Səlim Müslümovun işçilərindən narazılıq var
07:56 03-07-2014
CƏMİYYƏT
Səlim Müslümovun işçilərindən narazılıq var
Ünvanlı sosial yardım şikayətləri bitmək bilmir
Azərbaycanda vətəndaşların ən çox şikayətçi olduğu məsələlərdən biri ünvanlı sosial yardımların verilməsi ilə bağlıdır. Bu zaman bir çox əngəllərlə, özbaşınalıqlarla qarşılaşan insanların narazılıqları barədə tez-tez oxuyuruq.
Etiraf etmək lazımdır ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun zamanında ünvanlı sosial yardımların verilməsi ilə bağlı vəziyyət daha dramatik idi. Ünvanlı sosial yardım sözün həqiqi mənasında rüşvət, mənimsəmə mənbəyinə çevrilmişdi.
Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə gətirilməsindən sonra bu şikayətlərdə azalma müşahidə edilir. Bununla belə, ünvanlı sosial yardımların verilməsi ilə bağlı narazılıqların aradan qaldırıldığını demək çətindir.
Bunu dünən saytlarda yer alan şikayət təsdiqləyir. Belə ki, həmin şikayətə görə, Füzuli rayonunda bir ailə sosial yardım ala bilmir. Elman Heydərov əslən Füzulinın işğal altındakı Aşağı Seyidəhmədli kəndindəndir.
2000-ci ildən rayonun "Qayıdış-4" qəsəbəsində məskunlaşıb. İki azyaşlı övladı olan Elman Heydərovun sözlərinə görə, ona verilən ünvanlı sosial yardım düzgün hesablanmır.
Elman Heydərov qeyd edir ki, birinci ili 30 AZN, sonra 100 AZN, bir müddətdən sonra isə 113 AZN 73 qəpik ünvanlı sosial yardım alıb.
Daimi iş yeri olmayan Elman qazancının ailəsini dolandırmağa çətinliklə çatdığını deyir. Onun sözlərinə görə, iki aydır ki, ünvanlı sosial yardımı ala bilmir.
Elman Heydərov xatırladıb ki, gələn aydan deyirlər ki, veriləcək, ancaq məbləğin nə qədər olacağını demirlər.
Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən isə bildiriblər ki, 2012-ci ilin mart ayından hər əmək qabiliyyətli vətəndaşın ünvanlı sosial yardım alması üçün sosial sığorta şəhadətnaməsi tələb olunur. Məbləğdəki dəyişiklik də bununla əlaqədardır.
2 aydır ünvanlı sosial yadım ala bilməməsinə gəlincə isə yerli Əhalinin Sosial Müdafiəsi Mərkəzindən bildirdilər ki, Elman Heydərov yardım üçün bu il iyun ayının 24-də müraciət edib. Ayın əvvəlindən də ona ayrılan pul təyinatı üzrə hesablanıb. Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən onu da bildirdilər ki, Elman Heydərov 2015-ci ilin mart ayının 31-nə qədər hər ay üçün 94 AZN 60 qəpik ünvanlı sosial yardım alacaq.
Göründüyü kimi, ünvanlı sosial yardımlarla bağlı etirazlar, giley-güzarlar bitənə oxşamır. Səlim Müslümovun nazirliyinin hələ də bəzi əməkdaşları vətəndaşları incitməyə, onları narazı salmağa davam edirlər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04