu səbəbdən də Eldar Namazov ayaqda qalmaq üçün müxtlif dairələrlə işləmək üçün cəhdlər elədi. Onun hakimiyyət daxilində təmsil olunan bəzi şəxslərlə apardığı danışıqlar da nəticə verməyib. Bunun da səbəbi odur ki, artıq heç kim Eldar Namazova etibar eləmir".
Məlum olduğu kimi, E.Namazov neçə gün idi ki, Avropada idi. Bir neçə gün öncə Strasburqda olan hərəkat lideri Azərbaycan mətbuatına verdiyi açıqlamada müalicə olunmaq üçün ora getdiyini bildirib. Amma E.Namazovun yaxın adamlarından birinin verdiyi məlumata görə, hərəkat lideri Avropaya maliyyə dəstəyi almaq üçün gedib: «Məndə olan məlumata görə, Eldar Namazov Strasburqda olarkən bir sıra dairələrlə görüşlər keçirib. Onlardan qrant şəklində də olsa, maliyyə yardımı istəyib. Amma ilkin nəticələrə görə avropalılar ona müsbət cavab verməyiblər. Amma bəzi keçmiş diplomat dostları Eldar Namazova 2015-ci il parlament seçkilərində iştirak etmək üçün müəyyən maliyyə yardımı edəcəklərini vəd ediblər".
Amma mənfi tərəfi odur ki, Eldar Namazovun Qərb dairələrinin pulu ilə siyasi proseslərə qoşulması narahatlıq yaradıb. Çünki həmin dairələr hər hansı bir siyasi quruma maliyyə dəstəyi verirsə, öz maraqlarına uyğun sifarişlər verir. Yəni, Eldar Namazova maliyyə dəstəyi verən qüvvələr 2015-ci il parlament seçkiləri ərəfəsində ölkədə aranı qarışdırmaq üçün müəyyən planlar hazırlayıblar. Çox güman ki, seçki ilində El Hərəkatının vasitəsi ilə həmin planı həyata keçirməyə başlayacaqlar.
Hərəkatın sədr müavini Köçəri Nağıbəyli bu barədə danışıb. O, qurultaya ciddi hazırlıq işlərinin getdiyini bildirib. Onun sözlərinə görə təşkilat artıq müyyən addımlar atmaqdadır və qurultay sentyabr-oktyabr aylarına planlaşdırılır. ""El" Hərəkatının qurultayı payızda, sentyabr - oktyabr aylarında keçiriləcəyi gözlənilir. Biz bu barədə açıqlama vermişik. Onu da əlavə edə bilərəm ki, bu istiqamətdə ciddi işlər aparırıq", - deyə K. Nağıbəyli qeyd edib.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22